Gənclər arasında ən çox bu xərçəng növü yayılmağa başladı


Digərləri 22 Okt 2025 08:41:00 78 0

Gənclər arasında ən çox bu xərçəng növü yayılmağa başladı

Son illərdə gənclər arasında xərçəng hallarının artması tibb dünyasında ciddi narahatlıq doğurur. 42 ölkəni əhatə edən genişmiqyaslı beynəlxalq araşdırma göstərib ki, 50 yaşdan aşağı şəxslər arasında ən sürətlə artan yeganə xərçəng növü yoğun bağırsaq xərçəngidir.

Son.az xəbər verir ki, britaniyalı alimlərin apardığı araşdırmaya görə, qaraciyər və mədə xərçəngi kimi bəzi xərçəng növləri gənclər arasında azalma meyli göstərsə də, yoğun bağırsaq xərçəngi üçün vəziyyət əksinədir.

Tədqiqat nəticələri göstərib ki, araşdırmaya cəlb olunan ölkələrin üçdə ikisindən çoxunda bu xəstəlik gənclər arasında 50 yaşdan yuxarı şəxslərə nisbətən daha sürətlə yayılır.

Məsələn, Böyük Britaniyada 25-49 yaş arası diaqnoz 1990-cı illərin əvvəllərindən bəri 50 faizdən çox artıb, ABŞ-də isə 2030-cu ilə qədər yoğun bağırsaq xərçənginin 50 yaşdan aşağı şəxslərdə ən çox rast gəlinən xərçəng növü olacağı proqnozlaşdırılır.

Mütəxəssislər bu artımı izah etmək üçün bir neçə fərqli nəzəriyyə irəli sürürlər:

Yaşlı insanlarda tətbiq edilən rutin skrininq (yoxlama) testləri, xəstəliyi erkən mərhələdə aşkar etdiyi və xərçəngə çevrilməmiş lezyonları vaxtında aradan qaldırdığı üçün, 50 yaşdan yuxarı şəxslərdə halların azalmasına kömək edir.

Digər alimlər isə həddindən artıq emal olunmuş qidalar, antibiotik istifadəsi və düzgün olmayan qidalanma vərdişlərinin bu artımda rol oynaya biləcəyini düşünürlər.

Araşdırmanın müəlliflərindən professor Amy Berrinqton qeyd edib ki, artmaqda olan piylənmə halları da araşdırılır, lakin bu istiqamətdə sübutlar hələ tam aydın deyil.

Yoğun bağırsaq xərçəngi həm Böyük Britaniyada (ildə təxminən 44 min hal), həm də ABŞ-də (ildə təxminən 142 min hal) ən çox rast gəlinən dördüncü xərçəng növüdür.

Alimlərin hesablamalarına görə, bu hallarının 54 faizindən çoxunun qarşısını almaq mümkündür.

Əlamətlər

Kolon xərçənginin əsas simptomları bunlardır:

Nəcisdə qan görünməsi

Davamlı ishal və ya qəbizlik

İzah olunmayan çəki itkisi

Qarında ağrı və ya şişkinlik

Daimi yorğunluq hissi

Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur. Lalə Qüdrətova Son.az

"Onlara görə ölmək istəmirdim" like
  • 22 Okt 08:08  
Şou-biznes "Onlara görə ölmək istəmirdim"

Pandemiya dövründə koronavirusu ağır keçirən Əməkdar artist Mətanət �

arrow Ətraflı
Daha yaxşı cinsi həyatın sirri bu qidalanma tərzində imiş like
  • 22 Okt 07:07  
Digərləri Daha yaxşı cinsi həyatın sirri bu qidalanma tərzində imiş

Son dövrlərdə tibb dünyasında Aralıq dənizi (Akdeniz) tərzində qidalanm

arrow Ətraflı
“On ilimi onunla keçirmişəm, silmək mümkün deyil” like
  • 22 Okt 06:06  
Şou-biznes “On ilimi onunla keçirmişəm, silmək mümkün deyil”

Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puq

arrow Ətraflı
Qoxubilmə hissinin itməsi ciddi xəstəlik xəbərçisidir  Diqqət like
  • 22 Okt 05:05  
Digərləri Qoxubilmə hissinin itməsi ciddi xəstəlik xəbərçisidir Diqqət

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qoxubilmə hissinin itməsi bəzə

arrow Ətraflı
Saçın vaxtından əvvəl ağarmasının başlıca SƏBƏBLƏRİ like
  • 22 Okt 03:03  
Digərləri Saçın vaxtından əvvəl ağarmasının başlıca SƏBƏBLƏRİ

Saçların erkən ağarması həm gənclər, həm də orta yaşlı insanlar aras

arrow Ətraflı
Görmə problemi olanlara ŞAD XƏBƏR like
  • 22 Okt 02:02  
Digərləri Görmə problemi olanlara ŞAD XƏBƏR

Alimlər görmə qabiliyyətini bərpa etmək üçün subretinal fotovoltaik imp

arrow Ətraflı
Hər 8 qadından biri risk altındadır  Həddindən artıq şəkərli qidalar yol aça bilər like
  • 22 Okt 01:01  
Digərləri Hər 8 qadından biri risk altındadır Həddindən artıq şəkərli qidalar yol aça bilər

Mütəxəssislər xəbərdarlıq edir ki, hər səkkiz qadından biri döş (sü

arrow Ətraflı
Təbiidir deyə günboyu içmək olmaz  Mədə, böyrək və qaraciyəri sıradan çıxara bilər like
  • 22 Okt 00:38  
Digərləri Təbiidir deyə günboyu içmək olmaz Mədə, böyrək və qaraciyəri sıradan çıxara bilər

Bitki çaylarının təbii olması tamamilə təhlükəsiz olduğu mənasına g�

arrow Ətraflı
Kenan İmirzalıoğlu yeni serialdan fantastik məbləğ qazanacaq like
  • 22 Okt 00:25  
Şou-biznes Kenan İmirzalıoğlu yeni serialdan fantastik məbləğ qazanacaq

"Ailə bir imtahandır" adlı yeni serialda baş rolu canlandıracaq m

arrow Ətraflı
Dünyanın gözünü dikdiyi Tramp–Putin zirvəsi ləğv edildi like
  • 22 Okt 00:12  
Dünya Dünyanın gözünü dikdiyi Tramp–Putin zirvəsi ləğv edildi

Dünyanın maraqla gözlədiyi Tramp-Putin sülh zirvəsi rəsmən ləğv edilib

arrow Ətraflı
Günün qoroskopu: Dəyişiklik artıq yoldadır like
  • 22 Okt 00:01  
Digərləri Günün qoroskopu: Dəyişiklik artıq yoldadır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qızılın qiyməti uzun fasilədən sonra ilk dəfə ucuzlaşdı like
  • 21 Okt 23:50  
Digərləri Qızılın qiyməti uzun fasilədən sonra ilk dəfə ucuzlaşdı

ABŞ və Çin arasında ticarət müharibəsinin yumşalacağına dair xəbərl�

arrow Ətraflı
7 yaşlı uşağın ölümünün detalları  “Qıcolma tutub” like
  • 21 Okt 23:29  
Digərləri 7 yaşlı uşağın ölümünün detalları “Qıcolma tutub”

Qəza nəticəsində 7 yaşlı uşaq həyatını itirdi, atası ağır yaraland�

arrow Ətraflı
III CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək like
  • 21 Okt 23:19  
Kriminal III CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək

Bu il 3-cü CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək. Artıq qəb

arrow Ətraflı