University Foundation Courses məzunları üçün 11ci buraxılış gecəsi təşkil edilib FOTO
Digərləri 08 İyl 2025 12:19:00 72 0
Beynəlxalq Muğam Mərkəzində University Foundation Courses (UFC) Təhsil Mərkəzinin 11-ci buraxılış gecəsi keçirilib.
Bu xəbəri də oxu: Nasaz maşın qəzaya səbəb oldu
Dövlət himninin səslənməsi ilə başlanan UFC məzunlarının mukafatlandırma mərasiminə Birləşmiş Krallıq (Böyük Britaniya), Amerika Birləşmiş Ştatları, Fransa Respublikası, Belçika Krallığı, Çexiya Respublikası, Braziliya Federativ Respublikası, Mərakeş Krallığı, Meksika Birləşmiş Ştatları və İordaniya Haşimilər Krallığının səfirləri və ya səfirlik nümayəndələri, həmçinin dövlət rəsmiləri, millət vəkilləri, məktəb direktorları, müxtəlif universitetlərin rektorları və digər tanınmış şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən UFC-nin təsisçisi və direktoru, fəlsəfə doktoru Reyhan Hüseynova məzunları və onların valideynlərini təbrik edib.
Direktor UFC-nin 11 il ərzində keçdiyi inkişaf yolundan və məzunların dünyanın nüfuzlu universitetlərinə qəbulundan bəhs edib: "UFC yalnız təhsil mərkəzi deyil, həm də gəncləri beynəlxalq arenaya hazırlayan strateji platformadır. Biz hər bir tələbənin uğur hekayəsini UFC-nin uğurunun bir hissəsi hesab edirik. Ümid edirik ki, məzunlar universitetdə aldıqları bilik və bacarıqlar sayəsində peşəkar karyera yolunda uğur qazanacaq. Bununla da ölkəmizin inkişafına, xalqımızın rifahına töhfələr verəcəklər. Ölkəmizdə elmə, təhsilə dövlətin diqqət və qayğısı mövcuddur. Azərbaycanda bütün sahələrdə olduğu kimi elm, təhsil sahəsində əldə olunan uğurlar sağlam gələcəyimizin qarantı olan gənc nəslin daha mütərəqqi biliklərə yiyələnməsi üçün bütün zəruri addımlar atılır. Məhz bunun nəticəsidir ki, azərbaycanlı gənclər dünyanın ən tanınmış universitetlərinə qəbullar qazanır və burada ölkəmizi böyük uğurla təmsil edir. Sözsüz ki, əsasi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Azərbaycanlı tələbələrin xaricdə təhsil ənənələrinə uyğun olaraq ardıcıl proqramlar icra edilir. Bu sahədə dövlət və özəl əməkdaşlığı ümumi məqsədə xidmət edir. Çünki bu sahəyə diqqətə yetirən hər kəs Azərbaycanın gələcəyinin sağlam düşüncəli, elmli, bilikli və dünyanın qabaqcıl texnoloji yeniliklərinə bələd olan gəncliyin çiyinləri üzərində olduğunun fərqindədir".
Fəlsəfə doktoru gənclərin hərtərəfli inkişafında, cəmiyyət həyatının bütün sahələrində aktiv roluna toxunub: "Təbii ki, cənab Prezident İlham Əliyev müasir dövlətçilik mexanizmləri prinsipləri üzərində gənc kadrların potensialına böyük üstünlük verir. Həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyev da öz növbəsində ölkəmizdə sağlam gəncliyinin formalaşmasına hər zaman diqqət və qayğı ilə yanaşır".
Sadalanıb ki, UFC Azərbaycanda Böyük Britaniyanın "Foundation" proqramı üzrə akkreditə olunmuş lizenziya alan ilk təhsil mərkəzidir. UFC-nin məqsədi xaricdə ali təhsil üzrə ixtisaslaşmış və dünyanın bir sıra təhsil müəssisələrinə qeydiyyatdan keçməyə kömək etməkdən ibarətdir. Burada əsas hədəf abituriyentlərin ixtisas və bacarıqlarını təkmilləşdirmək, xarici universitetlərdə təhsil prosesinə hazırlamaqdır. Sözsüz ki, bu da öz növbəsində onların dünyanın ən yaxşı universitetlərinə daxil olmaq şansı hesab edilir.
Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşma

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Baza

Ağstafada bədbəxt hadisə baş verib.

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammiti

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu ü

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfind�

Son illərdə ölkədə çatdırılma xidmətlərinə tələbatın artması ilə

Müğənni İbrahim Borçalı açıqlaması ilə diqqət çəkib.

Ermənistan parlamenti "Hayastan" fraksiyasının deputatı Artur Sark

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birl

Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Rusl

Donald Tramp BRİKS üzvü olan ölkələrinin ABŞ-nin maraqlarına qarşı �

Lənkəranda ötən axşam ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbi

Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində elektrik enerji
