Ekspert: "Tələbə üçün ictimai nəqliyyat pulsuz olmalıdır"


Digərləri 02 Okt 2025 10:35:00 149 0

Ekspert: "Tələbə üçün ictimai nəqliyyat pulsuz olmalıdır"

"Bu gün Azərbaycanda tələbələr bir çox şeydən məhrumdurlar. Universitetlərimizin yataqxanaları yetərli deyil. Maddi durumu aşağı olan tələbələr üçün ildən-ilə bahalaşan kirayələr vəziyyəti daha da ağırlaşdırır. Buna bir tərəfdən ictimai nəqliyyat da əlavə olunanda, tələbə yaşayışını təmin etmək üçün müxtəlif yerlərdə işləmək məcburiyyətində qalır ki, bu da onların tədrisdən yayınmasına gətirib çıxarır". 

Son.az xəbər verir ki, bunu təhsil eksperti Çingiz Səfərli deyib. 

O bildirib ki,təhsil almış gənc nəsillər ölkə iqtisadiyyatının gələcək inkişafının əsasını təşkil edir. Onların təhsil almasına dəstək uzunmüddətli iqtisadi artım üçün vacibdir:

"Bütün bunları nəzərə alsaq, hesab edirəm ki, bizdə tələbələr üçün ictimai nəqliyyat tamamilə pulsuz olmalıdır. Ya da elə güzəşt tətbiq edilməlidir ki, həqiqətən tələbələr yararlansınlar və bu mexanizm fayda versin. Yəni, 10, 20 faiz güzəşt etmək effektiv nəticə verməz.

Tələbələrin əksəriyyəti gündəlik həyatda ictimai nəqliyyatdan istifadə etdiyindən, belə güzəştlər onların maddi xərclərini müəyyən qədər azaltmış. Dünyanın bir çox ölkəsində illərdir bu təcrübə var. Məsələn, Litvada tələbələr sabit (aylıq) biletlərdə 80%, bir dəfəlik səyahətlərdə isə 50% endirim əldə edirlər. Endirimdən yararlanmaq üçün tələbə statusunu göstərən kartın təqdim olunması kifayət edir. Çexiyada "season ticket" adlanan müddətli abunə‑kartlar var ki, tələbələrə həm şəhərdaxili, həm də şəhərlərarası nəqliyyatda sərfəli səyahət imkanı verir. Birləşmiş Ərəb Əmirliklərində tələbələr "Student NOL Card" adlı tələbə kartı vasitəsilə metro, avtobus və digər ictimai nəqliyyat növlərində endirimlərdən faydalanırlar.Türkiyənin böyük şəhərlərində də tələbələr üçün xüsusi kartlar mövcuddur. Məsələn, İstanbul, Ankara və İzmir kimi şəhərlərdə tələbə kartları ilə bir aylıq limitsiz ictimai nəqliyyatdan istifadə və ya müəyyən sayda keçid əldə etmək mümkündür.

Beynəlxalq təcrübələr də göstərir ki, tələbələr üçün ictimai nəqliyyatda güzəştlər yalnız maliyyə baxımından deyil, həm də təhsil prosesinə töhfə baxımından əhəmiyyətlidir".

Ekspert qeyd edib ki, hazırda Təhsilin İnkişafı Fondu tərəfindən icra olunan layihə çərçivəsində tələbələrə müəyyən xidmət sahələrində güzəştlərdən yararlanmaları üçün "TələbəPlus" kartları verilir. Bu kartların gələcəkdə ictimai nəqliyyatda nəzərdə tutulan güzəştlərin tətbiqində də istifadəsi mümkün ola bilər. Güzəştlərin hansı formada edilməsindən asılı olmayaraq elə bir mexanizm seçilməlidir ki, effektiv olsun.

Aysel Əkbər Son.az

"Aparıcılıq yüngül peşədir" like
  • 02 Okt 10:30  
Şou-biznes "Aparıcılıq yüngül peşədir"

Şairə Nazilə Səfərli qalmaqallı açıqlaması yenidən diqqət çəkməyi

arrow Ətraflı
Səfərbərlik Xidmətinin 9 əməkdaşı korrupsiyaya görə işdən qovulub like
  • 02 Okt 10:28  
Digərləri Səfərbərlik Xidmətinin 9 əməkdaşı korrupsiyaya görə işdən qovulub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrup

arrow Ətraflı
Arzu Məmmədov vəfat etdi  FOTO like
  • 02 Okt 10:21  
Digərləri Arzu Məmmədov vəfat etdi FOTO

Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı, Bakı Dövlət Universi

arrow Ətraflı
Beş il əvvəl oğlu şəhid oldu, indi isə anasını itirdi like
  • 02 Okt 10:21  
Digərləri Beş il əvvəl oğlu şəhid oldu, indi isə anasını itirdi

Ali Məhkəmənin hakimi Zəki Babayevə ağır itki üz verib.

arrow Ətraflı
Mask tarixə düşdü  İlk şəxs oldu like
  • 02 Okt 09:41  
Dünya Mask tarixə düşdü İlk şəxs oldu

"Tesla" və digər startaplarının dəyərindəki artım nəticəsind

arrow Ətraflı
Bakıda küçədə sevgilisi ilə öpüşən oğlana bu cəza verildi like
  • 02 Okt 09:36  
Digərləri Bakıda küçədə sevgilisi ilə öpüşən oğlana bu cəza verildi

Bakıda küçədə öpüşən sevgililərə irad bildirən yaşlı kişi döyül

arrow Ətraflı
Sumqayıtda avtobus qəzaya düşdü  Xəsarət alanlar var like
  • 02 Okt 09:24  
Digərləri Sumqayıtda avtobus qəzaya düşdü Xəsarət alanlar var

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri  Adnanın gizlənən xalası oğlu imiş like
  • 02 Okt 09:21  
Digərləri Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri Adnanın gizlənən xalası oğlu imiş

Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçil�

arrow Ətraflı
“Survivor”ın iştirakçısı olan türk aktyora ağır İTKİ like
  • 02 Okt 09:15  
Şou-biznes “Survivor”ın iştirakçısı olan türk aktyora ağır İTKİ

"Survivor"la tanınan Barış Murat Yağcını ağır itki yaşadığ�

arrow Ətraflı
Ağdamda ailə FACİƏSİ: Nənə və nəvə ağır yaralandı like
  • 02 Okt 09:05  
Digərləri Ağdamda ailə FACİƏSİ: Nənə və nəvə ağır yaralandı

Ağdamda fərdi evlərdən birində yanğın olub, nənə və nəvəsi ağır ya

arrow Ətraflı
Quru öskürəyi bıçaq kimi kəsən nənə resepti  Cəmi 3 inqridientlə like
  • 02 Okt 08:48  
Digərləri Quru öskürəyi bıçaq kimi kəsən nənə resepti Cəmi 3 inqridientlə

Quru öskürək, çox vaxt boğazda yığılan mikrobların və iltihabın əlam

arrow Ətraflı
Xəzərin məyus edən görüntüləri  axırı necə olaacq? like
  • 02 Okt 08:08  
Digərləri Xəzərin məyus edən görüntüləri axırı necə olaacq?

Xəzər dənizində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.

arrow Ətraflı
Bu qidalar qadınlarda yaddaşı zəiflədir  XƏBƏRDARLIQ like
  • 02 Okt 06:06  
Digərləri Bu qidalar qadınlarda yaddaşı zəiflədir XƏBƏRDARLIQ

Orta yaş dövründə tez-tez ultraemal olunmuş qidalar istehlak edən qadınla

arrow Ətraflı
İbrahim Saraçoğlu: Qandakı iltihabı aradan qaldıran 25 günlük təbii resept like
  • 02 Okt 05:05  
Digərləri İbrahim Saraçoğlu: Qandakı iltihabı aradan qaldıran 25 günlük təbii resept

Professor İbrahim Saraçoğlu tərəfindən tövsiyə olunan ağ dut kurusu kü

arrow Ətraflı
Stressdən qurtulmağın QEYRİADİ YOLU tapıldı  ARAŞDIRMA like
  • 02 Okt 04:04  
Digərləri Stressdən qurtulmağın QEYRİADİ YOLU tapıldı ARAŞDIRMA

Narahatlıq və əsəbilik hissi hər zaman "beyni məşğul edən" pr

arrow Ətraflı