Mehriban Əliyevanın Vatikan şəhərdövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub
Siyasət 17 Okt 2025 23:30:00 89 0
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.
Bu xəbəri də oxu: Azərbaycanın Müqəddəs TaxtTacdakı səfirliyinin inzibati ofisi açılıb, Mehriban Əliyeva tədbirdə iştirak edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə qubernatorluğun prezidenti Raffaella Petrini Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin və səmimi təşəkkürünü bildirib. Rahibə Raffaella Petrini Azərbaycanın Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Taca səfərlərini yüksək qiymətləndirərək, Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir.
Birinci vitse-prezident Mehriban Əliyeva səmimi qəbula və göstərilən diqqətə görə Vatikan dövlətinin qubernatorluğuna minnətdarlığını ifadə edib. Mehriban Əliyeva rahibə Raffaella Petrinini Bakıya rəsmi səfərə dəvət edərək, Azərbaycanla Vatikan arasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğulayıb. Rafaella Petrini dəvətini məmnunluq hissi ilə qəbul edərək, yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.
Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycan ilə Vatikanın qubernatorluğu arasında mədəni, dini və humanitar sahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Son.az
Rusiyalı həkim feyxoadan hazırlanan mürəbbənin bəzi hallarda sağlamlıq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr

ABŞ Prezidenti Donald Trampdan Rusiyanın hərbi gücü barədə fikirləri sor

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini q

Narkotik istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində test nət

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə

Ötən gün Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlı Mə

Avropa Komissiyası (AK) Rusiyanın dondurulmuş şəxsi aktivlərindən istifad

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı apa

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ağ Evdə ABŞ prezidenti Donald T

"Atam həmişə öyrədirdi ki, ailədə birinci adam qadın olmalıdır&qu

"Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi"nin icraçı direktorunun m

Tovuzda qadın bıçaqlanaraq qətlə yetirilib.

Yuxudan oyandıqdan sonra insanda stress hormonu olan kortizolun səviyyəsi yü
