Oquldjaxan Atabayeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Kriminal 16 İyl 2025 17:45:00 77 0
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.
Bu xəbəri də oxu: Mirzə Babayev kimdir? Kəpənəyin dalınca qaçan sənətkar
Son.az AZƏRTAC-a istinadən bildirir ki, muzeyin direktoru Əminə Məlikova qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının "qızıl fondu"nu Azərbaycanın 7 regionunun - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib.
Sonra Oquldjaxan Atabayevaya Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib. Qonaq kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.
Sonda qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə olunub.
Oquldjaxan Atabayevaya öz növbəsində Milli Xalça Muzeyinə xalça hədiyyə edib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Oquldjaxan Atabayevada xoş təəssürat yaradıb. Son.az
Müğənni Qumral Musayeva efirlərin birində qonaq olub. Son.az xəbər ve

Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulan maliyyəçi

Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxl

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış mənt�

Ukrayna Ali Radası ölkənin baş naziri Denis Şmıxalın və onun rəhbərlik

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Meto

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqə hava zərbələri nəticəsin

Belçikanın nüfuzlu KU Leuven Universitetində "Məzun günü" keçi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Naxçıvana Sünik ray

Magistraturaya qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulm

Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlə

Prezident İlham Əliyev "İcra məmurları haqqında", "İcra ha

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız�
