7 uşağı məktəbə yola salan ata: "Bunlar yoxdursa, Avropada yaşasan da, narazı qalacaqsan"


Digərləri 19 Sen 2025 21:14:00 74 0

7 uşağı məktəbə yola salan ata: "Bunlar yoxdursa, Avropada yaşasan da, narazı qalacaqsan"

Yeni tədris ili başlayarkən sosial şəbəkələrdə diqqətçəkən bir foto yayıldı. Kadrlarda bir ailənin 6 övladının eyni gündə məktəbə yola salınması əks olunmuşdu. Bu qeyri-adi mənzərə Zərdab rayonunun Sarıqaya kəndinə məxsusdur. Burada yaşayan fiziki tərbiyə müəllimi Amil Mustafayev bu il 6 övladını məktəbə aparıb.

Ailənin ən kiçik üzvü isə hələ bağçaya gedir. Beləliklə, Mustafayevlər ailəsi 7 uşaqla kəndin ən çoxuşaqlı ailələrindən biridir.

Müasir dövrdə əksər ailələrin bir və ya iki uşaqla kifayətləndiyi bir zamanda yeddi övlad böyütmək, onları təhsilə yönləndirmək əsl möcüzə və fədakarlıq nümunəsidir.

Musavat.com fədakar ata olan Amil Mustafayevlə söhbətləşib.

A.Mustafayev bildirib ki, çoxuşaqlılıq onun arzusu olub və özü də çoxuşaqlı ailədə böyüyüb:

- 41 yaşım var. Həm həyat yoldaşım Sevda xanım, həm də mən müəllim kimi çalışırıq. Xanımım xanəndəlik üzrə dərs deyir. Biz ailədə 8 qardaş, 5 bacı olmuşuq. Onlardan ikisi rəhmətə gedib, on birimiz sağıq. 7 uşağımızın olmasına çox sevinirik, sağlam balalarımız var. Tərbiyəlidirlər, dərslərini yaxşı oxuyurlar. Ən kiçik övladımın 3, ən böyüyünün isə 13 yaşı var. 4 qızım, 3 oğlum var.

- 7 uşağı saxlamaq, qayğılarına qalmaq çətin deyil ki?

- Adam var ki, bir uşaqla da dolana bilmir. İnsanlarda işdən qorxmaq, tənbəllik var. Mənim uşaqlarım doğulanda heç sosial müavinət də almamışıq. Həm məktəbdə dərs deyirəm, həm də təsərrüfatla məşğul oluram. Torpaqda əkirəm, becərirəm. Yoldaşım da işləyir. Heç bir narahatlığımız yoxdur. Bütün qayğıların öhdəsindən gəlirəm. Kənddə şəhərə nisbətən xərclər də bir az olur. Toyuğumuz, yumurtamız öz təsərrüfatımızdan gəlir. İnəklərimiz var, ətindən yeyirik.

- Bəs deyirlər, müəllim maaşı ilə ailə dolandırmaq çətindir?

- Adam var ki, müəllim maaşı ilə dolanır, adam da var ki, dolana bilmir. İnsan var ki, 3 min manat maaş alır, amma yenə də kasıbdır. Pulu planlı şəkildə xərcləməsən, nə qədər gəlirin olsa da, çatmayacaq. Bizim ailədə planlama var, gəlirlərimizlə xərclərimizi uyğunlaşdırırıq. Ona görə də çətinlik olmur.

- Həm xanımınız, həm də siz çalışırsınız. Uşaqları böyütməyə necə vaxt tapdınız?

- Bizə heç kim kömək etmədi. Yoldaşım analıq məzuniyyətinə çıxdı, sonra da uşaqları bağçaya qoyduq. Hətta yoldaşım anama da baxır. Sadəcə olaraq hamımız nizamlı şəkildə yaşayırıq, xaotik hərəkət yoxdur. Səhər dururuq, uşaqlar məktəbə, bağçaya gedirlər. Mən dərsə kimi təsərrüfatla məşğul oluram. Bir axsamamız yoxdur. Geyimlərimiz, qidalanmağımız, sağlamlığımız hər şey qaydasındadır. Hər il uşaqları müayinəyə aparıram.

Mən evlənən gənclərə səbr diləyirəm. Ailədə tərəf müqabilini gərək düzgün seçəsən. Doğru qərarlar verəsən.

- Özünüz dediniz ki, şəhərdə xərclər çoxdur, kənddəki kimi o qədər də asan deyil...

- Şərait baxımından kənddə yaşamaq o qədər də asan deyil. Kənddə yollar pisdir. Yağış yağan kimi hər yer palçıq olur, gediş-gəliş çətinləşir. Uşağın torpaqdan, palçıqdan üstü tez batır. Dərsdən sonra müəllim yanına, dərnəklərə gedəndə uşaqlar palçığa girməli olurlar. Lakin bütün bunların öhdəsindən gəlməyi bacarırıq. Bu da istəklə, sevgi və səbrlə bağlıdır. Mən uşaqlarımı Azərbaycanın bütün rayonlarına aparmışam. Hətta Qarabağı belə gəzdirmişəm. Sərhədlər açılsa, xarici ölkələri də gəzdirəcəyəm. Bir ailədə sevgi və səbr varsa, dünyanın paytaxtı sənin ayağının altında deməkdir. Bunlar yoxdursa, Avropada yaşasan da, narazı qalacaqsan.

Uşaqlarımın hamısına ali təhsil verəcəyəm, seçimləri ilə barışacağam. Hamısına demişəm ki, atanız sizin arxanızdadır. Yetər ki, siz də ağıllı uşaqlar olun. Dərsdə də fəaldırlar.

“Anamla xanımıma rüşvət verirdim” VİDEO like
  • 19 Sen 20:44  
Şou-biznes “Anamla xanımıma rüşvət verirdim” VİDEO

Xalq artisti Alim Qasımov maraqlı açıqlamaları ilə gündəmə gəlib.

arrow Ətraflı
Xankəndidə bayraq, Qarabağda sülh: 2023cü ilin tarixi əməliyyatı like
  • 19 Sen 20:31  
Siyasət Xankəndidə bayraq, Qarabağda sülh: 2023cü ilin tarixi əməliyyatı

Azərbaycan Respublikasının 2023-cü il 19 sentyabr tarixində həyata keçird

arrow Ətraflı
"Beyninizi qorumaq istəyirsinizsə balıq yeyin"  Açıqlama like
  • 19 Sen 20:19  
Digərləri "Beyninizi qorumaq istəyirsinizsə balıq yeyin" Açıqlama

Rusiyada həkim-nutrisionist və ekspert Yuliya Vataqina Altsheymer xəstəliyin

arrow Ətraflı
Rusiya bu ölkənin hava məkanını pozdu like
  • 19 Sen 20:03  
Digərləri Rusiya bu ölkənin hava məkanını pozdu

Bu gün Rusiya hərbi təyyarələri Estoniyanın hava məkanını pozub.

arrow Ətraflı
Səs yazısı yayılan direktor işdən çıxarıldı like
  • 19 Sen 19:58  
Digərləri Səs yazısı yayılan direktor işdən çıxarıldı

Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yaz

arrow Ətraflı
Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəlib like
  • 19 Sen 19:46  
Siyasət Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycan Res

arrow Ətraflı
Tramp və xanımını daşıyan helikopter təcili eniş etdi like
  • 19 Sen 19:35  
Digərləri Tramp və xanımını daşıyan helikopter təcili eniş etdi

ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın mindiyi Mari

arrow Ətraflı
Ukrayna hərbi kəşfiyyatı Kursk vilayətində kritik zərbə endirdi like
  • 19 Sen 19:27  
Digərləri Ukrayna hərbi kəşfiyyatı Kursk vilayətində kritik zərbə endirdi

Ukrayna Xüsusi Təyinatlı Qüvvələri Rusiyanın Kursk vilayətindəki 810-cu

arrow Ətraflı
Ağadadaş Ağayev imicini dəyişdi like
  • 19 Sen 19:15  
Şou-biznes Ağadadaş Ağayev imicini dəyişdi

Xalq artisti Ağadadaş Ağayevin yeni görüntüsü diqqət çəkib.

arrow Ətraflı
Ermənistana 200 milyon avrodan çox vəsait ayrılacaq like
  • 19 Sen 19:11  
Digərləri Ermənistana 200 milyon avrodan çox vəsait ayrılacaq

Avropa İttifaqı "Dayanıqlılıq və İnkişaf Proqramı"nın ikinci

arrow Ətraflı
"Chrome"da inqilabi yenilik like
  • 19 Sen 19:00  
Digərləri "Chrome"da inqilabi yenilik

"Google" yaxın vaxtlarda "Chrome" brauzerində inqilabi yen

arrow Ətraflı
Urmiya gölü niyə Urmiya çölü oldu? like
  • 19 Sen 18:30  
Dünya Urmiya gölü niyə Urmiya çölü oldu?

Sentyabrın əvvəlində NASA-nın peyk görüntüləri Urmiya gölünün tam qu

arrow Ətraflı
Azərbaycada kanal rəhbəri vəzifədən getdi like
  • 19 Sen 18:21  
Digərləri Azərbaycada kanal rəhbəri vəzifədən getdi

Təhsil TV-nin direktoru Jalə Əliyeva vəzifəsindən gedib.

arrow Ətraflı
Bu tarixdə gücü külək əsəcək  XƏBƏRDARLIQ like
  • 19 Sen 18:02  
Digərləri Bu tarixdə gücü külək əsəcək XƏBƏRDARLIQ

Sentyabrın 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava

arrow Ətraflı