Mehriban Əliyeva Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub


Siyasət 16 Okt 2025 23:14:00 98 0

Mehriban Əliyeva Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Avropanın ən böyük pediatrik "Bambino Gesu" xəstəxanasında olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub.

"Bambino Gesu" pediatrik xəstəxanasının prezidenti Titsiano Onesti Birinci vitse-prezident Mehriban Əliyevaya laboratoriyalar haqqında məlumat verib.

Bildirilib ki, 1869-cu ildə Salviati ailəsi tərəfindən əsası qoyulmuş, Roma şəhərində yerləşən, Müqəddəs Taxt-Tacın ekstraterritorial ərazisi hesab olunan "Bambino Gesu" pediatrik xəstəxanası ilkin olaraq özəl xəstəxana kimi yaradılıb. Bu tibb müəssisəsi uşaq müalicəsi üçün nəzərdə tutulmuş ilk strukturlar arasındadır.

Diqqətə çatdırılıb ki, "Bambino Gesu" pediatrik xəstəxanası İtaliya dövləti tərəfindən maliyyələşdirilən və dövlət xəstəxanası kimi fəaliyyət göstərən qurum olmasına baxmayaraq, Müqəddəs Taxt-Tacın bir müəssisəsidir və birbaşa ona hesabat verir, onun rəhbərliyinə tabedir. 2006-cı ildə xəstəxana "Joint Commission International" tərəfindən akademik xəstəxana kimi akkreditə olunub və hazırda Avropanın ən böyük uşaq xəstəxanası və tədqiqat mərkəzidir.

Qeyd olunub ki, San Paolo filialı xəstəxananın genetik və hüceyrə tədqiqatları üçün ən müasir texnologiyalarla təchiz edilmiş böyük tədqiqat laboratoriyalarının, o cümlədən qabaqcıl müalicə üsullarının tətbiq olunduğu əczaçılıq emalatxanasının mərkəzidir. Burada klinik diaqnozların nəticələri bir daha təsdiqlənmək üçün genetik analizlərlə qarşılaşdırılır, habelə metabolik analizlər sayəsində pasiyentlərə fərdi tibbi yanaşma tətbiq olunur.

Bu il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın "Bambino Gesu" pediatrik xəstəxanası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Bambino Gesu" xəstəxanası ilə qurulan əməkdaşlıq nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər müvafiq sahələrin Azərbaycanda inkişafına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi yanaşmalara yiyələnmək və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalarda araşdırmalar aparmaq imkanı yaradacaq. Nəticədə ölkəmizdə bu sahələrdə müstəqil elmi tədqiqatlar aparmağa qadir kadr potensialı formalaşacaq, beynəlxalq standartlara cavab verən yeni laboratoriyaların təsis olunması üçün şərait yaranacaq. Həmçinin əməkdaşlıq çərçivəsində səhiyyə mütəxəssislərimizin təlim və mübadilə proqramlarında iştirakı nəzərdə tutulub. Son.az 

Qiymənin içinə 1 parça əlavə edin   Çox ləzzəti olur, köhnəlmir like
  • 16 Okt 23:12  
Digərləri Qiymənin içinə 1 parça əlavə edin Çox ləzzəti olur, köhnəlmir

Mətbəximizin ayrılmaz məhsullarından olan qiymə - kotletdən makaronlara,

arrow Ətraflı
Xəyanətin səbəbi açıqlandı like
  • 16 Okt 23:00  
Digərləri Xəyanətin səbəbi açıqlandı

"Xəyanətin ən çox yayılan səbəbi emosional və ya cinsi ehtiyacları

arrow Ətraflı
Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb like
  • 16 Okt 22:48  
Siyasət Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəd

arrow Ətraflı
Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş like
  • 16 Okt 22:36  
Digərləri Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş

Kaliforniya Universitetinin (UC Irvine) alimləri adi optik kompüter siçanlar�

arrow Ətraflı
Mehriban Əliyeva Vatikanda açılış mərasimində iştirak edib like
  • 16 Okt 22:30  
Siyasət Mehriban Əliyeva Vatikanda açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəd

arrow Ətraflı
“Qızımın artıq 18 yaşı olacaq, amma icazə vermir ki...” like
  • 16 Okt 22:25  
Şou-biznes “Qızımın artıq 18 yaşı olacaq, amma icazə vermir ki...”

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizin ona qoyduğu qadağadan dan�

arrow Ətraflı
2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir – kilosu 30 manat like
  • 16 Okt 22:12  
Digərləri 2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir – kilosu 30 manat

Türkiyənin Sivas bölgəsində yetişən və nadir tapıldığı üçün dəy�

arrow Ətraflı
Meyvətərəvəz BAHALAŞDI like
  • 16 Okt 21:29  
Digərləri Meyvətərəvəz BAHALAŞDI

Bəzi meyvə-tərəvəzlərin qiymətində kəskin bahalaşma müşahidə edilir

arrow Ətraflı
Ot bahalaşdı, bəs ət?  QİYMƏTLƏR like
  • 16 Okt 21:16  
Digərləri Ot bahalaşdı, bəs ət? QİYMƏTLƏR

Son günlər Göyçayda ot bazarında bahalaşma müşahidə olunur. Belə ki, o

arrow Ətraflı
Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir  Açıqlama like
  • 16 Okt 21:03  
Digərləri Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir Açıqlama

Bəzi qida əlavəli həkim məsləhəti olmadan qəbul edilərsə faydasız ol

arrow Ətraflı
“PAŞA Bank" bu ilin hesabatını açıqladı like
  • 16 Okt 20:55  
Digərləri “PAŞA Bank" bu ilin hesabatını açıqladı

"Pasha bank"da 2025-ci ilin I yarımilinə həsr olunan mətbuat konfr

arrow Ətraflı
“Deyirdi ki, guya qızım pis yola düşüb, həyatımı söndürdü”  Mətanətin atası like
  • 16 Okt 20:50  
Kriminal “Deyirdi ki, guya qızım pis yola düşüb, həyatımı söndürdü” Mətanətin atası

"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməz

arrow Ətraflı
Un fabrikində baş verən yanğın söndürüldü like
  • 16 Okt 20:39  
Digərləri Un fabrikində baş verən yanğın söndürüldü

Gəncədə "Araboğlu" un fabrikində başlayan yanğın tam söndür�

arrow Ətraflı
“Ad günü” filminin aktyorları 48 ildən sonra bir arada like
  • 16 Okt 20:34  
Şou-biznes “Ad günü” filminin aktyorları 48 ildən sonra bir arada

"Ad günü" filminin qəhrəmanları 48 ildən sonra bir araya gəlibl

arrow Ətraflı