Qondarma ordunun qara cinayəti – Ermənistanda 27 ildən sonra nazir müavininin qətlinin üstü açıldı
Digərləri 18 İyl 2025 16:22:00 74 0
Ermənistan müdafiə nazirinin keçmiş müavini Vahram Xorxoruninin qətlinin üstü açılıb.
Bu xəbəri də oxu: Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 1998-ci il dekabrın 10-da keçmiş müdafiə nazirinin müavini Vahram Xorxoruninin qətlinin üstü açıldığını bildirib.
Dekabrın 10-da, 1998-ci ildə, Ermənistan hərbi rəhbərliyində mühüm fiqurlardan biri hesab edilən Vaqram Xorxoruni planlı şəkildə öldürülüb. Hadisə üzrə istintaq müəyyən edib ki, bu qətlin təşkilatçısı və icraçısı S.A. adlı şəxs olub.
İstintaqın məlumatına görə, S.A cinayət ortaqlarına müvafiq olaraq 10 min dollar və 15 min dollar mükafat təklif edib. O, "Makarov" tapançası alıb, ona evdə hazırlanmış səsboğucu quraşdırıb və atəş səslərini boğmaq üçün patronları zəiflədib.
1998-ci il dekabrın 9-da qrup üzvləri İrəvana gəliblər. Dekabrın 10-na keçən gecə Vahram Xorxorunini evinin girişində gözləyərkən S.A. və A.A. beş atəş açıb, onlardan üçü onun üzünə, ikisi sinəsinə və kürəyinə dəyib. Zərərçəkmiş yerindəcə keçinib. Cinayətkarlar qaçıblar.
Toplanmış sübutlar əsasında S.A.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 2-ci hissəsinin 10-cu bəndi (tamah məqsədi ilə adam öldürmə) və 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz silah alveri) ilə cinayət işi başlanıb. O, saxlanılıb.
İstintaq Komitəsi sədrinin tələbi ilə əvvəllər ictimaiyyətin diqqətini cəlb edən digər qətl hadisələri də araşdırılır.
İstintaqın gedişi ilə bağlı əlavə məlumat veriləcək.
İyulun 19-u saat 08:00-dan iyulun 20-si saat 22:00-dək Bakı şəhəri, Nizami

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ö

Suriyada baş verən prosesləri yaxından izləyirik.

Bakıda Ziya Bünyadov prospektində sürücülər arasında dava düşüb.

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçir

ABŞ öz vətəndaşlarını Suriyanı dərhal tərk etməyə çağırıb.

Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olub.

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində so

İyulun 18-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasın�

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.

Tanınmış aktyor Nicat Rəhimovun bloger həyat yoldaşı sözləri ilə diqq�

Nazirlər Kabineti Prezidentin "Azərbaycan Respublikasının Axar-Baxar v�

İyulun 18-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə
