Kamaləddin Qafarov: “Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir”


Siyasət 11 Okt 2025 15:30:00 84 0

Kamaləddin Qafarov: “Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir”

"Oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıqda təşəbbüskar, sülhsevər və dinamik inkişaf xəttinə malik ölkədir. Dövlətimizin başçısının çıxışında səslənən fikirlər qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanırdı. Cənab Prezident Tacikistan xalqını əldə etdiyi uğurlar münasibətilə təbrik edərək, bu ölkənin sürətli inkişafını məmnunluqla qeyd etdi. Bu, Azərbaycanın xarici siyasətində səmimiyyət və qarşılıqlı hörmətin əsas yer tutduğunu bir daha sübut edir".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan ilə Tacikistan arasındakı münasibətlər qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanaraq təkcə iki ölkə üçün deyil, ümumilikdə MDB məkanında əməkdaşlıq ruhunun güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir:

"Prezident İlham Əliyev öz çıxışında MDB-nin humanitar sahədə birliyini dəstəkləyərək, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin MDB ölkələrinin diqqətini çəkməsi Azərbaycanın nüfuzunun artdığını göstərir. Dövlətimizin başçısı, həmçinin MDB-nin həyatında önəmli hadisə olan III MDB Oyunlarının Gəncə və digər şəhərlərimizdə yüksək səviyyədə keçirilməsini xüsusi qeyd etdi. Bu tədbir həm Azərbaycan idmanının gücünü nümayiş etdirdi, həm də MDB məkanında dostluğun, əməkdaşlığın və humanitar əlaqələrin inkişafına töhfə verdi. Cənab Prezidentin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə qarşılıqlı hörmət, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir. Düşənbə iclasında səslənən mesajlar MDB daxilində birliyin möhkəmlənməsinə, xalqlar arasında səmimiyyət və dostluq körpülərinin daha da güclənməsinə xidmət edir".

Soyuq havalar dərini qurudur – Necə qulluq etməli? like
  • 11 Okt 15:04  
Digərləri Soyuq havalar dərini qurudur – Necə qulluq etməli?

Payızın gəlməsi ilə havaların soyuması və rütubətin azalması dəri sa

arrow Ətraflı
Telefonunuzda bu proqram varsa, ehtiyatlı olun  Kartınız oğurlana bilər like
  • 11 Okt 14:58  
Digərləri Telefonunuzda bu proqram varsa, ehtiyatlı olun Kartınız oğurlana bilər

Kibertəhlükəsizlik tədqiqatçıları "Mobdro Pro IP TV + VPN" adı

arrow Ətraflı
“Vaxtım daralır”  Pavel Durov 41 yaşını qeyd etmədi like
  • 11 Okt 14:19  
Dünya “Vaxtım daralır” Pavel Durov 41 yaşını qeyd etmədi

"Telegram"ın qurucusu və milyarder Pavel Durov 41 yaşını qeyd etm

arrow Ətraflı
Şengen vizası almaq istəyənlərin NƏZƏRİNƏ like
  • 11 Okt 14:00  
Dünya Şengen vizası almaq istəyənlərin NƏZƏRİNƏ

12 oktyabrdan etibarən Şengen bölgəsinə daxil olan 29 Avropa ölkəsində y

arrow Ətraflı
Azərbaycanda yeni məktəblər tikiləcək like
  • 11 Okt 13:50  
Digərləri Azərbaycanda yeni məktəblər tikiləcək

Azərbaycanda yeni məktəb binalarının tikintisi ilə bağlı müvafiq işlə

arrow Ətraflı
Keçmiş İsrail əsgəri ABŞı birbirinə qatdı  Proqramdan kişilərlə tanış olub... like
  • 11 Okt 13:42  
Dünya Keçmiş İsrail əsgəri ABŞı birbirinə qatdı Proqramdan kişilərlə tanış olub...

Keçmiş İsrail əsgəri Adva Lavie Los-Ancelesdə yaşlı və varlı kişilər

arrow Ətraflı
Gəncədə yük maşını iki avtomobilə çırpılaraq aşdı like
  • 11 Okt 13:07  
Digərləri Gəncədə yük maşını iki avtomobilə çırpılaraq aşdı

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Avstraliyada hava limanında təyyarə qəzası  Ölənlər var like
  • 11 Okt 13:00  
Dünya Avstraliyada hava limanında təyyarə qəzası Ölənlər var

Avstraliyanın Shellharbour hava limanında təyyarə qəzası baş verib.

arrow Ətraflı
Sumqayıtda bu binalar təhlükəlidir  VİDEO like
  • 11 Okt 12:50  
Digərləri Sumqayıtda bu binalar təhlükəlidir VİDEO

Yeni tikilən binada mənzilin arakəsməsi hər an aşa bilər.

arrow Ətraflı
İstirahət günü Bakıda 27 dərəcə isti olacaq like
  • 11 Okt 12:27  
Digərləri İstirahət günü Bakıda 27 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

arrow Ətraflı
Rusiyaya qaçan Əsəddən xəbər var  Yeni "asılılığı" ortaya çıxdı like
  • 11 Okt 12:25  
Dünya Rusiyaya qaçan Əsəddən xəbər var Yeni "asılılığı" ortaya çıxdı

Suriya rejiminin devrilmiş lideri Bəşər Əsəd hazırda Moskvada təhlükəs

arrow Ətraflı
Şəki “Terra Madre” qastronomiya festivalına ev sahibliyi edir  FOTO like
  • 11 Okt 12:20  
Digərləri Şəki “Terra Madre” qastronomiya festivalına ev sahibliyi edir FOTO

Oktyabrın 11-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, tabeliyind

arrow Ətraflı