Ermənistan silahlı qüvvələrinin əsirliyində olmuş azərbaycanlı: Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər
Siyasət 08 Avq 2025 14:10:00 65 0
Avqustun 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib.
Bu xəbəri də oxu: Rəsmi Bakıdan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, İdris Mirzəyev əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanıldığını deyib. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağbulaq kəndində (Xocavənd rayonu - red.) donuz və toyuq fermaları tikintisi işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, cümlədən başında butulka sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib, bu səbəbdən axsayır. "Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər", - deyə o bildirib.
Həbib Əliyev 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən, döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü söyləyib. Yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev Əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın 8-də əsirlikdən azad olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Türkiyənin Muğla vilayətində dəhşətli insident yaşanıb. Britaniya vət

"Son vaxtlar Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyini

Ermənistanda hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin ke�

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə müraci

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcə

Türkiyəli məşhur müğənni Seda Sayan bu dəfə ağlasığmaz var-dövlət

Gəncə şəhər "İstanbul Genetics Klinika" Məhdud Məsuliyyətli C

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcə

Cümə günü səhər saatlarında qızılın qiyməti kəskin şəkildə artara

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir m

Avqustun 6-sı saat 15:00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord

Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir və gücləndirmə işləri

2020-ci ilədək olan 30 ildə Cənubi Qafqaz xroniki qeyri-sabitlik bölgəsi o

İrəvan xanının nəslindən olan, Almaniyada yaşayan Əmir Əli Sərdari İr
