“Güzgünün qabağında “məndən nə gözəl şəhid olar” demişdi...”
Digərləri 19 Sen 2025 10:49:00 71 0
Şəhid olduğu gündən iki il ötür. Ailəsi üçün isə bu ayrılıq elə dünənki kimi təzədir. Qürurla yanaşı, hər gün bir az da böyüyən həsrət...
Bu xəbəri də oxu: Hərbi prokurorun müavini işdən çıxarıldı, yerinə o təyin edildi
Son.az xəbər verir ki, yazımızın sözün əsl mənasında qəhrəmanı antiterror əməliyyatında şəhid olan ən yüksəkrütbəli zabit - polkovnik-leytenant Vüsal Rüstəmovdur!
1984-cü ilin mayın 11-də Xaçmaz şəhərində dünyaya gələn Vüsal orta məktəb təhsilindən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olur və oranı uğurla bitirir.
2020-ci ildə Vətən müharibəsində iştirak edərək "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilir.
2023-cü ilin 19 sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub. Ölümündən sonra isə "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmət" ordeninə layiq görülüb.
İndi ondan geriyə şərəfli həyat hekayəsi və əziz xatirələr qalıb...
"Qafqazinfo" olaraq şəhid polkovnik-leytenantın hekayəsini ailəsindən dinləmək üçün onların hazırda Bakıda yaşadığı evə yollandıq.
Qapını üzümüzə Vüsalın övladları - 12 yaşlı Səma və 10 yaşlı Şahin açdı. Evə daxil olan kimi gözümüzə atalarının şəkilləri, medal və ordenləri dəydi.
Elə bu məqamda şəhid anası, 66 yaşlı Sevil xanım sözə başladı: "Mən bu şəkillərlə təsəlli tapıram. Bütün gün telefonda da onun şəkillərinə, videolarına baxıram. Qızım da, Vüsalın dostları da fotolarını çox paylaşırlar. Elə bilirəm, yenə də xidmətdədir, gələcək..."
Digər otaqdan gələn atası Rüstəm kişi isə söhbətin davamını gətirir: "Vüsal 6 yaşından karate ilə məşğul olub. 20-yə yaxın diplomu, fəxri fərmanı var. Elə həmin illərdə hərbiyə həvəsi yarandı. Özü seçdi, biz də dəstək olduq. Xidmət etdiyi müddətdə 7 il düşmənlə üzbəüz olub. Ermənilərə qarşı nifrəti o qədər çox idi ki, həmişə deyirdi, "yox, mən bir addım da geri ata bilmərəm".
Xanımı Lalə onunla qohumları vasitəsilə tanış olub. Amma Vüsalın hərbçi olması heç vaxt onu fikrindən daşındırmayıb: "Onunla tanış olarkən 19 yaşım var idi. Elə ilk görüşdə bütün bunları danışmışdıq. O qədər yaxşı insan idi ki... Tanısaydınız, anlayardınız necə bir insan olduğunu. Mən bu yolu onunla getmək istədim. Heç vaxt da peşman olmadım.
İkinci ildir ki, o yoxdur, amma hələ də inanmırıq. Elə bilirik ki, təlimdədir, işdədir, harasa gedib. Gözümüz yolda, qulağımız qapıda. Çox çətindir, amma çətin olduğu qədər də qürurvericidir".
Sevil xanım deyir ki, oğlu lap balacalıqdan qayğıkeş olub. Xidmət etdiyi illərdə də döyüşdə olarkən özündən çox yoldaşları üçün narahatlıq keçirib: "Vüsal yalnız özünü yox, yanında olan əsgərləri də düşünürdü. Dua edirdi ki, heç bir itki verməsin, analar gözüyaşlı qalmasın. 44 günlük Vətən müharibəsində ən yaxın dostlarını itirdi. Özünə gələ bilmirdi. Elə hey deyirdi ki, "Mən niyə şəhid olmadım?" Elə bil xəcalət çəkirdi. Müharibədən sonra şəhid olan yoldaşlarının evinə ziyarətə getmişdilər. Onların uşaqları qaçaraq Vüsalın ayaqlarından yapışıb ki, "atam gəldi". Bu hadisə ona çox pis təsir etmişdi. Axırıncı dəfə gedəndə keçdi güzgünün qarşısına saçını daramağa, baxdı özünə dedi ki, "məndən nə gözəl şəhid olar". Mən bu sözü eşidib ağladım. Çıxıb gedəndə qapıdan düz üç dəfə çıxıb qayıtdı, məni öpdü. Arxasınca baxanda gözümə elə göründü ki, sanki tabutunu gətirirlər. Özüm öz düşüncəmə pis oldum".
Həyat yoldaşı Lalə də bunu təsdiqləyir: "Onun hərbçi yoldaşları, dostları gözlərinin önündə şəhid olmuşdu. Həmin xatirələri yadına düşəndə çox sarsılırdı. Deyirdi: "Mən Allah qarşısında nə günah eləmişəm ki, mənə şəhid olmağı qismət etmədi?!" Demək olar ki, onun əsas arzusu şəhid olmaq idi. Hər axşam evimizdə onun zabit dostları, şəhid olmuş dostları haqqında söhbətlər keçirdi. Həmişə arzulayırdı ki, bəlkə mən şəhid olsam, onları görə bilərəm. Çox arzulayırdı, arzusuna çatdı".
67 yaşlı ata oğlundan fəxrlə bəhs edir. Hərdən gözləri dolur, amma sonra hansısa xatirə yadına düşür və gülümsəyir. Vüsalla sadəcə ata-oğul yox, eyni zamanda dost olduqlarını da bildirir. Lakin oğlunun daha çox anasına bağlı olduğunu vurğulayır: "Şəhid olanda bütün kursant yoldaşları gəlmişdi. Onların hamısı "O, bizim böyük qardaşımız, bizə məsləhət verən idi. Bütün məsləhətlərimizi ondan alırdıq" deyirdilər. İndi onların hərəsi bir vəzifədədir. Amma hamısı onu böyük qardaşları kimi xatırlayır.
Qərargah rəisləri adətən döyüşdən arxada olur, idarəçilik aparırlar, amma o döyüş məkanında əsgərlərin yanında olmaq, onları ruhlandırmaq istəyirdi. Səhər tezdən poqonlarını çıxarıb sürücüsünə verərək demişdi "Bu gün şəhid olacağam, bunları atama verərsən". O, yetişmişdi, dövlətinə, vətəninə sədaqətlə xidmət edən bir zabit idi. Şəhid generalımız Polad Həşimovla düz 12 il müxtəlif hərbi hissələrdə bir yerdə xidmət etmişdi. Bu da onun yetişməsində böyük rol oynamışdı".
Baku Network ekspert platformasında "Tofiq Abbasovla Dialoq" analitik

Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində

Türkiyəli aktyor Emre Bulut 15 illik dostunu aldatmaqda ittiham olunur.

Çinin avtomobil sənayesində texnoloji hegemonluğu Mərkəzi Asiya bazarları

Payız fəslinin gəlişi hər kəs üçün eyni təsirli olmur. Ulduzların dü

44-günlük Vətən müharibəsində əldə edilən Zəfərin davamı olaraq Qar

Hazırda avtomobil bazarında maşın satmaq istəyənlər üçün acınacaqlı,

Artıq şagirdlər təhsil gedişatında mobil telefondan istifadə edə bilməy

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, nas

Bu gün saat 11:00-dan etibarən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisin

Lənkəran rayonunda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldür

Azərbaycanda dövlət pensiya sistemindən fərqli olaraq, vətəndaşların k�

Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında imzalanm�

İki il əvvəl baş verən hadisə Cənubi Qafqazın xəritəsini əbədi olara

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
