Dabaq xəstəliyi alıcıları qorxuya saldı bazarda vəziyyət ürəkaçan deyil
Digərləri 20 Okt 2025 22:25:00 71 0
Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd və süd məshulları bazarına da təsir edib.
Bu xəbəri də oxu: Goranboyda kafedə kütləvi dava Qardaş qardaşı bıçaqladı
Son.az Xəzər TV-yə istinadən bildirir ki, əvvəllər mütəmadi süd məhsulları alanlar indi ehtiyat etdiklərini deyirlər.
Satıcılar isə satışda problem olmadığını, süd və süd məhsulları satışının davam etdiyini bildirirlər.
Satıcıların sözlərinə görə, xəstəliklə bağlı insanlar arasında qorxu olsa da, bu, məhsulların keyfiyyətsiz olması demək deyil.
Satıcılardan satdıqları məhsulların yoxlamadan keçib-keçmədiyini soruşduq. Əksəriyyəti yoxlamadan keçirildiyini desələr də, bunu təsdiq edən heç bir sənədi təqdim edə bilmədilər.
Həkimlər isə bu xəstəliklə bağlı insanları diqqətli olmağa səsləyirlər. Çünki xəstəliyə yoluxma tez baş verir və ciddi fəsadlara səbəb olur.
Bəs bazarlara daxil olan məhsullara Qida Təhlükəsizliyi Agentliyi tərəfindən necə nəzarət edilir?
AQTA-dan bildirilib ki, ilin əvvəlində təsdiq olunmuş planlı yoxlamalar, eyni zamanda, daxil olan şikayətlər və mediada yayılan məlumatlar əsasında bazar və digər satış şəbəkələri də daxil olmaqla qida zənciri boyu yoxlama-nəzarət tədbirləri davam etdirilir. Süd məhsulları yüksək riskli qida məhsulları hesab olunduğu üçün belə qida məhsullarının satışı qida təhlükəsizliyi norma və tələblərinə uyğun həyata keçirilməlidir. Bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş məhsullar satılmamalıdır. Qanunvericiliyə əsasən, bununla bağlı sahibkarlıq subyektləri, o cümlədən bazar rəhbərləri birbaşa məsuliyyət daşıyırlar.
Reallıq budur ki, dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar insanlar arasında ciddi narahatlıq yaradıb. Süd və süd məhsulları da risk kateqoriyasına daxil olduğu üçün təhlükə var. Bazarlarda isə satıcılar satdıqları məhsulların yoxlamadan keçdiyini təsdiq edən sənədləri təqdim edə bilmirlər. Yəqin ki, olsaydı, təqdim edilərdi.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
ABŞ-nin "Green Card" (Yaşıl Kart) lotereyası üzrə qeydiyyatın g

Perm Milli Tədqiqat Politexnik Universitetinin alimlərinə görə, enerji içk

Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Müğənni Şəbnəm Tovuzlu yutubdan qazadığı aylıq gəlirindən danışıb

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən əlavə gömrük rüsumları

31 oktyabr - 2 noyabr tarixlərində Heydər Əliyev Fondu və İDEA İctimai Bi

Qazaxıstan və Azərbaycan bütün regionda əməkdaşlığın və təhlükəsi

Xərçəngdən ölümün əsas səbəbi metastaz ( xərçəngin əsas şişində

Məşhur aparıcı Acun Ilıcalı ötən il dünyasını dəyişən Hasan Yaln�

Diş sağlamlığının qorunmasında düzgün qidalanma vacib rol oynayır. Hə

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidə

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı A

ABŞ səmasında inanılmaz hadisə yaşanıb.
