Prezident itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 09 Okt 2025 10:37:00 94 0

Prezident itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Son.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.

Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn edilmişlər.

2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması böyük tarixi hadisə olmaqla, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaradır. Sülh sazişinə münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında əhəmiyyətli vasitədir. Bu baxımdan, Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir.

Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır.

Əminəm ki, bu konfrans çərçivəsində keçiriləcək müzakirələr itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Bir daha sizi salamlayır və konfransın işinə uğurlar arzulayıram".

Zelenskinin rəsmi aylıq maaşı açıqlandı like
  • 09 Okt 10:30  
Dünya Zelenskinin rəsmi aylıq maaşı açıqlandı

Ukraynanın sabiq deputatı Vladimir Oleynik bildirib ki, prezident Vladimir Zel

arrow Ətraflı
II Qarabağ müharibəsindən sonra 800ə yaxın itkinə aid meyit qalıqları tapılıb  Əli Nağıyev like
  • 09 Okt 10:22  
Digərləri II Qarabağ müharibəsindən sonra 800ə yaxın itkinə aid meyit qalıqları tapılıb Əli Nağıyev

2020-ci ilin noyabr ayında başa çatmış II Qarabağ müharibəsindən sonra,

arrow Ətraflı
Keçmiş döyüş mövqeyi olmuş ərazidə kütləvi məzarlıq aşkarlanıb  Əli Nağıyev like
  • 09 Okt 10:18  
Siyasət Keçmiş döyüş mövqeyi olmuş ərazidə kütləvi məzarlıq aşkarlanıb Əli Nağıyev

Keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq

arrow Ətraflı
Bakıda “28 May”dan biri də yaradılacaq  VİDEO like
  • 09 Okt 10:14  
Digərləri Bakıda “28 May”dan biri də yaradılacaq VİDEO

Metronun "28 May" stansiyası ətrafındakı multimodal nəqliyyat mü

arrow Ətraflı
Netanyahudan "sülh planı" ilə bağlı ilk AÇIQLAMA like
  • 09 Okt 10:08  
Dünya Netanyahudan "sülh planı" ilə bağlı ilk AÇIQLAMA

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan israilli girovlar�

arrow Ətraflı
Xankəndidə ƏMƏLİYYAT  Saxlanılanlar var  FOTO like
  • 09 Okt 10:02  
Digərləri Xankəndidə ƏMƏLİYYAT Saxlanılanlar var FOTO

DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılma

arrow Ətraflı
Saat 11:00da qaz kəsiləcək  Bu ərazilərdə like
  • 09 Okt 09:56  
Digərləri Saat 11:00da qaz kəsiləcək Bu ərazilərdə

Sumqayıt şəhərinin Corat qəsəbəsində mövcud qaz sayğaclarının yeni x

arrow Ətraflı
Röyanın xanəndəyə Aygündən fərqli davranışı gündəm oldu like
  • 09 Okt 09:16  
Şou-biznes Röyanın xanəndəyə Aygündən fərqli davranışı gündəm oldu

Xalq artisti Röya Ayxanın çıxışı zamanı maraqlı anlar yaşanıb.

arrow Ətraflı
Bu bürclər ölümqalım sınağı ilə üzləşəcəklər   Möhkəm olun like
  • 09 Okt 08:42  
Digərləri Bu bürclər ölümqalım sınağı ilə üzləşəcəklər Möhkəm olun

Astroloqlar xəbərdarlıq edir ki, üç bürc yaxın gələcəkdə çətinlikl�

arrow Ətraflı
Payızda pəncərənin kənarına duz qoyun like
  • 09 Okt 08:08  
Digərləri Payızda pəncərənin kənarına duz qoyun

Payızda pəncərənin kənarına duz qoymaq bir neçə səbəbə görə tövsiy

arrow Ətraflı
Sinə xərçənginin az bilinən əlamətləri  Açıqlama like
  • 09 Okt 07:07  
Digərləri Sinə xərçənginin az bilinən əlamətləri Açıqlama

Onkoloq qadınlarda döş xərçənginin qeyri-adi əlamətlərini açıqlayıb.

arrow Ətraflı
Teztez acırsınızsa, yemək saatlarınıza diqqət edin – Mütəxəssislərdən vacib tövsiyələr like
  • 09 Okt 05:05  
Digərləri Teztez acırsınızsa, yemək saatlarınıza diqqət edin – Mütəxəssislərdən vacib tövsiyələr

Bəzi insanlar gün ərzində tez-tez acdığını hiss edir. Bu hal düzgün ol

arrow Ətraflı
İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir... like
  • 09 Okt 04:04  
Digərləri İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

Balaca görünüşünə baxmayaraq, zəngin qida tərkibi ilə küncüt təbiət

arrow Ətraflı
Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır? like
  • 09 Okt 03:03  
Digərləri Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

Soğan yalnız yeməklərə dad qatmaqla deyil, həm də sağlamlığa faydalar�

arrow Ətraflı