Trampdan xəbərdarlıq: “150% əlavə gömrük rüsumu tətbiq ediləcək”
Digərləri 20 Okt 2025 21:27:00 93 0
ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən əlavə gömrük rüsumları ilə bağlı yeni bəyanat verərək Pekini bir daha hədələyib. Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən Tramp bildirib ki, Çin ABŞ ilə anlaşmaya gəlməsə, mövcud tariflərə əlavə olaraq 150% gömrük vergisi ödəməyə məcbur qalacaq.
Bu xəbəri də oxu: “Ramiz Mehdiyev heç mənə salam vermirdi”
Son.az xəbər verir ki, Tramp bir neçə gün əvvəl 1 noyabrdan etibarən Çinə hazırkı rüsumlara əlavə olaraq 100% yeni gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Bununla yanaşı, ABŞ bütün kritik proqram təminatlarına ixrac nəzarəti gətirəcəyini də bildirmişdi.
Tramp bildirib ki, Çin 1 noyabrdan etibarən təkcə özü istehsal etdiyi məhsullara deyil, başqa ölkələrdən gətirilən bəzi məhsullara da geniş miqyaslı ixrac məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. O, bu addımı "beynəlxalq ticarətdə görünməmiş dərəcədə aqressiv davranış" adlandırıb:
"Bu, təkcə ABŞ-yə deyil, bütün ölkələrə təsir edən və illər əvvəl planlaşdırıldığı açıq-aydın hiss olunan bir strategiyadır. Bu, beynəlxalq münasibətlər baxımından əxlaqi bir utancdır."
Tramp əlavə edib: "Çinin bu misilsiz davranışını nəzərə alaraq, 1 noyabr tarixindən (və ya Çin daha tez cavab verərsə, daha erkən) ABŞ Çin mallarına mövcud tariflərə əlavə 100% gömrük vergisi tətbiq edəcək. Bununla yanaşı, bütün kritik proqram təminatlarının ixracına sərt nəzarət qoyulacaq." Lalə Qüdrətova Son.az
31 oktyabr - 2 noyabr tarixlərində Heydər Əliyev Fondu və İDEA İctimai Bi

Qazaxıstan və Azərbaycan bütün regionda əməkdaşlığın və təhlükəsi

Xərçəngdən ölümün əsas səbəbi metastaz ( xərçəngin əsas şişində

Məşhur aparıcı Acun Ilıcalı ötən il dünyasını dəyişən Hasan Yaln�

Diş sağlamlığının qorunmasında düzgün qidalanma vacib rol oynayır. Hə

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidə

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı A

ABŞ səmasında inanılmaz hadisə yaşanıb.

Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.

Qazaxıstan və Azərbaycan informasiya texnologiyaları və süni intellekt sah

Yeni Günəşlidə yerləşən 275 nömrəli tam orta məktəbdə ayaqyolunun ta

Sosial şəbəkələrdə bir nənənin həyat hekayəsi geniş maraq doğurub.

Maliyyə eksperti bankda problemlərin ola biləcəyini göstərən əlamətlər
