XİN Prezident İlham Əliyevin ABŞa səfərinin nəticələrinə dair məlumat yayıb


Siyasət 09 Avq 2025 21:44:00 67 0

XİN Prezident İlham Əliyevin ABŞa səfərinin nəticələrinə dair məlumat yayıb

7-8 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri həyata keçirilib.

Bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalanıb.

Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Səfər həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Azərbaycan Respublikası Prezidentinin ABŞ-yə səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

İspaniyada təyyarə qəzası: Ölənlər var like
  • 09 Avq 21:30  
Dünya İspaniyada təyyarə qəzası: Ölənlər var

İspaniyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində

arrow Ətraflı
Radioaktiv suların dənizə sızdığı məlum oldu like
  • 09 Avq 21:15  
Dünya Radioaktiv suların dənizə sızdığı məlum oldu

Böyük Britaniyada nüvə silahlarının saxlandığı hərbi bazadan köhnə b

arrow Ətraflı
Tərtərdə it sahibini parçaladı like
  • 09 Avq 20:18  
Digərləri Tərtərdə it sahibini parçaladı

Tərtərdə 34 yaşlı kişini it parçalayıb.

arrow Ətraflı
Hamilə qadınlar bunu bilməlidir  Risk var like
  • 09 Avq 20:00  
Digərləri Hamilə qadınlar bunu bilməlidir Risk var

Doğuşun vaxtında baş tutması üçün hamiləlik dövründə həm ana sağla

arrow Ətraflı
Qarpızın sağlamlığa zərərləri nələrdir? like
  • 09 Avq 19:25  
Digərləri Qarpızın sağlamlığa zərərləri nələrdir?

Qarpız sağlamlıq üçün faydalı meyvə olsa da, bəzi hallarda zərərli ol

arrow Ətraflı
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib like
  • 09 Avq 19:10  
Siyasət İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkist

arrow Ətraflı
Sabah çimərliklərə gedənlərin diqqətinə! like
  • 09 Avq 19:08  
Digərləri Sabah çimərliklərə gedənlərin diqqətinə!

Avqustun 10-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıql

arrow Ətraflı
Zaxarovadan Vaşinqton görüşünə reaksiya like
  • 09 Avq 18:20  
Dünya Zaxarovadan Vaşinqton görüşünə reaksiya

Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında m

arrow Ətraflı
“Zaqar” almaq istəyənlər bunu mütləq like
  • 09 Avq 18:08  
Digərləri “Zaqar” almaq istəyənlər bunu mütləq

Günəş işığı həyat üçün vacib olsa da, uzun müddət qorunmadan ultrab

arrow Ətraflı
İlham Əliyev Ərdoğana zəng edib like
  • 09 Avq 17:49  
Siyasət İlham Əliyev Ərdoğana zəng edib

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə

arrow Ətraflı
Rəqsanə açıqsaçıq geyimi ilə diqqət çəkdi like
  • 09 Avq 17:33  
Şou-biznes Rəqsanə açıqsaçıq geyimi ilə diqqət çəkdi

Müğənni Rəqsanə İsmayılova görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
Ən yaxşı kameraları olan like
  • 09 Avq 17:18  
Digərləri Ən yaxşı kameraları olan

"DxOMark" laboratoriyasının mütəxəssisləri yeni qiymətləndirm�

arrow Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında ABŞa işgüzar səfəri ilə bağlı paylaşım edilib  VİDEO like
  • 09 Avq 16:51  
Siyasət Prezidentin sosial şəbəkə hesablarında ABŞa işgüzar səfəri ilə bağlı paylaşım edilib VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ABŞ-a işgüzar səf

arrow Ətraflı
Damlanın hovuzdan VİDEOsu yayıldı like
  • 09 Avq 16:48  
Şou-biznes Damlanın hovuzdan VİDEOsu yayıldı

Tanınmış müğənni Damla görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı