DTXnin Azərbaycanda saxladığı Fransa şirkətinin vitseprezidenti ifadə verdi


Digərləri 31 İyl 2025 17:20:00 99 0

DTXnin Azərbaycanda saxladığı Fransa şirkətinin vitseprezidenti ifadə verdi

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, Azərbaycana işgüzar səfərə gəldiyini bildirib:

"Azərbaycanın su infrastrukturuna yatırım etməyə gəlmişdim. Ölkəyə gəlməyimin ikinci günündə DTX-nin inzibati binasında ifadə verdim. Mən passiv korrupsiya və cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmada iştirakda günahlandırılıram. Baş vermiş hadisə ilə bağlı deyə bilərəm ki, 2022-ci ilin oktyabr ayında Fərhad Əhmədovun ofisi tərəfindən mənə müraciət olunub. Onun yoldaşından boşanması ilə əlaqədar London Məhkəməsi tərəfindən əmlaklarının dondurulmasına qərar verilmişdi. Ona görə Fərhad Əhmədov 500 milyon dəyərində yaxtasının illik xərcinin 16 milyon dollardan hesablanması ilə bağlı və digər hüquqi məsələləri həll etmək üçün mənə müraciət edib.

Mənim konsultant olaraq fəaliyyətimi eşidib mənimlə əlaqəyə keçib. Həmin dövrdə mən "Viola" şirkəti ilə bir neçə milyardlıq layihələri idarə edirdim. Hamı məni çox çətin məsələləri düzgün şəkildə idarə edə bilmə bacarığıma görə tanıyırdı. Fərhad Əhmədovla müqavilələr imzalaşmışdıq, mən onlara hüquqi müstəvidə yardım edəcəkdim. Fərhad Əhmədov mənə işlərini görməyim üçün etibarnamə də təqdim etmişdi. Xahiş edirəm onu iş materiallarına da əlavə edəsiniz".

Məhkəmədə həmin sənədin iş materiallarına əlavə olunduğu bildirilib.

A.Derraz ifadəsinin davamında bildirib ki, həmin etibarnaməyə əsasən F.Əhmədovun "Luna" adlı yaxtası ilə bağlı məsələlərdə strateji məsləhətçisi olub:

"Mən strateji məsləhətçi və komandaya liderlik göstərərək, F.Əhmədov adından yaxta ilə bağlı prosedurları həyata keçirmişəm. Vəzifəm hüquqi prosedurlara nəzarət idi".

A.Derraz onu da deyib ki, ittihamlara tək-tək cavab vermək istəyir:

"Öncədən qeyd etdiyim avansın məbləği 200 min dollar idi. Əgər dondurmanı aradan qaldırmağı bacarsaydım, o mənə 2 milyon dollar ödəməli idi. Bu rəqəmi 500 milyon dollarlıq aktivlə müqayisə edirdik. Tez bir zamanda problemi aradan qaldırmağa çalışırdıq. Çünki texniki səbəblərə görə, yaxtanın dəyəri hər gün düşürdü. Müqavilə imzalanarkən Benalla isə həmin vaxt artıq Fransa Prezidenti Makronun administrasiyasından qovulmuşdu və Fransada Benalla haqda araşdırma aparılırdı.

Mənə Benalla haqda Fərhad Əhmədov bildirmişdi ki, yoldaşı ilə bağlı məsələlərə Benalla dəstək olub və işində professionaldı, Dubayda da yaxşı əlaqələri var. F.Əhmədov da bunu ifadəsində göstərib. Mən də sadəcə, Fərhad Əhmədovla çalışmış, onlara yardım etmişəm, məlumat vermişəm".

Kamçatka zəlzələsindən sonra hansı bölgələrdə zəlzələ riski var? like
  • 31 İyl 17:13  
Digərləri Kamçatka zəlzələsindən sonra hansı bölgələrdə zəlzələ riski var?

Peru hökuməti Rusiyanın Kamçatka bölgəsində baş vermiş güclü zəlzəl

arrow Ətraflı
Yaponiya və Cənubi Koreya rekord istilər like
  • 31 İyl 16:50  
Dünya Yaponiya və Cənubi Koreya rekord istilər

Cənubi Koreyada "tropik gecələr" rekordu qırılıb, Yaponiya isə

arrow Ətraflı
Türkiyəli müğənni Bakıdakı konsertini ləğv etdi like
  • 31 İyl 16:45  
Şou-biznes Türkiyəli müğənni Bakıdakı konsertini ləğv etdi

Bu gün Bakının məşhur restoranlarından birində səhnəyə çıxması plan

arrow Ətraflı
Attraksionu qırıldı: 23 nəfər yaralandı like
  • 31 İyl 16:40  
Dünya Attraksionu qırıldı: 23 nəfər yaralandı

Səudiyyə Ərəbistanının Taif şəhərində "Yaşıl Dağ" əylən

arrow Ətraflı
Azərbaycanda şok OLAY: Ana övladını satıb "Qazel"ə dəyişmək istədi like
  • 31 İyl 16:38  
Digərləri Azərbaycanda şok OLAY: Ana övladını satıb "Qazel"ə dəyişmək istədi

"Sözün bitdiyi an" verilişində şok hadisə yaşanıb. Son.az 

arrow Ətraflı
Universitet həmin məsələyə görə üzr istədi like
  • 31 İyl 16:28  
Digərləri Universitet həmin məsələyə görə üzr istədi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi ingi

arrow Ətraflı
Lider olmaq üçün doğulan 5 bürc  Siyahıda siz də varsınız? like
  • 31 İyl 16:17  
Digərləri Lider olmaq üçün doğulan 5 bürc Siyahıda siz də varsınız?

Bəzi insanlar sanki doğulduqları andan etibarən liderliyə uyğundurlar. Ast

arrow Ətraflı
Xoşqədəmin Doğuşa narazı baxışları gündəm oldu like
  • 31 İyl 16:10  
Şou-biznes Xoşqədəmin Doğuşa narazı baxışları gündəm oldu

Aparıcı Xoşqədəm Hidayətqızının qonaq olduğu efirdə narazı baxışla

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 31 İyl 16:01  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Mərmərə bölgəsində zəlzələ baş verib.

arrow Ətraflı
Sabiq prokuror vəfat etdi like
  • 31 İyl 15:55  
Digərləri Sabiq prokuror vəfat etdi

Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış

arrow Ətraflı
Hindistanda tibbi sensasiya: Yeni qan qrupu tapıldı like
  • 31 İyl 15:50  
Digərləri Hindistanda tibbi sensasiya: Yeni qan qrupu tapıldı

Hindistanın Karnataka ştatında həkimlər tibb dünyasında önəmli sayılan

arrow Ətraflı
Tarixin ən güclü zəlzələləri bu ərazidə olub like
  • 31 İyl 15:42  
Dünya Tarixin ən güclü zəlzələləri bu ərazidə olub

Kamçatkadakı zəlzələ dünyanın ən güclü altı yeraltı təkanından bir

arrow Ətraflı
Avqustda hava necə olacaq?  Aylıq proqnoz açıqlandı like
  • 31 İyl 15:41  
Digərləri Avqustda hava necə olacaq? Aylıq proqnoz açıqlandı

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yax�

arrow Ətraflı
Mərkəzi Bank iki təşkilatla bağlı məcburi göstəriş verdi like
  • 31 İyl 15:37  
Digərləri Mərkəzi Bank iki təşkilatla bağlı məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "PulPal" MMC və "Mpay" Q

arrow Ətraflı