"Gecənin əfsanələri" Bakıda coşqu yaratdı: "US Legend Cars", kartinq finalı və driftşou bir arada!


Digərləri 20 İyl 2025 07:30:00 67 0

"Gecənin əfsanələri" Bakıda coşqu yaratdı: "US Legend Cars", kartinq finalı və driftşou bir arada!

Bakıda həyəcan dolu avtomobil tədbiri - US Legend Cars yarışları üçüncü dəfə baş tutdu. Son.az xəbər verir ki, "Gecənin əfsanələri" (Legends of The Night) adlı tədbir Dövlət Bayrağı Meydanında keçirilib. Tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunub. Xüsusi hazırlanmış trasda 12 peşəkar pilot, klassik dizaynla müasir texnologiyanı birləşdirən kompakt avtomobillərlə mübarizə apardı. Gecə yarışı izləyicilərə parlaq və dinamik atmosfer bəxş etdi. 25 dövrəlik gərgin mübarizənin yekununda birinci yerin sahibi Adil Axundov, ikinci yerin sahibi Fərid Quliyev, üçüncü yerin sahibi isə Elvin Xudaverdiyev oldu. Tədbir çərçivəsində 12-15 yaşlı gənc pilotlar arasında kartinq üzrə çempionatın final mərhələsi də keçirildi. Bu unikal yarış Baku City Karting trekində 12-16 iyul tarixlərində təşkil edilən test yürüşləri ilə başladı və nəticədə 20 ən yaxşı gənc pilot seçildi. 18 iyulda Dövlət Bayrağı Meydanında qurulan xüsusi trasda sərbəst yürüşlər və təsnifat mərhələsi keçirildi. Bu gənc pilotlara real yarış atmosferini hiss etməyə imkan verdi. Nəticədə 10 finalçı müəyyən olundu. 19 iyulda keçirilən 15 dövrəlik final yarışı isə əsl avtomobil idmanı bayramına çevrildi. Gərgin və maraqlı mübarizədə qalib Teymur Rəhimov, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Rafiq Kazımlı və Ömər Şahmuradlı qazandı. Bütün qaliblər kuboklar və xatirə hədiyyələri ilə təltif olundu. Axşam proqramı çərçivəsində baş tutan drift-şou, avtomobil və motosikletlərlə ekstremal tryuklardan ibarət Stunt Show, eləcə də motosiklet şousu qonaqlara unudulmaz emosiyalar və adrenalin yaşatdı. Şounun əsas ulduzları isə dünya üzrə 20-dən çox rekordun sahibi olan britaniyalı avtokaskadyor Terri Qrant, Böyük Britaniyanın çoxqat freestyle çempionu, motokaskadyor Li Bauers və İrlandiyadan olan peşəkar drift pilotu Neyl Qan olub. Tədbir açıq səma altında gerçək bir avtoidman bayramına çevrildi.

Sözügedən görüntüləri təqdim edirik:

"O, hələ gün işığı görməyib" like
  • 20 İyl 07:07  
Şou-biznes "O, hələ gün işığı görməyib"

"Heç kəsin dərdi ilə oynama, daha pis dərdə düşərsən. Belə bir a

arrow Ətraflı
Maşın almazdan əvvəl nə qədər sürüldüyünü 7 sadə üsulla yoxlayın like
  • 20 İyl 06:06  
Digərləri Maşın almazdan əvvəl nə qədər sürüldüyünü 7 sadə üsulla yoxlayın

İstifadə olunmuş avtomobil alarkən diqqətli olun - geriyə çəkilən odome

arrow Ətraflı
Evliliyindən peşman olan like
  • 20 İyl 05:05  
Şou-biznes Evliliyindən peşman olan

Uğur və şöhrətə baxmayaraq, məşhurlar da şəxsi həyatlarında səhvlə

arrow Ətraflı
Dərmanı susuz necə udmaq olar?  gözlənilməz üsul like
  • 20 İyl 04:04  
Digərləri Dərmanı susuz necə udmaq olar? gözlənilməz üsul

Bir çox insan üçün dərman udmaq əsl problemə çevrilə bilər. Bu səbəb

arrow Ətraflı
Qəhvəni bu saatda like
  • 20 İyl 03:03  
Digərləri Qəhvəni bu saatda

Qəhvə bəzi hallarda orqanizm üçün xeyirli içki hesab edilsə də ziyanın

arrow Ətraflı
50 yaşdan yuxarı insanlar bu məşqi etsələr, ölüm riski AZALACAQ like
  • 20 İyl 02:02  
Digərləri 50 yaşdan yuxarı insanlar bu məşqi etsələr, ölüm riski AZALACAQ

Yeni elmi araşdırma sübut edib ki, yetkin yaşda fiziki aktivliyə başlamaq

arrow Ətraflı
Teztez acmağınızın like
  • 20 İyl 01:01  
Digərləri Teztez acmağınızın

İnsanlar özlərini yalnız hiss etdikləri və ya hansısa daxili narahatlıq

arrow Ətraflı
Azərbaycanda istirahət mərkəzində like
  • 20 İyl 00:37  
Digərləri Azərbaycanda istirahət mərkəzində

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı
Mədə Xərçənginin əsas səbəbi like
  • 20 İyl 00:29  
Digərləri Mədə Xərçənginin əsas səbəbi

Alimlər xəbərdarlıq edir ki, dünyada milyonlarla insanda rast gəlinən Hel

arrow Ətraflı
Çağatayın yeni tərzi gündəm oldu like
  • 20 İyl 00:14  
Şou-biznes Çağatayın yeni tərzi gündəm oldu

Aktyor Çağatay Ulusoyun yeni fotosu yayılıb.

arrow Ətraflı
Günün qoroskopu: Gəlir yollarınızı qiymətləndirin like
  • 20 İyl 00:01  
Digərləri Günün qoroskopu: Gəlir yollarınızı qiymətləndirin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bakının bu ərazisində evlər söküləcək like
  • 19 İyl 23:50  
Digərləri Bakının bu ərazisində evlər söküləcək

Bakıda daha bir ərazidə söküntü işlərinə başlanılacaq.

arrow Ətraflı
Gülay Zeynallı: "Evdə çox böyük qadağalarımız var" like
  • 19 İyl 23:42  
Şou-biznes Gülay Zeynallı: "Evdə çox böyük qadağalarımız var"

Müğənni Gülay Zeynallı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Ərinin tabutu yanında rəqs edən qadın sosial şəbəkədə müzakirələrə səbəb oldu  VİDEO like
  • 19 İyl 23:29  
Dünya Ərinin tabutu yanında rəqs edən qadın sosial şəbəkədə müzakirələrə səbəb oldu VİDEO

Peruda keçirilən bir dəfn mərasimi gözlənilməz görüntülərlə gündəm

arrow Ətraflı