Kredit borcları bu halda silinə bilər DETALLAR
Digərləri 02 Okt 2025 10:47:00 190 0
2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 530,9 milyon manat təşkil edib.
Bu xəbəri də oxu: Ərdoğan ona "rəis" deyən şəxsə görün necə reaksiya verdi VİDEO
Maraqlıdır, vaxtı keçmiş kreditlər hansı halda silinə bilər?
Son.az xəbər verir ki, mövzu ilə bağlı metbuat.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bazar iqtisadiyyatı prinsipləri çərçivəsində mövcud maliyyə sistemində vaxtı keçmiş kreditlərin silinməsi məsələsi cəmiyyət tərəfindən düzgün qavranılmır.
Onun sözlərinə görə, əslində, özəl sektorun, beynəlxalq maliyyə institutlarının və biznesin cəlb etdiyi vəsaitlərin kredit şəklində verildikdən sonra silinməsi ilə bağlı hər hansı qərarın gözlənilməsi həmin maliyyə institutlarının fəaliyyət səmərəliliyinin azalmasına, defolt riskinin yaranmasına və nəticə etibarilə sistemin əsaslarının zəifləməsinə gətirib çıxara bilər:
"Burada əsas məqam ondan ibarətdir ki, maliyyə institutları - istər kommersiya, istərsə də dövlət bankları kreditləri öz vəsaitlərindən deyil, məhz üçüncü tərəflərdən cəlb etdikləri vəsaitlər hesabına verirlər. Əgər kreditlərin geri qaytarılması ilə bağlı intizam pozularsa və cəmiyyətdə gözlənti yaransa ki, ödənilməyən borclar silinəcək, bu, kütləvi şəkildə öhdəliklərin icra edilməsində intizamsızlığa səbəb ola bilər.
Türk iqtisadçıların fikirlərinə görə, məsuliyyətli şəkildə borcunu ödəyən vətəndaşla müqayisədə öhdəliklərini yerinə yetirməyən şəxsin borcunun silinməsi "məsuliyyətli vətəndaşın aldadılması" kimi qəbul olunur. Bu isə gələcəkdə intizamın daha da pozulmasına yol aça bilər".
R.Həsənov hazırkı şərtlər daxilində bir neçə səbəbdən kredit borclarının silinə biləcəyini söyləyib:
"Bank özü təşəbbüs göstərərək, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində müəyyən sosial qruplara münasibətdə borcun silinməsi ilə bağlı qərar qəbul edə bilər. Məsələn, 2020-ci il müharibəsindən sonra şəhid ailələrinin və ya sağlamlığını itirmiş qazilərin borclarının silinməsi buna nümunədir. Bu, bankın özünün maliyyə təhlil edərək hansı səviyyədə güzəştlər verilməsi imkanları daxilində könüllü olaraq borcun silinməsi prosesidir. Bu kateqoriyalar, məsələn, valideynlərini itirmiş şəxslər və ya az gəlirli sosial qruplar üçün də genişləndirilə bilər.
Digər halda dövlətin qəbul etdiyi qərarlar nəticəsində kredit qaytarma qabiliyyətini itirmiş şəxslərə münasibətdə dəymiş zərərin aradan qaldırılması məqsədilə borclar silinə bilər. Məsələn, 2015-ci ildən sonra yaranmış devalvasiya nəticəsində valyuta kreditləri kəskin artdı.
Kirayə mənzil bazarında hazırda qiymət artımı, həmçinin azalması müş

"Bu gün Azərbaycanda tələbələr bir çox şeydən məhrumdurlar. Unive

Şairə Nazilə Səfərli qalmaqallı açıqlaması yenidən diqqət çəkməyi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrup

Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı, Bakı Dövlət Universi

Ali Məhkəmənin hakimi Zəki Babayevə ağır itki üz verib.

Bakıda küçədə öpüşən sevgililərə irad bildirən yaşlı kişi döyül

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçil�

"Survivor"la tanınan Barış Murat Yağcını ağır itki yaşadığ�

Ağdamda fərdi evlərdən birində yanğın olub, nənə və nəvəsi ağır ya

Quru öskürək, çox vaxt boğazda yığılan mikrobların və iltihabın əlam

Xəzər dənizində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.

Orta yaş dövründə tez-tez ultraemal olunmuş qidalar istehlak edən qadınla
