Anar Abdullayev məhkəmə zalında həbs edildi


Digərləri 04 Avq 2025 16:21:00 55 0

Anar Abdullayev məhkəmə zalında həbs edildi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb.

Dövlət ittihamçısı Anar Abdullayevin polisin nəzarətinə vermə qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Prokuror vəsatətini təqsirləndirilən şəxsin seçilmiş qətimkan tədbiri qaydalarına əməl etmədiyini əsas gətirib və onun məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Anar Abdullayevin məhkəmədən anasının xəstə olmasını nəzərə alınmasını istəyib.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib.

Anar Abdullayev məhkəmə zalında həbs edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər.

Xatırlaqdaq ki, Anar Abdullayev Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 11 iyulda İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.

Proses 22 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Azərbaycanda büdcə qaydası dəyişdi like
  • 04 Avq 16:17  
Siyasət Azərbaycanda büdcə qaydası dəyişdi

Azərbaycanda büdcə qaydası dəyişib.

arrow Ətraflı
Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıldı like
  • 04 Avq 16:15  
Siyasət Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıldı

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıl

arrow Ətraflı
21 məktəb direktoru işdən çıxarılıb  RƏSMİ like
  • 04 Avq 16:12  
Digərləri 21 məktəb direktoru işdən çıxarılıb RƏSMİ

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.

arrow Ətraflı
Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib  FƏRMAN like
  • 04 Avq 16:11  
Siyasət Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib FƏRMAN

Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi

arrow Ətraflı
Dilənçinin 1 günlük qazancı: 3000 manat... like
  • 04 Avq 15:50  
Digərləri Dilənçinin 1 günlük qazancı: 3000 manat...

Türkiyənin Van vilayətində saxlanılan dilənçidən 75 min TL-dən artıq (

arrow Ətraflı
Bəzi ölkələrdən Azərbaycana dəvə gətirilməsinə məhdudiyyət qoyuldu like
  • 04 Avq 15:41  
Digərləri Bəzi ölkələrdən Azərbaycana dəvə gətirilməsinə məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatların

arrow Ətraflı
Bu məhsul bol və ucuzdur, amma alıcısı yoxdur like
  • 04 Avq 15:21  
Digərləri Bu məhsul bol və ucuzdur, amma alıcısı yoxdur

Pomidor bu il necə deyərlər, həm boldur, həm də ucuz. Amma alan yoxdur. Ya

arrow Ətraflı
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı like
  • 04 Avq 15:11  
Digərləri Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki depar

arrow Ətraflı
Samir Oruc mətbuat katibi təyin olundu like
  • 04 Avq 15:10  
Digərləri Samir Oruc mətbuat katibi təyin olundu

Respublika Diaqnostika Mərkəzinə yeni mətbuat katibi təyin edilib.

arrow Ətraflı
40 dərəcə havada istiliyə qarşı necə davranmalı? like
  • 04 Avq 15:05  
Digərləri 40 dərəcə havada istiliyə qarşı necə davranmalı?

Bu gün ölkə ərazisində temperaturun 40 dərəcəyə qədər yüksələcəyi

arrow Ətraflı
Putin Zelenski ilə görüşə bilər like
  • 04 Avq 14:51  
Digərləri Putin Zelenski ilə görüşə bilər

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə gör

arrow Ətraflı
Aysun qızının üzünü göstərdi like
  • 04 Avq 14:30  
Şou-biznes Aysun qızının üzünü göstərdi

Müğənni Aysun İsmayılova ilk dəfə qızı Sevgiylə birgə şəkilini sosi

arrow Ətraflı