Vaşinqtonda Memorandumun imzalanması ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığın "qızıl standartı" olacaq Amerikalı ekspert
Siyasət 08 Avq 2025 16:38:00 81 0
Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində Azərbaycan və ABŞ arasında Anlaşma Memorandumunun imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq və iki ölkə arasında strateji tərəfdaşlığın "qızıl standartını" müəyyənləşdirəcək.
Bunu Trend-ə ABŞ-nin Avropa geosiyasəti və trans-Atlantik təhlükəsizlik sahəsi üzrə alimi Piter Teys Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında Xartiyanın inkişafı məqsədilə Strateji İşçi Qrupun yaradılması barədə Anlaşma Memorandumu haqqında danışarkən deyib.
Sənədə əsasən, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq üç əsas istiqaməti ehtiva edəcək:
Energetika, ticarət və tranzit sahələrində əməkdaşlıq da daxil olmaqla regional əlaqələr; Süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar; Müdafiə sahəsində satışlar və terrorizmə qarşı mübarizə də daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq. Teysin sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi və ticarət tərəfdaşlığı Prezident İlham Əliyevin Vaşinqtona tarixi səfərinin əsasını təşkil edir.
"Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları ilə olduqca vacib olan ikitərəfli tərəfdaşlığı yeniləyərək tarixə yeni bir səhifə yazır", - deyə Teys vurğulayıb.
Ekspert hesab edir ki, Azərbaycan hökuməti Avropada Amerika institutları modelinin təşviqində mühüm rol oynayır.
"Bu fakt Prezident Trampı Bakı ilə böyük tərəfdaşlıq formalaşdırmağa, həmçinin ABŞ və Azərbaycan biznes icmaları arasında daha sıx əlaqələri təşviq etməyə ilhamlandırıb", - o bildirib.
Piter Teys qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi və onun dövlət idarəçiliyindəki müstəsna fəaliyyəti Azərbaycana konkret iqtisadi və siyasi nailiyyətlər qazandırıb.
"Azərbaycanın xarici siyasəti getdikcə daha dinamik və nəticəyönlü olur. Məhz mürəkkəb geosiyasi şəraitdə gerçəkləşdirilən bu kimi nailiyyətlər Bakının milli maraqlarını müdafiə etməsinə imkan verib", - ekspert bəyan edib.
O həmçinin, Azərbaycanın dayanıqlı institutların möhkəmləndirilməsi, "yaşıl" iqtisadiyyatın inkişafı, regional inteqrasiyanın təmin edilməsi və davamlı sülhün qurulması istiqamətindəki səylərini qeyd edib.
"Prezident İlham Əliyevin Ağ Evə səfəri Bakının son onillikdə əldə etdiyi mötəbər nailiyyətlərin sübutu olacaq. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevin müstəsna liderliyini tanıyır",- Piter Teys vurğulayıb.
Onun sözlərinə görə, Ağ Ev administrasiyası üçün Azərbaycanla strateji tərəfdaşlığı qorumaq və gücləndirmək son dərəcə vacibdir.
Bakının Nizami rayonunda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılı

Tanınmış ispaniyalı müğənni Riqobeta Bandini konsertində hərəkəti il

Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansi

Tanınmış yazıçı, publisist Yunus Oğuzun Səfəvilər imperiyasının süq

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliy

2025-ci il avqustun 8-dən 11-dək olan günlər bir çox insanlar üçün çət

8.08 tərs (güzgü) tarixi, çox vaxt sehrli kimi adlandırılır və üç bür

Son illərdə qadınların eyni cinsə olan romantik və seksual maraqları haqq

Ayan Babakişiyeva açıqlamalrı ilə diqqət çəkib.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günü münasibə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) bir neçə əməkdaşı vəzifədə

Avqustun 13-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində o
