Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...
Digərləri 01 Avq 2025 16:15:00 91 0
Xəbər verdiyimiz kimi, Yevlaxın Aran qəsəbəsində evdən ata və qızının meyiti tapılıb. Bu hadisə ölkədə ciddi rezonansa səbəb olub.
Bu xəbəri də oxu: 40 dərəcə istidə niyə çay içirik?
Son.az xəbər verir ki, qafqazinfo.az ailə ilə bağlı bəzi məlumatları əldə edib.
Birinci qrup əlil olan 2002-ci il təvəllüdlü Səbinə Bayramovanın iflic olduğu müəyyənləşib. O danışa və gəzə bilmirmiş.
Mərhumun 2005-ci il təvəllüdlü qardaşı da var. O, əsgərlikdən yeni gəlib və Bakıda yaşayır. Onların anası 10 il öncə vəfat edib.
İntihar edən Məhəbbət Bayramov isə ikinci dəfə Günəş adlı qadınla ailə qurub. Onlar 6 il birgə yaşayıblar. Lakin övladları olmadığı üçün bundan 1 ay öncə ayrılıblar.
Səbinə Bayramovanın əlilliyi ilə bağlı aldığı müavinəti dəqiqləşdirmək üçün Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Bayramovlar ailəsi həssas qrupdan olan, sosial müdafiəyə ehtiyacı olan ailə olduğuna görə DSMF tərəfindən onlara hər ay 850 manat vəsait ödənilirdi: "Belə ki, 2006-cı ildən serebral iflic diaqnozu ilə yataq xəstəsi olan 1-ci qrup əlil Bayramova Səbinə Məhəbbət qızına əlilliyə görə 300 manat məbləğində müavinət, 250 manat məbləğində təqaüd ödənilirdi. Həmçinin ona qulluq edən atası Bayramov Məhəbbət Əvəz oğluna qulluğa görə 120 manat məbləğində təqaüd ödənilirdi. Bununla yanaşı M.Bayramov 3-cü qrup əlilliyi olan şəxs olduğuna görə ona 180 manat məbləğində müavinət ödənişi də həyata keçirilirdi".
Qeyd edək ki, 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov bir neçə gün öncə yaşadığı evdə intihar edib. Onun övladı Səbinə Bayramovanın isə birinci qrup əlil olduğundan aclıqdan öldüyü bildirilir.
Məlumata görə, evdən səs gəlmədiyini görən qonşular otağa daxil olarkən hər iki şəxsin öldüyünü görüblər. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Pakistanın ən iri neft emalı şirkəti "Cnergyico" oktyabrda ABŞ-d

ABŞ prezidenti tərəfindən Yaxın Şərq üzrə xüsusi nümayəndə təyin o

İnnovasiya və sürət lideri "Bakcell" dünyanın aparıcı taksi aq

Türkiyədə kassada dayanmaqda çətinlik çəkən gənc qadının görüntül�

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb mü

Köhnə paltarları ehtiyacı olanlara vermək bir çoxumuzun etdiyi hərəkətd

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəb

"Gələn hər kəsə dərin təşəkkürümü bildirirəm. Atam bu dünyada

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfind�

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları (kredit xətləri)

İyulun 27-də Bakıda baş tutan Castin Timberleykin konsertində qeyri-adi had

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və R�

Son dövrlər köhnə yaşayış binalarının həyət girişlərində şlaqbaum

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü dilin milli-mənə
