Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib FOTO
Digərləri 16 Okt 2025 15:48:00 100 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.
Bu xəbəri də oxu: Hər gün hamı yeyir, ancaq sürətlə ölümə aparır
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını dedi. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxundu.
Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmik sahələrdə uğurlu inkişafına toxunuldu. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti vurğulandı, qardaşlaşmış şəhərlər arasında əlaqələr qeyd edildi, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və müxtəlif layihələrdə Fransa şirkətlərinin iştirakı məsələləri müzakirə olundu.
Azərbaycanla Fransanın enerji sahəsində uğurlu tərəfdaşlığı və bu xüsusda ölkəmizlə "Total" şirkəti arasında əməkdaşlığın önəmi qeyd edildi.
Söhbət zamanı bir çox sahədə münasibətlərimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.
Vətəndaşların Xırdalan şəhərindən paytaxtın "20 Yanvar" metr

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəh

Bakı şəhər, Binəqədi rayon, Biləcəri qəsəbə sakinləri gündüzlər

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Mu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə

Türkiyənin məşhur "Yabancı damat" serialında "Memik dede&qu

Oktyabr ayı bəzi bürclər üçün emosional gərginlik, qərarsızlıq və d�

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ş

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.

"By_guniiii" ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaş

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı i

Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən
