Bakıda görünməmiş dələduzluq: Tanışının telefonu oğurladı, anasına yazdı...
Kriminal 16 İyl 2025 20:25:00 78 0
Bakıda görünməmiş dələduzluq cinayəti baş verib.
Bu xəbəri də oxu: Leyla Əliyeva fotosərgi açılışında
Son.az xəbər verir ki, Kənan Ziya oğlu adlı şəxs "Okean Pub"da əvvəldən tanıdığı Şövqi Hüseyn oğluna məxsus "İpjone 13" markalı telefonu ələ keçirib.
Kənan bununla kifayətlənməyərək həmin telefonla "WhatsApp" tətbiqi vasitəsi ilə Şövqinin anasına mesaj yazaraq guya avtoqəza törətdiyini və ona 1000 manat pul göndərməsini istəyib. Şövqinin anası da mesajın oğlu tərəfindən yazıldığını güman edərək deyilən məbləği Kənanın göndərdiyi bank kartına köçürüb.
Bir qədər keçəndən Şövqi anası ilə danışaraq Kənanın ona məxsus telefonu ələ keçirdiyini bildirib. Qadın söhbət zamanı Kənanın onun adından pul aldığını da öyrənib.
Kənanın bu hadisədən sonra da cinayət törətdiyi və həbs edildiyi bildirilir. Həmin vaxt yazıda bəhs etdiyimiz cinayətin üstü açılıb. Kənana qarşı Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Xətai Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə baxılıb. Kənan məhkəmədə verilmiş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. (Qaynarinfo) Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq

Rəsmi İrəvana nəqliyyat kommunikasiyalarının açılması üçün Ermənist

Çərşənbə günü İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində &quo

"Seysmik baxımdan aktiv olan ərazilərdə müəyyən vaxtlarda hiss oluna

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) "Best Solutions

Təhqir və böhtan ittihamları ilə həbs edilmiş tanınmış vəkil Adəm M�

Sabah Yevlax rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti məhdudiy

Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS)

Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.

Bu gündən etibarən ümumvətəndaş pasportuna malik vətəndaşlarımız Çi

"Mən kilsəyə qarşı kampaniya apara bilmərəm və buna görə də heç

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

Müğənni Qumral Musayeva efirlərin birində qonaq olub. Son.az xəbər ve

Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulan maliyyəçi
