İlham Əliyevin ƏbuDabidə BƏƏ Prezidenti ilə görüşü olub
Siyasət 09 İyl 2025 18:07:00 303 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Bu xəbəri də oxu: Kamaləddin Qafarov: “ Zəngilan Böyük Qayıdışın rəmzi, tarixin ədalətinin təntənəsidir”
Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulandı.
Prezident İlham Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərləri məmnunluqla xatırlandı, həmin səfərlər zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli gündəliyimizlə bağlı geniş müzakirələrin aparıldığı qeyd olundu.
Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu və bu istiqamətdə perspektiv layihələr müzakirə edildi.
SOCAR-la ADNOC, həmçinin ölkəmizlə "Masdar" şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirildi.
Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün əhəmiyyətinə toxunuldu və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edildi.
Sonra Prezidentlərin iştirakı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" imzalandı.
Görüşün sonunda dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.
Tvitterin təsisçisi Cek Dorsi internetə ehtiyac duymadan işləyə bilən me
Naxçıvan Muxtar Respublikası (MR) üzrə iyul ayının pensiya ödənişləri
Xəbər verdiyimiz kimi, bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə qəfil vəf
Misirə istirahətə yollanan müğənni Emma Ələkbərzadənin başına iş g�
"Yeni Dinamo Oteli" Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyiş
Xəbər verdiyimiz kimi, 20 yaşlı gəlin paltar sərərkən balkondan yıxlara
Ermənistan parlamentinin "Hayastan" fraksiyasının katibi Artsvik Mi
Müğənni Rəqsanə İsmayılova açıqlaması ilə diqqət çəkib.
Xəbər verdiyimiz kimi, 36 yaşlı Nuranə Məcidova Siyəzəndə Beşbarmaq da
"Bu gün Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və sərnişinləri
Sabah Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
"Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfi ilə
Astroloqların son proqnozlarına görə, bəzi bürcləri qarşıdakı günlər
