İordaniya Kralı Prezident İlham Əliyevə zəng edib
Siyasət 11 Avq 2025 12:33:00 61 0
Avqustun 11-də İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Şahbaz Şərifə zəng edib
Son.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, İordaniya Kralı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edəcəyinə ümidvarlığını bildirib.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını ifadə edərək, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamənin, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair sazişin paraflanmasının və digər sənədlərin regionda sülhün təmin olunması baxımından vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanla arasında münasibətlərin normallaşdırılmasında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib.
Telefon danışığı zamanı Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərə toxunulub, siyasi əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bu il keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayın

Bəzi ali məktəblərə rus bölməsi üzrə qəbulun aparılmaması həqiqəti

Volqoqrad hava limanında təyyarələrin enişi və uçuşu ilə bağlı müvə

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosm

Avqustun 8-də Ağ Evdə ABŞ və Azərbaycan dövlət başçılarının görü�

"Apple"ın yeni "iPhone 17 Pro" modeli sentyabr ayında bir

İran bundan öncə də Azərbaycan və Ermənistanı sülh razılaşmasını im

2025-ci ilin 8 avqustu Cənubi Qafqazın siyasi xəritəsinin arxiv tozundan ç�

Təəssüf ki, hər il yerləşdirmədən 2-3 saat əvvəl sistem yoxlanıldıqd

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçi

Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədil�

İsveçrə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan raz�

Bakı Metropoliteni avqustun 12-də "Qarabağ" Futbol Klubunun UEFA Ç

Yollarda təhlükə yaradan "Kamaz" sürücüsü inzibati qaydada həb

Yunanıstan Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları
