Yunus Oğuzun türkşünaslıq düşüncələri


Digərləri 16 Okt 2025 15:36:00 74 0

Yunus Oğuzun türkşünaslıq düşüncələri

Nizami Cəfərov

Bu xəbəri də oxu: Məşhur rusiyalı general öldü

akademik

Yalnız məşhur romanları ilə deyil, vaxtaşırı apardığı akademik araşdırmaları, elmi- publisitik yazıları ilə də türk  tarixinin qaranlıq, mübahisəli tərəflərinə bu və ya digər dərəcədə aydınlıq gətirməyə çalışan (və geniş ictimai maraq doğuran) Yunus Oğuz oxucuların müzakirəsinə (bundan öncə onun "Qədim Anadolu və Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış", "Türkün gizli tarixi", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında") kitabları nəşr edilmişdir. Bunlardan ikisi Elm və Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi nəzərdə tutulub) məzmun-mündərəcə etibarilə kifayət qədər siqlətli yeni  bir əsər vermişdir ki, burada ən azı  üç ciddi problem diqqət mərkəzinə çəkilməkdədir. Onlardan birincisi "türk" sözünün etimologiyasıdır. Bu barədə çox yazılmış, çox deyilmiş, dünyanın bütün görkəmli türkoloqları "türk" sözünə öz interpretasiyalarını izhar etməyə ehtiyac duymuşlar. Və nəticə etibarilə, türk"ün a) "igid", "hünərli", "cəsarətli", b) "gözəl", "ürəyəyatan", "könülaçan" və c) "törəli", "qanun- qayda sevən" və "qanun- qaydaya riayət edən" mənalarını bildirdiyi qənaətləri yayılmışdır. O da məlumdur ki, "türk" sözünün tərkibi "t + r" və "k" hissələrindən ibarətdir: "tar", "tor", "tur" "tür" və s. kökü ilə "ıq", "ik", "uq", "ük" şəkilçisi. Sözün kökü məna dəyişikliklərinə həddindən artıq həssas olmuş, şəkilçi isə sadəcə mücərrədlik bildirmişdir.

Yunus Oğuz "türk" etnoniminin həm Mahmud Kaşğarinin "Divan"ındakı, həm də "Qədim türk sözlüyü"ndəki izahlarını xatırlatdıqdan sonra, ən yeni dövr türkoloqlarının mülahizələrini nəzərdən keçirir. Və "türk"ün ən qədim dövrlərdən müxtəlif mənbələrdə əks olunmuş "törəmələr"ini göz önünə gətirir: turuk, tarku, turşa, etrusk, turça, turkha, türkü, tursü, turka, türkilinq,turoba (Troya), turçi, trek, turça, Turan və s. və i.

Mənə məlum olduğu miqyasda ilk dəfədir ki, Yunus Oğuz "türk" etnoniminin daxil olduğu etnoqrafik- mədəni sferanın anlayış- konseptlərini də tədqiqata cəlb edir ki, buraya, ilk növbədə, "el", "oba", "bil", "tağ" və s. aiddir.

Heç şübhə yoxdur ki, həmin istiqamətdəki araşdırmalar "türk" etnoniminin ideya- məzmununun daha aydın təsəvvürünə müəyyən imkanlar açacaqdır.

Müəllifin toxunduğu ikinci problem Avrasiyanın Qərb ucqarlarındakı türk toponimləridir ki, bunlar Strabonun "Coğrafiya"sından, yəni son dərəcə mötəbər bir mənbədən gətirilir: Alp, Apatur, Arvak, Asta, Atamon, Evbey, Bardul, Dondar, Etrusk, Kimmer, Kenoba, Onoba, Salar, Salqan, Arat, Bark, Qarpak, Azan, Temen və s.

Həmin mənbədə türkçülüyün ilk baxışdan "zəmanət verən", ancaq təbii ki, müfəssəl araşdırma tələb edən bir sıra  etnonimləri də var: akuti, albiy, albula, ana, araq, asay, atak, bat, duriy, taq, tavr və s. və i.

Yunus Oğuzun türkşünaslıq araşdırma üslubudur ki, faktları bol- bol sadalamaqla  öz fikrini, mövqeyini bu və ya  digər "nəzəriyyə"yə ehtiyac duymadan bildirir: deyir ki, türklər hər hansı halda Qərbi Avropada olmuşlar!..

Əsərdə diqqət mərkəzinə çəkilən üçüncü problem türklərin Avrasiya boyu Şərqdən Qərbə, yoxsa Qərbdən Şərqə hərəkətidir ki, burada müəllifin məqsədi, əlbəttə, artıq çoxdan başlamış bir ideyaya (konsepsiyaya!) dəstək verməkdir. Belə ki, türklərin "xalqların böyük köçü"ndən - ilk orta əsrlərdən çox- çox əvvəl Qərbdən Şərqə də axınları olmuşdur... Yunus Oğuz tamamilə haqlıdır ki, bu axınlar Qərbi Avrasiyadan  (İspaniyadan) da ola bilərdi, Ön Asiyadan (Şumerdən) də... Burada söhbət, Yunus Oğuzun böyük bir ehtiramla həmişə istinad etdiyi L.Qumilyovun sözləri ilə desək, sosiosferin yox, biosferin verdiyi imkanlardan gedir. Yəni xalqların köç hərəkətlərinə (və hərəkatlarına) cəmiyyətdən daha çox təbiət təkan verir. İqlimin dəyişməsi elə güclü bir amildir ki, xalqların ruhundakı "vətən sevgisi"ni çox çəkmədən xoş bir xatirəyə çevirir.

Xırdalandan yeni marşrut xətti istifadəyə verilir like
  • 16 Okt 15:24  
Digərləri Xırdalandan yeni marşrut xətti istifadəyə verilir

Vətəndaşların Xırdalan şəhərindən paytaxtın "20 Yanvar" metr

arrow Ətraflı
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olundu? like
  • 16 Okt 15:20  
Kriminal Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olundu?

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəh

arrow Ətraflı
Bakıda Müalicə mərkəzində narkotik satılır?  Rəsmi CAVAB like
  • 16 Okt 15:17  
Digərləri Bakıda Müalicə mərkəzində narkotik satılır? Rəsmi CAVAB

Bakı şəhər, Binəqədi rayon, Biləcəri qəsəbə sakinləri gündüzlər

arrow Ətraflı
Əməkdar artistin vəziyyəti like
  • 16 Okt 15:16  
Şou-biznes Əməkdar artistin vəziyyəti

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Mu

arrow Ətraflı
Onun hakim fəaliyyətinə xitam verildi like
  • 16 Okt 15:01  
Digərləri Onun hakim fəaliyyətinə xitam verildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə

arrow Ətraflı
"Yabancı damat"ın məşhur aktyoru ÖLDÜ like
  • 16 Okt 14:47  
Şou-biznes "Yabancı damat"ın məşhur aktyoru ÖLDÜ

Türkiyənin məşhur "Yabancı damat" serialında "Memik dede&qu

arrow Ətraflı
Hanı BÜRCLƏRİ oktyabrda çətinlik gözləyir? like
  • 16 Okt 14:47  
Digərləri Hanı BÜRCLƏRİ oktyabrda çətinlik gözləyir?

Oktyabr ayı bəzi bürclər üçün emosional gərginlik, qərarsızlıq və d�

arrow Ətraflı
Biznesmen dayısının 1 milyon manatını ələ keçirdi like
  • 16 Okt 14:32  
Kriminal Biznesmen dayısının 1 milyon manatını ələ keçirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ş

arrow Ətraflı
"Boşanmış qadınam, sənin ərində gözüm yoxdu" like
  • 16 Okt 14:17  
Şou-biznes "Boşanmış qadınam, sənin ərində gözüm yoxdu"

"By_guniiii" ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaş

arrow Ətraflı
Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb  FOTO like
  • 16 Okt 14:16  
Kriminal Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb FOTO

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı i

arrow Ətraflı
29 yaşlı qadını əri like
  • 16 Okt 14:02  
Kriminal 29 yaşlı qadını əri

Tovuz rayonunda qətl hadisəsi törədilib.

arrow Ətraflı
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir like
  • 16 Okt 13:57  
Kriminal Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir

Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən

arrow Ətraflı
Ramiz Quliyev dəfn olundu like
  • 16 Okt 13:56  
Kriminal Ramiz Quliyev dəfn olundu

Xalq artisti, tarzən Ramiz Quliyev dəfn olunub.

arrow Ətraflı
Azərin yerinə o aparıcılıq edəcək like
  • 16 Okt 13:47  
Şou-biznes Azərin yerinə o aparıcılıq edəcək

"Xəzər TV"də yayımlanan "Zarafat bir yana" proqramı yen

arrow Ətraflı