Ermənistan vətəndaşlarının məhkəməsində Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib
Siyasət 22 Sen 2025 14:01:00 61 0
Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar
Son.az xəbər verir ki, elan edilən sənədlərdən biri 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri və kiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardan istifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələr nəticəsində Malıbəyi kənd sakinlərindən 12 nəfər öldürülüb, 3 nəfər itkin düşüb, Quşçular kəndində isə 4 nəfər öldürülüb, 9 nəfər girov götürülüb.
Daha bir cinayət işi - 1991-ci il sentyabrın 8-də Xocavənd rayonunda "Laz" markalı avtobusun atəşə tutulması faktı üzrə sənəd tədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasının yaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindən avtobusa açılan atəş nəticəsində 7 nəfər hadisə yerində ölüb, 27 nəfər yaralanıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Tanınmış xanəndə İlahə İbadova maraqlı etiraflar edib.

Mərhum Əməkdar artist Yaqub Zurufçunun xanımı Aynur Zurufçu onun ölüm i

ABŞ prezidenti Donald Trampın sərt açıqlamalarından sonra Venesuela rəhb�

Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistana səfər e

Ötən ilin yazında Lənkəranda amansızlıqla qətlə yetirilən 22 yaşlı K

Gəncə Ağır Cinayətlər Məhkəməsində gəlinini xüsusi amansızlıqla q�

Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanında fəaliyy

Ekspert qeyd edib ki, ödənişli zonalardan daxil olan məbləğ ictimai nəql

Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağd

Əminəm ki, 5 il sonra şəhər mobilliyi bu günkündən dəfələrlə yaxşı

ARİS, FRANSA, 19 sentyabr 2025] - Bu gün HUAWEI "Ride the Wind" şü

Azərbaycan XIX əsrin imperiya müharibələri ilə qoparıldığı məkana - Y

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
