Azərbaycan və Ermənistanın Vaşinqtonda imzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq Rubio


Siyasət 08 Avq 2025 09:57:00 59 0

Azərbaycan və Ermənistanın Vaşinqtonda imzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq  Rubio

Azərbaycan və Ermənistanın avqustun 8-də Vaşinqtonda imzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq.

Trend xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Daha geniş sülh gündəminə gəldikdə, prezident sülhə nail olmaqda qətiyyətlidir və sülh prezidenti olmaq istəyir. Azərbaycan və Ermənistana gəldikdə, avqustun 8-də biz burada olacağıq və sülh müqaviləsinin başlanğıcı olacaq sazişi imzalayacağıq", - deyə o bildirib.

Qeyd edək ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanması gözlənilir.

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə, ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.

Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir.

Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən "sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması"nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçımızın bu tələbi də Ermənistan tərəfindən qəbul edildi.

Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır.

Ələt Azad İqtisadi Zonasında tikilən hava limanı üzrə son işlər açıqlandı like
  • 08 Avq 09:49  
Digərləri Ələt Azad İqtisadi Zonasında tikilən hava limanı üzrə son işlər açıqlandı

Ələt Hava Limanının texnoloji baxımdan ən mühüm və mürrəkkəb hesab e

arrow Ətraflı
Bu günün valyuta məzənnələri like
  • 08 Avq 09:32  
Digərləri Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Bu da Natavanın VİLLASI like
  • 08 Avq 09:20  
Şou-biznes Bu da Natavanın VİLLASI

Müğənni Natavan Həbibinin paylaşımı marağa səbəb olub.

arrow Ətraflı
Bakıda moteldə yanğın olub like
  • 08 Avq 09:16  
Digərləri Bakıda moteldə yanğın olub

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğ�

arrow Ətraflı
Avqustun 9da baş tutacaq Ayın dolması bu bürclərin həyatını dəyişəcək like
  • 08 Avq 09:11  
Digərləri Avqustun 9da baş tutacaq Ayın dolması bu bürclərin həyatını dəyişəcək

Avqustun 9-da baş verəcək Ayın dolması dörd bürcün həyatını yeni isti

arrow Ətraflı
Bakı metrosunda qadın uşaq dünyaya gətirdi like
  • 08 Avq 08:54  
Digərləri Bakı metrosunda qadın uşaq dünyaya gətirdi

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" s

arrow Ətraflı
Cinsiyyət dəyişdirən türkiyəli məşhurlar  SİYAHI like
  • 08 Avq 08:08  
Digərləri Cinsiyyət dəyişdirən türkiyəli məşhurlar SİYAHI

Türkiyədə tanınmışlar arasında cinsiyyət dəyişdirən məşhurların sa

arrow Ətraflı
Qəhvə ilə bağlı deyilənlər mif imiş like
  • 08 Avq 07:07  
Digərləri Qəhvə ilə bağlı deyilənlər mif imiş

Qəhvənin qan təzyiqini artırdığı ilə bağlı məşhur mif təkzib edilib

arrow Ətraflı
Məşhur antidepressantın satışı dayandırıldı  Təhlükəli maddə aşkarlandı like
  • 08 Avq 06:06  
Digərləri Məşhur antidepressantın satışı dayandırıldı Təhlükəli maddə aşkarlandı

Fransada geniş istifadə edilən antidepressant "Ludiomil" dərmanın

arrow Ətraflı
Tramp: Sabah Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq like
  • 08 Avq 06:00  
Siyasət Tramp: Sabah Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq

Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol

arrow Ətraflı
İillərdir Sibel Can adı ilə tanınırdı  Əsl soyadı üzə çıxdı like
  • 08 Avq 05:05  
Şou-biznes İillərdir Sibel Can adı ilə tanınırdı Əsl soyadı üzə çıxdı

Səhnə performansları, səsi və xarizması ilə milyonların sevimlisinə çe

arrow Ətraflı
Ölümcül beyin xəstəliklərinə qarşı yeni ümid!  Bu kəşf körpələrin həyatını qurtara bilər! like
  • 08 Avq 03:03  
Digərləri Ölümcül beyin xəstəliklərinə qarşı yeni ümid! Bu kəşf körpələrin həyatını qurtara bilər!

Genetik cəhətdən sağlam donor hüceyrələrdən istifadə edilən üsul, si�

arrow Ətraflı
Araşdırma: Kartof qızartması tip 2 diabet riskini artırır like
  • 08 Avq 02:02  
Digərləri Araşdırma: Kartof qızartması tip 2 diabet riskini artırır

Yeni bir araşdırmaya görə, həftədə üç və ya daha çox porsiya kartof q

arrow Ətraflı
Kondisioner filtrləri təhlükə saçır – Ölümcül bakteriya yayılıb like
  • 08 Avq 01:01  
Digərləri Kondisioner filtrləri təhlükə saçır – Ölümcül bakteriya yayılıb

ABŞ-ın Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan l

arrow Ətraflı