6 aylıq körpə infarktdan öldü Körpələrdə bu hallar nə zaman baş verir?
Digərləri 04 Avq 2025 17:11:00 57 0
Bu gün 6 aylıq körpənin ürək tutması (infarkt) nəticəsində vəfat etdiyi bildirilib. Hadisə cəmiyyətin diqqətini yenidən körpələrdə rast gəlinən ağır ürək problemlərinə yönəldib.
Bu xəbəri də oxu: Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş
Körpələrdə bu hallar nə zaman baş verir?
Son.az xəbər verir ki, həkimlərin sözlərinə görə, infarkt adətən yaşlı insanlarla əlaqələndirilsə də, nadir hallarda körpələrdə də rast gəlinə bilər. Bu hal doğuşdan gələn ürək qüsurları, damar anomaliyaları, genetik pozğunluqlar, həmçinin ana bətnində və ya doğuş zamanı baş verən oksigen çatışmazlığı kimi səbəblərlə əlaqəli ola bilər.
Uşaq kardioloqları bildirir ki, bəzi körpələrdə ürək damarları normal inkişaf etmir və bu, dövriyyənin pozulmasına, nəticədə isə ürək toxumasının zədələnməsinə səbəb ola bilər. Eyni zamanda, infeksiyalar, metabolik xəstəliklər və ya iltihabi proseslər də körpə ürəyinə ciddi təsir göstərə bilər.
Valideynlərə tövsiyə olunur ki, doğulduqdan sonra körpələrin ürək fəaliyyətləri mütəmadi olaraq yoxlanılsın, nəfəs darlığı, göyərmə, tez yorulma, yeməkdən imtina kimi simptomlara ciddi yanaşılsın.
Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzi (STM) 6 aylıq körpənin ölüm səbəbini açıqlayıb.
Oxu.Az-a mərkəzdən verilən məlumata görə, avqustun 1-də saat 4:20-də STM-in Uşaq Xəstəxanasına 2025-ci il təvəllüdlü (kişi cinsli) körpə hospitalizasiya olunub.
Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatışmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozları təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olan körpə həkimlərin səylərinə baxmayaraq, avqustun 2-də saat 14:30-da beyin ödəmi səbəbindən ölüb.
Son.az
Aparıcı Afaq Gəncəli vəfat edən oğlu Qədirlə bağlı paylaşım edib.

Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar yaşayış binala

"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşe

Dünyaca məşhur müğənni Cenifer Lopez bir daha ərə getmək fikrində ol

Azərbaycandan şəhərsalma və tikinti prosedurları sadələşdirildi.

Bu il keçirilən 5-ci "Yüksəliş" müsabiqəsində qalib adını qa

Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Ana

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıl

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.

Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi

Sosial şəbəkədə yayılan video diqqət çəkib.

Türkiyənin Van vilayətində saxlanılan dilənçidən 75 min TL-dən artıq (

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatların
