Leyla Əliyeva fotosərgi açılışında


Kriminal 16 İyl 2025 23:14:00 98 0

Leyla Əliyeva fotosərgi açılışında

İyulun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Dənizkənarı bulvar ərazisində Azərbaycanın təbiətin mühafizəsi sahəsində fəaliyyətinin 100 illiyinə həsr olunmuş "Milli Parklar - Azərbaycanın 12 Möcüzəsi" fotosərgisinin açılış tədbirində iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən sərgi ölkəmizin unikal biomüxtəlifliyini əks etdirən xüsusi mühafizə olunan ərazilərin, milli parkların təbiətini, zəngin florasını və faunasını fotoobyektiv vasitəsilə nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan ərazisində təbiətin sistemli qorunmasına 1925-ci ildə ilk dövlət qoruğu olan Göygöl təbiət qoruğunun yaradılması ilə başlanılıb. Hazırda ölkəmizdə 12 milli park, 9 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Milli parklar Azərbaycanın təbiətinin mühafizəsinə dair dövlət siyasətinin əsas sütunlarından biridir. Bu siyasətin daha geniş ictimaiyyətə çatdırılması məqsədilə Leyla Əliyevanın təşəbbüsü ilə 2013-cü ildə "Azərbaycanın 7 Möcüzəsi" kinolayihəsinə start verilib. Milli parkların sayı artdıqca, layihənin adı da dəyişərək "Azərbaycanın 12 Möcüzəsi"nə çevrilib. Son olaraq, Prezident İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park - Axar-Baxar və İlisu milli parkları yaradılıb.

Layihənin təşəbbüskarı Leyla Əliyevanın rəhbərliyi ilə səkkiz sənədli film çəkilib, yüzlərlə videomaterial və fotoşəkil sosial şəbəkələrdə milyonlarla izləyici tərəfindən maraqla qarşılanıb. Bu fotosərgi həmin layihənin çoxsaylı və təsirli nəticələrindən biridir. Sərgidə təqdim olunan şəkillər təkcə Azərbaycanın təbiət möcüzələrini nümayiş etdirmir, həm də ekoloji maarifləndirmə baxımından mühüm rol oynayır. Burada tamaşaçılar təbiətin qorunmasının nə qədər vacib olduğunu hiss edir, insanın təbiətə olan məsuliyyətini daha dərindən anlayırlar.

"Azərbaycanın 12 Möcüzəsi" adlanan layihəyə daxil olan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əhatə edir. Bunlara Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göygöl Milli Parkı, Samur-Yalama Milli Parkı, Qızılağac Milli Parkı, Axar-Baxar Milli Parkı və İlisu Milli Parkı daxildir. Bu parklar Azərbaycanın zəngin təbii irsinin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Dənizkənarı bulvar ərazisində yay boyunca davam edəcək fotosərgidə təqdim olunan şəkillər tanınmış fotoqraflar - İqor Bışnyov, İlya Bışnyov, Natalya Teterevskaya və Nikita Bışnyov tərəfindən çəkilib. Son.az 

Şəhriyar Əbilov AzTVdən ayrıldı like
  • 16 İyl 22:46  
Şou-biznes Şəhriyar Əbilov AzTVdən ayrıldı

Tanınmış aparıcı  Şəhriyar Əbilov uzun illər çalışdığı Azərbayc

arrow Ətraflı
Laçında meşə yanır like
  • 16 İyl 22:27  
Digərləri Laçında meşə yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Laçı

arrow Ətraflı
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər like
  • 16 İyl 22:21  
Siyasət İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 16-da Azərbaycan Respublikas�

arrow Ətraflı
"Atası 10 il sonra qızımla görüşdü" like
  • 16 İyl 22:12  
Şou-biznes "Atası 10 il sonra qızımla görüşdü"

Aparıcı Lətafət Ələkbərova qızının atasının 10 il onunla görüşmə

arrow Ətraflı
Adnan Oktarın həbsxanadan çəkilmiş FOTOsu gündəm oldu like
  • 16 İyl 21:59  
Digərləri Adnan Oktarın həbsxanadan çəkilmiş FOTOsu gündəm oldu

Ötən il Türkiyədə 8 min ildən artıq müddətə həbs cəzası alan Adnan

arrow Ətraflı
Əməkdar artist kosmetik prosedurdan sonra tanınmaz halda like
  • 16 İyl 21:37  
Şou-biznes Əməkdar artist kosmetik prosedurdan sonra tanınmaz halda

Əməkdar artist Səlim Abbasovun görünüşü diqqət çəkib.

arrow Ətraflı
Miqrantlar Rusiyaya daxil olarkən məcburi peyvənd oluna bilər  SƏBƏB like
  • 16 İyl 21:23  
Digərləri Miqrantlar Rusiyaya daxil olarkən məcburi peyvənd oluna bilər SƏBƏB

Rusiya Liberal Demokrat Partiyası (LDPR) Rusiyaya daxil olan bütün əmək miq

arrow Ətraflı
Natiq Dağlaroğlunun ölüm xəbəri yayıldı like
  • 16 İyl 21:07  
Şou-biznes Natiq Dağlaroğlunun ölüm xəbəri yayıldı

Müğənni Tacir Şahmalıoğlu ölüm xəbəri yayılan tamada Natiq Dağlaroğ

arrow Ətraflı
İlqar İsmayılov azadlığa buraxıldı like
  • 16 İyl 20:59  
Digərləri İlqar İsmayılov azadlığa buraxıldı

"İdeal" (red.-indiki "Adore") mağazalar şəbəkəsinin &q

arrow Ətraflı
Qohumunu 40 manat borca görə bıçaqladı  məhkəmədə azadlığa buraxıldı like
  • 16 İyl 20:51  
Kriminal Qohumunu 40 manat borca görə bıçaqladı məhkəmədə azadlığa buraxıldı

Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət

arrow Ətraflı
İranın ali rəhbəri düşmənlərini amansız zərbə ilə hədələdi like
  • 16 İyl 20:38  
Digərləri İranın ali rəhbəri düşmənlərini amansız zərbə ilə hədələdi

"İran İsraillə münaqişə zamanı düşmənlərinə daha güclü "

arrow Ətraflı
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar like
  • 16 İyl 20:18  
Siyasət İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq

arrow Ətraflı
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı etiraf etdi like
  • 16 İyl 20:13  
Digərləri Paşinyan Zəngəzur dəhlizi ilə bağlı etiraf etdi

Rəsmi İrəvana nəqliyyat kommunikasiyalarının açılması üçün Ermənist

arrow Ətraflı
"Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu like
  • 16 İyl 19:35  
Dünya "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu

Çərşənbə günü İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində &quo

arrow Ətraflı