“Mənim Dənizlərim, Mənim Okeanlarım” sərgisi ilk dəfə Heydər Əliyev Mərkəzində VİDEO
Siyasət 20 Okt 2025 11:11:00 89 0
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində su ehtiyatlarının qorunması çağırışı ilə "Mənim Dənizlərim, Mənim Okeanlarım" ("My Seas, My Oceans") sərgisinin açılışı olacaq.
Bu xəbəri də oxu: “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxıldı
Son.az xəbər verir ki, sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri - su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır.
Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiya "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsi çərçivəsində nümayiş olunacaq.
2022-ci ildə Cenevrədəki debütü ilə su ekosisteminin mühafizəsinə dair qlobal dialoqun əsasını qoyan layihə Bakıda ilk dəfədir təşkil edilir. Sərgidə müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim ediləcək. Həmin əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.
Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.
Sərgi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə - "Təmiz su və sanitariya", "Məsuliyyətli istehlak", "İqlim dəyişməsi ilə mübarizə" və "Su altında həyat" hədəflərinə uyğunluğu ilə fərqlənir. "Mənim Dənizlərim, Mənim Okeanlarım" göstərir ki, sənət təkcə reallığı əks etdirmir, həm də gələcək nəsillər üçün dəniz və okeanların təmizliyini təmin etməyə qadirdir.
Yer kürəsinin 70 faizindən çoxunu təşkil edən su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirə məruz qalır. Sərgi isə incəsənət vasitəsilə həmin təsirlərin azaldılması və qarşısının alınması, ümumiyyətlə qlobal məsələlərə diqqətin artırılması ismarıcını dünyaya ötürür.
Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Beynəlxalq Parl

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Admin

Hövsanda yerləşən çoxmərtəbəli binaların birində azyaşlı uşaq yedd

Astroloqların proqnozlarına görə, bəzi bürclər üçün payızın son gün

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Nizami Şiri

Müğənni Ofeliya Şabanova qonaq olduğu "Rəngarəng" verilişində

Yazmışdım ki, Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti barədə məlum

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Telefonlarda saxlanması və istifadəsi cinayət məsuliyyəti doğura biləcə

"20 oktyabr 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan�

Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 37 və 39 ün

Boşandıqdan sonra gələn zəng 43 yaşlı kişiyə həyatının şokunu yaşa

Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlx

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində h�

Böyük Britaniya Sənət Şurası tarixində ilk dəfə olaraq türkiyəli mü�
