Azərbaycanda bu şəxslərin vəzifələri əlindən alınır Yeni təyinatlar olacaq


Digərləri 22 Okt 2025 09:52:00 73 0

Azərbaycanda bu şəxslərin vəzifələri əlindən alınır  Yeni təyinatlar olacaq

Baş nazir Əli Əsədovun qərarına əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb.

Elm və Təhsil Nazirliyinin struktur islahatları çərçivəsində bir sıra elmi müəssisələr birləşdirilərək yeni institutlar yaradılıb.

Maraqlıdır, yeni institut və müəssisələrə yeni rəhbərlərin təyinatı nə vaxt həyata keçiriləcək? Hazırkı rəhbərliklərin fəaliyyətinə davam etməsi, yaxud yeni kadrlarla əvəzlənməsi nəzərdə tutulurmu?

Son.az xəbər verir ki, məsələ barəsində Elm və Təhsil Nazirliyindən "Yeni Sabah"a bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq müzakirələr davam etdirilir. Qərar qəbul olunduğu zaman ictimaiyyətə geniş məlumat təqdim ediləcək.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutu birləşdirilərək Geologiya İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu birləşdirilərək Coğrafiya İnstitutu, Fizika İnstitutu ilə Radiasiya Problemləri İnstitutu birləşdirilərək Fizika İnstitutu yaradılıb.

Bundan başqa, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu birləşdirilərək Kimya İnstitutu, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu birləşdirilərək Riyaziyyat İnstitutu formalaşdırılıb. Həmçinin Botanika İnstitutu ilə Dendrologiya İnstitutu birləşdirilərək Botanika İnstitutu, Zoologiya İnstitutu ilə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu birləşdirilərək Canlı Sistemlərin Tədqiqi İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu və Biofizika İnstitutu isə birləşdirilərək Molekulyar Biologiya İnstitutu yaradılıb.

Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, Neft və Qaz institutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun rəhbəri coğrafiya elmləri doktoru, professor Zakir Eminov, Azərbaycanın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hazırkı rəhbəri Əlövsət Quliyev, Fizika institunun direktoru Arif Həşimov, Radiasiya Problemləri İnstitutu direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev, Aşqarlar Kimyası İnstitutunun rəhbəri Vаqif Məcid оğlu Fərzəliyev, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Botanika İnstitutunun direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, Dendrologiya İnstitutunun baş direktoru Minarə Həsənova,  Zoologiya İnstitutunun rəhbəri aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov, kademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Fayızi Həşimova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, Mikrobiologiya İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Pənah Muradov, Biofizika İnstitutunun rəhbəri Leylaxanım Məlikova olub.  /konkret.az 

Nazirliyin kvadratı 435 manata satdığı mənzillər "yoxa çıxıb"  AÇIQLAMA like
  • 22 Okt 09:44  
Digərləri Nazirliyin kvadratı 435 manata satdığı mənzillər "yoxa çıxıb" AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 20 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müd

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 22 Okt 09:36  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Muğla şəhərinin sahillərində 4,5 bal gücündə zəlzələ ba

arrow Ətraflı
Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi like
  • 22 Okt 09:34  
Digərləri Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi

Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş əməkdaşı cinayət məsuliyyətin

arrow Ətraflı
Azərbaycanlı müğənni ata oldu like
  • 22 Okt 09:25  
Şou-biznes Azərbaycanlı müğənni ata oldu

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni HammAli ata olub.

arrow Ətraflı
Bu valyutalar yenidən ucuzlaşdı  RƏSMİ like
  • 22 Okt 09:20  
Digərləri Bu valyutalar yenidən ucuzlaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Bu mesajlar məhdudlaşdırılacaq  “WhatsApp”dan yenilik like
  • 22 Okt 09:13  
Digərləri Bu mesajlar məhdudlaşdırılacaq “WhatsApp”dan yenilik

"WhatsApp" yaxın vaxtlarda istifadəçilərin yeni söhbətlərdə g�

arrow Ətraflı
Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı like
  • 22 Okt 09:09  
Digərləri Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı

Xəbər verdiyimiz kimi, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində &qu

arrow Ətraflı
Gənclər arasında ən çox bu xərçəng növü yayılmağa başladı like
  • 22 Okt 08:41  
Digərləri Gənclər arasında ən çox bu xərçəng növü yayılmağa başladı

Son illərdə gənclər arasında xərçəng hallarının artması tibb dünyas�

arrow Ətraflı
"Onlara görə ölmək istəmirdim" like
  • 22 Okt 08:08  
Şou-biznes "Onlara görə ölmək istəmirdim"

Pandemiya dövründə koronavirusu ağır keçirən Əməkdar artist Mətanət �

arrow Ətraflı
Daha yaxşı cinsi həyatın sirri bu qidalanma tərzində imiş like
  • 22 Okt 07:07  
Digərləri Daha yaxşı cinsi həyatın sirri bu qidalanma tərzində imiş

Son dövrlərdə tibb dünyasında Aralıq dənizi (Akdeniz) tərzində qidalanm

arrow Ətraflı
“On ilimi onunla keçirmişəm, silmək mümkün deyil” like
  • 22 Okt 06:06  
Şou-biznes “On ilimi onunla keçirmişəm, silmək mümkün deyil”

Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puq

arrow Ətraflı
Qoxubilmə hissinin itməsi ciddi xəstəlik xəbərçisidir  Diqqət like
  • 22 Okt 05:05  
Digərləri Qoxubilmə hissinin itməsi ciddi xəstəlik xəbərçisidir Diqqət

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qoxubilmə hissinin itməsi bəzə

arrow Ətraflı
Saçın vaxtından əvvəl ağarmasının başlıca SƏBƏBLƏRİ like
  • 22 Okt 03:03  
Digərləri Saçın vaxtından əvvəl ağarmasının başlıca SƏBƏBLƏRİ

Saçların erkən ağarması həm gənclər, həm də orta yaşlı insanlar aras

arrow Ətraflı
Görmə problemi olanlara ŞAD XƏBƏR like
  • 22 Okt 02:02  
Digərləri Görmə problemi olanlara ŞAD XƏBƏR

Alimlər görmə qabiliyyətini bərpa etmək üçün subretinal fotovoltaik imp

arrow Ətraflı
Hər 8 qadından biri risk altındadır  Həddindən artıq şəkərli qidalar yol aça bilər like
  • 22 Okt 01:01  
Digərləri Hər 8 qadından biri risk altındadır Həddindən artıq şəkərli qidalar yol aça bilər

Mütəxəssislər xəbərdarlıq edir ki, hər səkkiz qadından biri döş (sü

arrow Ətraflı