Tramp və xanımını daşıyan helikopter təcili eniş etdi
Digərləri 19 Sen 2025 19:35:00 63 0
ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın mindiyi Marine One helikopteri Böyük Britaniya səfərinin sonunda texniki nasazlıq səbəbilə təcili eniş edib.
Bu xəbəri də oxu: Payız bu bürcləri sınağa çəkəcək
Son.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 18 sentyabr 2025-ci ildə Londona yaxın ərazidə baş verib. Ağ Evin mətbuat katibi Karolin Leavitt açıqlamasında bildirib ki, helikopterdə "hidravlik sistemdə problem" yaranıb və pilotlar ehtiyat məqsədilə yaxınlıqdakı hərbi aerodroma eniş ediblər.
Tramp cütlüyü dərhal başqa helikopterə keçirilərək Stansted hava limanına çatdırılıb. Orada isə Air Force One təyyarəsinə minərək Vaşinqtona qayıdıblar.
Melaniya və Donald Tramp 16 sentyabrda Londona səfər etmiş, Kral III Çarlz, Kraliça Kamilla, Uels şahzadəsi Uilyam və Kembric hersoginyası Keyt Middlton, həmçinin baş nazir Kir Starmerlə görüşmüşdülər.
Qeyd edək ki, səfər zamanı Tramp ailəsinin uçuşunda bu, ilk texniki problem olmayıb. Səfərin əvvəlində ABŞ-dan Böyük Britaniyaya uçuş zamanı Spirit Airlines təyyarəsi təsadüfən Air Force One-a həddindən artıq yaxınlaşmış, hava hərəkəti dispetçerləri pilotları dəfələrlə xəbərdar etmişdilər. Lalə Qüdrətova Son.az
Ukrayna Xüsusi Təyinatlı Qüvvələri Rusiyanın Kursk vilayətindəki 810-cu

Xalq artisti Ağadadaş Ağayevin yeni görüntüsü diqqət çəkib.

Avropa İttifaqı "Dayanıqlılıq və İnkişaf Proqramı"nın ikinci

Sentyabrın əvvəlində NASA-nın peyk görüntüləri Urmiya gölünün tam qu

Təhsil TV-nin direktoru Jalə Əliyeva vəzifəsindən gedib.

Sentyabrın 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Trump Jr. ötən həftə İ

Tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayı�

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində və Abşeron,

Türkiyənin Ağrı şəhərində xəstəxanaya yerləşdirilən 22 yaşlı qad

Paytaxtda ödənişli hərəkət zonaları yaradılacaq.

Haqqında məhkəmə iddiası qaldırılan məşhur türkiyəli jurnalist Ece

Prezident İlham Əliyev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daş

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünva
