Prezident “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 22 Sen 2025 11:14:00 60 0

Prezident “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu heç də təsadüfi deyildir. Belə ki, bu il biz Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və tarixi Zəfərimizin 5 illiyini qeyd edirik.

Ölkəmiz öz müstəqilliyini 1991-ci ildə bərpa etsə də, o dövrdə hökm sürən ictimai-siyasi vəziyyət, həmçinin Ermənistan Respublikasının hərbi təcavüzü səbəbindən milli konstitusiyamızın qəbulu yalnız 1995-ci ildə mümkün olmuşdur. Müstəqilliyimizi qazanandan sonra 30 ilə yaxın bir dövrdə torpaqlarımızın əhəmiyyətli hissəsi Ermənistanın işğalı altında olmuşdur. Azərbaycan xalqının əzmkarlığı, silahlı qüvvələrimizin rəşadəti sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi ölkənin bütün ərazisinə şamil edilmişdir.

Tarixi zəfərimizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsində geniş bərpa və quruculuq işlərinə başlanmış, minlərlə insan öz doğma yurdlarına qayıtmışdır. Baş vermiş bütün faciələrə baxmayaraq, Azərbaycan hər zaman sülh gündəliyinin tərəfdarı olmuş, bu istiqamətdəki səylərimiz cari ilin 8 avqust tarixində Vaşinqtonda sülh sazişinin paraflanması ilə nəticələnmişdir.

Hörmətli konfrans iştirakçıları,

Dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür. Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar. Sizə bu şərəfli missiyada uğurlar arzu edirəm.

Əminəm ki, hazırkı tədbir prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsi, ümumi çağırışların müəyyən edilməsi və onların birgə həlli yollarının müzakirəsi, qarşılıqlı əməkdaşlığın güclənməsi məqsədlərinə töhfə verəcəkdir.

Sizi Azərbaycanda bir daha salamlayır, konfransın işinə müvəffəqiyyətlər diləyirəm".

Səidə Bəkirqızı yenidən EFİRDƏ like
  • 22 Sen 11:13  
Şou-biznes Səidə Bəkirqızı yenidən EFİRDƏ

Space TV-dən ayrıldığı iddia olunan aparıcı Səidə Bəkirqızı yenidən

arrow Ətraflı
Tarixdə ilk dəfə  Rusiyanın bu təyyarəsi vuruldu like
  • 22 Sen 11:10  
Digərləri Tarixdə ilk dəfə Rusiyanın bu təyyarəsi vuruldu

Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) tarixdə ilk dəfə olaraq Rusiyanın i

arrow Ətraflı
Azərbaycanla BƏƏ arasında bir sıra mühüm sənədlər imzalanıb like
  • 22 Sen 11:06  
Digərləri Azərbaycanla BƏƏ arasında bir sıra mühüm sənədlər imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əməkdaşlığı ç�

arrow Ətraflı
Dərnəgül tikinti bazarı bura köçürüləcək like
  • 22 Sen 10:59  
Digərləri Dərnəgül tikinti bazarı bura köçürüləcək

Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli oldu.

arrow Ətraflı
Bu tarixlərdə partlayış səsləri eşidiləcək  Təşvişə düşməyin like
  • 22 Sen 10:54  
Digərləri Bu tarixlərdə partlayış səsləri eşidiləcək Təşvişə düşməyin

Pirəkəşkül və Ağdərədə 22-26 sentyabr tarixlərində müddəti başa ç

arrow Ətraflı
Prezident İlham Əliyev: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar like
  • 22 Sen 10:53  
Siyasət Prezident İlham Əliyev: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar

Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o c�

arrow Ətraflı
63 yaşlı qadın oğlundan da cavan adama ərə getdi  FOTO like
  • 22 Sen 10:53  
Digərləri 63 yaşlı qadın oğlundan da cavan adama ərə getdi FOTO

Yaponiyada 63 yaşlı qadın 31 yaşlı kişi ilə evlənərək fərqli yaş qr

arrow Ətraflı
Universitetdə 600, kollecdə 150 bal  Eyni ixtisasların fərqi nədir? like
  • 22 Sen 10:45  
Digərləri Universitetdə 600, kollecdə 150 bal Eyni ixtisasların fərqi nədir?

Universitet diplomu, yoxsa praktik bilik? – Təhsil sistemində gizli həqiqə

arrow Ətraflı
Prezident: Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır like
  • 22 Sen 10:38  
Siyasət Prezident: Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır

Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməs

arrow Ətraflı
Prezident: Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib like
  • 22 Sen 10:26  
Siyasət Prezident: Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 20

arrow Ətraflı
“Uşağımın videolarını paylaşaraq pul yığırlar”  FOTO like
  • 22 Sen 10:22  
Digərləri “Uşağımın videolarını paylaşaraq pul yığırlar” FOTO

Bakının Xəzər rayon sakini Mirvari Turabova tanımadığı şəxs və ya ş�

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub like
  • 22 Sen 10:19  
Siyasət İlham Əliyev: Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub

Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub.

arrow Ətraflı
Tramp və Mask barışdılar like
  • 22 Sen 10:16  
Dünya Tramp və Mask barışdılar

ABŞ Prezidenti Donald Tramp və amerikalı milyarder İlon Mask barışıb. 

arrow Ətraflı