Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə iştirak edib
Kriminal 18 İyl 2025 23:23:00 71 0
Heydər Əliyev Fondu, Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 18-də Qədim Çin fəlsəfəsinə və mədəniyyətinə həsr olunmuş "Tanımadığımız Konfutsi" adlı gecə keçirilib.
Bu xəbəri də oxu: Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda qərar verildi
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Son.az xəbər verir ki, gecədə çıxış edən Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey "Tanımadığımız Konfutsi" adlı kitab barədə danışıb.
Səfirin sözlərinə görə, əsər Azərbaycan oxucularına Konfutsi fəlsəfəsinə və Çin sivilizasiyasına yeni baxış bucağından yanaşmaq imkanı yaradır. O, Konfutsiliyin Çin mədəniyyətinə dərin təsir göstərdiyini və bu gün də onun ayrılmaz hissəsi olaraq qaldığını vurğulayıb.
Fəlsəfənin əsas prinsipləri haqda məlumat verən Lu Mey deyib: "Bura özünü inkişaf etdirmə, zəhmətkeşlik, insan və təbiət harmoniyası, ümumi rifahın təşviqi daxildir. Bir-birimizin dilini, tarixini və mədəniyyətini öyrənmək xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir və ortaq gələcəyə malik bir bəşəriyyət birliyinin formalaşmasına töhfə verir. Çin və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri 33 ildir ki, uğurla davam edir. Bu illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq dərinləşmiş, xalqlarımıza konkret faydalar gətirən mühüm nəticələr əldə olunub. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfəri və səfər çərçivəsində Sədr Si Cinpinlə imzalanan birgə bəyanat əsasında Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq qurulub. Bu sənəd ölkələrimiz arasında münasibətlərin yeni tarixi mərhələyə keçidini rəsmi şəkildə təsdiq edib. Xalqlar arasında təmaslar getdikcə daha da intensiv xarakter alır. Çin-Azərbaycan arasında qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və əməkdaşlığın geniş spektrdə inkişafı üçün yeni imkanlar açacaq. Azərbaycanlı dostlarımızı Çinə səfər edərək Konfutsi fəlsəfəsini və zəngin Çin mədəniyyətini yaxından tanımağa və müasir Çin cəmiyyətinin dinamik inkişafını yerində görməyə dəvət edirik. Azərbaycanın milli dəyərlərinin qorunması, sosial-iqtisadi inkişafı və beynəlxalq mədəni əməkdaşlığın genişlənməsi sahəsində mühüm rola malik olan Heydər Əliyev Fonduna bir daha təşəkkürümüzü bildiririk. Fond uzun illərdir Çin ilə əməkdaşlığa sadiq qalaraq, ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə misilsiz töhfələr verib. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi dövlət başçılarımız tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi və iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişafı naminə Heydər Əliyev Fondu və azərbaycanlı tərəfdaşlarla birgə işləməyə daim hazırdır".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qeyd edib ki, Konfutsi fəlsəfəsi Qədim Çin mədəniyyətinin əsas düsturudur. "Bu fəlsəfəni dərk etmək vacibdir. Onun fəlsəfəsində əsas məsələ etika və əxlaqdır. İnsaniyyət və nəciblik ön planda tutulur. Bu, çox maraqlı yanaşmadır. Belə anlayışlar Azərbaycan mədəniyyəti üçün də mühüm dəyərlərdir", - deyə İ.Məmmədzadə əlavə edib.
İyulun 19-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, "İD Consultancy&q

Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrote

"SOCAR-AQŞ" MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçm

Yolda quraşdırılan qurğu sürücülərdə çaşqınlıq yaradıb.

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Zati-aliləri cənab

Aparıcı Çinarə Əliyeva ilk dəfə itirdiyi körpəsindən danışıb.

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik"

Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.

Xanəndə Pərviz Qasımov iştirak etdiyi "Bodibildinq üzrə Avropa çemp

Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam ort

Rusiya Prezidenti Vladimir Putin hökumətə "dost olmayan ölkələrdə&qu

20:49 Saatlıda Araz çayında batan yeniyetmənin meyiti tapılıb.

Əməkdar artist Yusif Mustafayev insanların dəyişməsindən şikayətlənib.

İsti yay günlərində düzgün qidalanma bədənin temperatur tənzimlənməsi
