“TikTok”da tanış olduğu qadının uşaqlarına tərbiyə adı ilə işgəncələr verdi
Digərləri 01 Avq 2025 17:48:00 83 0
"TikTok"da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.
Bu xəbəri də oxu: Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edildi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, uşaqların atasının məsələdən xəbərdar olmasından sonra cinayətin üstü açılıb.
Hadisə azyaşlıların anasının Kənanla birlikdə yaşamaq üçün onun kirayə qaldığı evə köçməsi ilə başlayıb. Həmin vaxta kimi Aytac (şərti) əri ilə birgə yaşayırmış. O, ötən ilin noyabr ayında uşaqlarını götürüb evdən çıxıb, bir daha geri qayıtmayıb. Hətta ailəsi onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.
İstintaq materiallarında yazır ki, Aytac sevgilisinin yanına köçəndən sonra uşaqlarının qara günləri başlayıb. Belə ki, Kənan guya tərbiyələndirmək adı ilə uşaqları mütəmadi olaraq döyüb, onlara müxtəlif formalarda işgəncələr verib.
Kənan uşaqların səs-küy salaraq onun istirahətini pozduqlarını bəhanə edərək bacı-qardaşa şillə və yumruq zərbələri vurub. Bundan əlavə azyaşlıların hər ikisinin başlarını bir-birinə toqquşdurub, onları tək ayaq üstə saxlayıb. Ən dəhşətlisi isə odur ki, Kənan mətbəx bıçağını qazın üstündə qızdıraraq uşaqların qoluna bir neçə dəfə damğa basıb. Nəticədə köməksiz uşaqlar yanıq xəsarətlərindən bir neçə gün ağrı, əzab çəkiblər. Amma bu da son deyil... Növbəti günlərdə bacı-qardaş evdə oynadıqlarında yenə səs-küy salıb, əşyaların yerini dəyişiblər. Buna əsəbiləşən Kənan onları iplə döyüb, ayaqlarından dartaraq sürüyüb. Hətta uşaqlardan birini binanın 7-ci mərtəbəsindən aşağı sallayaraq öldürəcəyi ilə qorxudub.
Bir müddət sonra uşaqların atası bu hadisələrdən xəbər tutub. O, övladlarının qollarındakı yanıq xəsarətlərini gördükdən sonra polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb.
Bundan sonra Aytac Kənandan ayrılıb. O, uşaqlarını da götürərək ərinin yanına qayıdıb və hazırda birgə yaşayırlar.
Kənan məhkəmədə təqsirini qismən etiraf edib, yalnız uşağı 7-ci mərtəbədən aşağı sallayaraq ölümlə hədələdiyini inkar edib. Bütün hərəkətləri də uşaqları tərbiyələndirmək üçün etdiyini deyib. İşgəncə görən azyaşlı uşaqlar da qanuni nümayəndənin iştirakı ilə məhkəmədə ifadə veriblər. Bacı-qardaş hakim qarşısında onlara verilən dəhşətli işgəncələri etiraf ediblər.
İttiham digər şahidlərin ifadələri ilə də təsdiqini tapıb.
Məhkəmənin hökmü ilə Kənan Abdullayev əzab verməkdə və sağlamlığa ağır zərər vurmaqla hədələməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.
2025-ci ilin ilk 6 ayı ərzində aparılan monitorinqlər nəticəsində 5 qanu

Vaşinqton və Pekin strateji sabitlik dövrünə qədəm qoyurlar, çünki tamm

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mət

Azərbaycan paytaxtında ilk dəfə olaraq beynəlxalq səviyyəli qənnadı və

Teleaparıcı Lalə Azərtaş mərhum Xalq artisti Arif Babayev ilə son görün

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü milli kimliyimizin

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və d�

Xəbər verdiyimiz kimi, "Avroviziya" qalibimiz Nigar Camalla Əməkda

Xəbər verdiyimiz kimi, Yevlaxın Aran qəsəbəsində evdən ata və qızını

Pakistanın ən iri neft emalı şirkəti "Cnergyico" oktyabrda ABŞ-d

ABŞ prezidenti tərəfindən Yaxın Şərq üzrə xüsusi nümayəndə təyin o

İnnovasiya və sürət lideri "Bakcell" dünyanın aparıcı taksi aq

Türkiyədə kassada dayanmaqda çətinlik çəkən gənc qadının görüntül�

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb mü

Köhnə paltarları ehtiyacı olanlara vermək bir çoxumuzun etdiyi hərəkətd
