Pezeşkianın oğlu İranAzərbaycan münasibətlərinə qarşı çıxanları tənqid edib
Siyasət 06 Avq 2025 16:52:00 48 0
İran-Azərbaycan münasibətləri əleyhinə radikal və məsuliyyətsiz ritorika bölgədə gərginliyi artırmaqdan başqa bir nəticə vermir.
Bu xəbəri də oxu: Pasport yox, əllər lazımdır: Rusiya iqtisadiyyatı miqrantlara qapı açmağa məcburdur
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkianın oğlu, müşaviri və köməkçisi Yusif Pezeşkian yerli media üçün yazdığı məqalədə qeyd edib.
Onun sözlərinə görə, ölkədə İsrailin İranla 12 günlük müharibəsində guya Azərbaycanın İsrailə dəstək verdiyi ilə bağlı yayılan iddialar irəli sürülür. İlk öncə bu iddiaların hansı faktlara əsaslandığını araşdırmaq lazımdır. Ölkənin təhlükəsizlik xidmətləri bu haqda heç bir hesabat verməyib və bu iddaları təsdiqləməyiblər.
Pezeşkian deyib ki, növbəti mərhələdə araşdırmaq lazımdır ki, bu iddiaların ölkəyə hansı mənfəəti və xeyri olacaq. Görəsən, Azərbaycanla münasibətlərin gələcəyini gərginləşdirmək istəyirikmi? Bununla əlaqədar üç versiyanı nəzərdən keçirmək lazımdır:
"1. Hərbi qarşıdurma - yəni, ya İran Azərbaycana qarşı döyüşmək istəyir, ya da Azərbaycanı təhrik edir. Bu, nə dövlətin, nə də xalqın istədiyi seçimdir və ölkənin maraqlarına ziddir; 2. Nə sülh, nə müharibə vəziyyəti - yəni, iki ölkə arasında gərginlik davam edir, amma hərbi qarşıdurma baş vermir. Bu halda qarşılıqlı düşmənçilik siyasəti beynəlxalq forumlarda və iqtisadi sferalarda zərər gətirə bilər; 3. Əməkdaşlıq və qonşuluq münasibətləri - fikir ayrılıqlarına baxmayaraq, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq mümkündür və ən uğurlu yanaşma budur", - deyə o bildirib.
Prezidentin köməkçisi bildirib ki, üçüncü yanaşma - dialoq və əməkdaşlıq - həm İranın, həm də regionun sabitliyi baxımından ən məqbul yoldur.
Polşa bəzi ölkələrin vətəndaşları üçün vizasız girişi məhdudlaşd

Xəbər vediyimiz kimi, 30 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının K

Dünyanın müxtəlif bölgələrindəki çimərliklər sahil xəttinin eroziyas

Telekommunikasiya sahəsində bir sıra tariflər tənzimlənib.

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində yenidənqurma və gücləndi

1 avqust 2025-ci il tarixindən etibarən Birbank kartları üzrə bonus mexaniz

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissi

Türkiyədə son günlər dəniz suyunun istiliyinin artması ilə əlaqədar ol

Çində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusunun sürətli yay�

Daxili İşlər Nazirliyi tərəfindən sosial şəbəkələrdə onlayn qumar v�

Türkiyəli müğənni Mustafa Sandal məkanların birində konsert verib.

Avqustun 6-dan etibarən Azərbaycan vətəndaşları "biletim.az" por

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmək

Rusiya Azərbaycan və ABŞ-dan qaz qəbul edən Ukrayna stansiyasına PUA hücu

Güney Azərbaycandan olan jurnalist Meysəm Rəşidi Ərdəbil meri Mahmud Səf
