Suverenlik milli dövlətçilik doktrinasının fundamental elementidir


Siyasət 21 Sen 2025 12:21:00 64 0

Suverenlik  milli dövlətçilik doktrinasının fundamental elementidir

Beynəlxalq hüququn aparıcı subyekti kimi dövlətlərin bir sıra mühüm əlamətləri mövcuddur. Bunun hüquqi təsdiqini müəyyən etmək üçün vaçib kodifikasiya nümunəsi olan "Dövlətlərin hüquqları və vəzifələri haqqında" 26 dekabr 1933-cü il tarixli Montevideo konvensiyasının 1-ci maddəsinə müraciət etmək lazımdır. Həmin maddəyə əsasən dövlətlər müəyyən əraziyə, həmin ərazidə daimi yaşayan əhaliyə, ali və tək hökumətinə, digər dövlətlərlə münasibətlərə daxil olma qabiliyyətinə malik olmalıdırlar.

Eyni zamanda hər bir dövlətin siyasi və hüquqi müstəqilliyini əks etdirən ayrılmaz kriteriya qismində suverenlik çıxış edir. Universal beynəlxalq qurum olan BMT Nizamnaməsinin 2-ci maddəsində suverenlik ayrıca prinsip kimi təsbit edilmişdir və həmin maddədə nəzərdə tutulur ki, "Təşkilat onun üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır".  BMT-nin Baş Assambleyası tərəfindən 24 dekabr 1970-ci ildə qəbul edilmiş "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında"  Bəyannaməynə uyğun olaraq, "suveren bərabərlik" anlayışına aşağıdakı elementlər daxildir: a) dövlətlərin hüquqi cəhətdən bərabərliyi; b) hər bir dövlətin suverenliyə xas olan hüquqlardan istifadə etməsi; c) hər bir dövlətin digər dövlətlərin hüquqi subyektliyinə  hörmətlə yanaşması; d) dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinin toxunulmazlığı; e) hər bir dövlətin öz siyasi, sosial, iqtisadi və mədəni sistemlərini sərbəst seçmək və inkişaf etdirmək hüququna malik olması; f) hər bir dövlətin öz beynəlxalq öhdəliklərini tam və vicdanla yerinə yetirməsi və digər dövlətlərlə sülh şəraitində yaşamağ öhdəliyi. 

Təəssüf ki, suveren bərabiliyi əks etdirən fundamental müddəalara riayət olunmasının əvəzinə Ermənistan ərazi iddialarından açıq-aşkar qaynaqlanan təcavüz siyasətini həyata keçirərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı sil-silə təxribatlara və hərbi hücumlara rəvac verdi. Bunun nəticəsi kimi, ərazimizin 20 faizi işğal olundu, mülki əhaliyə qarşı soyqırımlar, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əlehinə cinayətlər törədildi, Azərbaycanın ekoloji sistemi ekosid cinayətinə məruz qaldı. Beynəlxalq təşkilatların fəaliyyət qabiliyyətsizliyi və bir sıra dövlətlərin təcavüzkar Ermənistanı dəstəkləməsi fonunda Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa edərək, qısamüddətli lokal anti-terror tədbirlərini həyata keçirərək və dövlət suverenliyini tam bərpa edərək, milli konstitusiya-hüquq normalarının aliliyini bütöv ölkə ərazisində təmin etdi. 

Dövlətimizin həyatında müstəsna əhəmiyyətə malik olan bu hadisə ilə əlaqədar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Dövlət Başçısının bu Sərəncamı Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirdi.          

Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Son.az

Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü like
  • 21 Sen 12:15  
Digərləri Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Biləsuvarda bu gün ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
4 gün ardıcıl iş olmayacaq  Tarixlər like
  • 21 Sen 11:56  
Digərləri 4 gün ardıcıl iş olmayacaq Tarixlər

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyab

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 21 Sen 11:46  
Dünya Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində daha bir zəlzələ baş verib. 

arrow Ətraflı
Trampdan açıq təhdid: “Əfqanıstan pis nəticələrlə qarşılaşacaq” like
  • 21 Sen 11:29  
Dünya Trampdan açıq təhdid: “Əfqanıstan pis nəticələrlə qarşılaşacaq”

ABŞ Prezidenti Donald Tramp Əfqanıstan hakimiyyətinə "Baqram" h�

arrow Ətraflı
Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib like
  • 21 Sen 11:09  
Siyasət Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının

arrow Ətraflı
"Halo" təxirə düşdü  Yerinə bu serial gəlir like
  • 21 Sen 10:58  
Şou-biznes "Halo" təxirə düşdü Yerinə bu serial gəlir

Son olaraq "Hudutsuz Sevda" serialında rol alan Deniz Can Aktaşın y

arrow Ətraflı
Güclü külək əsir  Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatdı like
  • 21 Sen 10:42  
Digərləri Güclü külək əsir Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatdı

Sentyabrın 21-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qe

arrow Ətraflı
Kuleba: Ukrayna sərhədlər asiyalı miqrantlara açıla bilər like
  • 21 Sen 10:13  
Dünya Kuleba: Ukrayna sərhədlər asiyalı miqrantlara açıla bilər

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba ölkədən çox sayda

arrow Ətraflı
Xanımı Adnan Əhmədzadənin həbsindən sonra “Quran”dan bu ayəni paylaşdı  FOTO like
  • 21 Sen 09:55  
Digərləri Xanımı Adnan Əhmədzadənin həbsindən sonra “Quran”dan bu ayəni paylaşdı FOTO

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda m�

arrow Ətraflı
Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirilib like
  • 21 Sen 09:33  
Digərləri Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirilib

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 21 Sen 09:17  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Simav bölgəsində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Məşhur ağrıkəsici istifadəçilərinə xəbərdarlıq: İnsult riskini artırır like
  • 21 Sen 08:08  
Digərləri Məşhur ağrıkəsici istifadəçilərinə xəbərdarlıq: İnsult riskini artırır

Tibbi araşdırmalar göstərir ki, parasetamolu tez-tez istifadə edən şəxsl

arrow Ətraflı
Hər qadın 21 yaşından sonra bu testi mütləq etdirməlidir like
  • 21 Sen 06:06  
Digərləri Hər qadın 21 yaşından sonra bu testi mütləq etdirməlidir

Dünya üzrə hər il təxminən 1,5 milyon qadına ginekoloji xərçəng diaqno

arrow Ətraflı
Telefonunuzdakı bu tətbiqləri dərhal silin  şəxsi məlumatlarınız təhlükədədir like
  • 21 Sen 05:05  
Digərləri Telefonunuzdakı bu tətbiqləri dərhal silin şəxsi məlumatlarınız təhlükədədir

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zərərsiz kimi görünən bəzi t

arrow Ətraflı
Səhər bu qidanı yemək zərəlidir  Xəbərdarlıq like
  • 21 Sen 04:04  
Digərləri Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

Sevimli səhər yeməyi yeməyi, labne pendiri, tez-tez yumşaq toxuması və yu

arrow Ətraflı