Qənimət Zahid Baş Prokurorluğa çağırıldı
Digərləri 19 Sen 2025 23:22:00 81 0
"Azadlıq" qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid barəsində başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə çağırılıb.
Bu xəbəri də oxu: Bu xanım Bakıda iki məktəbə rəhbərlik edir
Son.az xəbər verir ki, bu barədə İctimai TV-yə rəsmi bildiriş daxil olub.
Bildirişdə qeyd olunur ki, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddəsi ilə təqsirləndirilən Zahidov Qənimət Səlim oğlu 2025-ci ilin iyul ayında təqsirləndirilən şəxs qismində cəlb edilib.
O, istintaqdan qaçaraq gizləndiyinə görə barəsində axtarış elan olunub və Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2025-ci il sentyabrın 18-də isə Q.Zahidova eyni epizod üzrə təkrar ittiham elan edilməsi ilə bağlı qərar qəbul edilib. Lakin onun ölkə hüdudlarından kənarda olması səbəbindən ittiham elan etmək mümkün olmayıb. Q.Zahidə xəbərdarlıq edilib ki, 20 oktyabr 2025-ci il saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməlidir. Bildirişdə həmçinin onun ibtidai istintaqda şəxsən iştirak etmək, seçdiyi müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malik olduğu diqqətə çatdırılır. Müdafiəçidən istifadə etdiyi halda müdafiəçi barədə məlumatlar cinayət prosesini həyata keçirən orqana təqdim olunmalıdır. Çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində qiyabi icraat aparıla və qiyabi hökm və ya digər yekun məhkəmə qərarı qəbul edilə bilər. Son.az
Məktəbə gedən azyaşlı bacı-qardaşı minik avtomobili vurub, hər iksi d�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp

"Qremmi" mükafatı laureatı müğənni və bəstəkar Brett Ceyms Ş

ABŞ-ın Şimali Karolina ştatında yaşayan qadın doğum günündə gözləni

Ay Qız bürcündən keçdikdə biz harmoniya və daxili tarazlıq yaşayırıq,

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın ba

Yeni tədris ili başlayarkən sosial şəbəkələrdə diqqətçəkən bir foto

"Meta" məşhur ani mesajlaşma platforması "WhatsApp"ın i

Xalq artisti Alim Qasımov maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Azərbaycan Respublikasının 2023-cü il 19 sentyabr tarixində həyata keçird

Rusiyada həkim-nutrisionist və ekspert Yuliya Vataqina Altsheymer xəstəliyin

Bu gün Rusiya hərbi təyyarələri Estoniyanın hava məkanını pozub.

Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yaz

Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycan Res
