Elton Məmmədov milyonlar mənimsəyibmiş Sadiq adamı idi...
Digərləri 29 Okt 2025 13:03:00 87 0
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb.
Bu xəbəri də oxu: Azərbaycanlı tələbə Türkiyədə faciəli şəkildə öldü FOTO
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş.
Belə ki, prokurorluq tərəfindən onun barəsində cinayət təqibi aparılır. E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu "Yüksək Texnologiyalar Parkı"nın direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın işlər idarəsinin müdiri vəzifəsində çalışıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Elton Məmmədov işlədiyi dövr ərzində 3 milyon manata yaxın pul mənimsəyib. Maliyyə pozuntularını təsdiq edən sənədlər və digər sübutlar iş materiallarına əlavə edilib. Keçmiş məmur müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib.
Amma sabiq deputat istintaq zamanı dövlətə dəymiş ziyanı ödəməyə razılaşıb. O, mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Elton Məmmədovun araşdırması davam edən digər epizodlarda da adının keçə biləcəyi istisna edilmir.
Qeyd edək ki, bu yaxınlarda baş prokuror Kamran Əliyev jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb. Baş prokuror deyib ki, AMEA-da qeydə alınmış qanun pozuntuları üzrə hərtərəfli araşdırma aparılıb. Bəzi epizodlar üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib, qalan epizodlar üzrə isə istintaq davam etdirilir.
Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy g�
Türkiyənin məşhur müğənnisi Əmrah uzun fasilədən sonra Bakıda konsert
Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icman�
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanı
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliye
Milli Məclisin sabiq deputatı Sona Əliyeva "Bolt" taksi şirkətind
Bölgələrdə dabaq xəstəliyi səbəbindən mal bazarının bağlanması həm
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ara
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 31-də Azərba
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb.
Birinci Qarabağ müharibəsində itkin düşən - şəhid hərbçi Abbasov Rəf
Türkiyənin Diyarbəkir şəhərində 26 illik evlilik qeyri-adi bir səbəblə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Tele-aparıcı Zaur Nəbioğluna maraqlı hədiyyə olunub.
