Rusiyanın çirkin imperializmi: Azərbaycanlılara qarşı yeni aqressiya dalğası


Siyasət 28 İyn 2025 23:34:00 88 0

Rusiyanın çirkin imperializmi: Azərbaycanlılara qarşı yeni aqressiya dalğası

Rusiyanın mövcud hakimiyyəti şovinist hakimiyyətdir.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Onun sözlərinə görə, faktiki olaraq Rusiya hakimiyyəti işğal siyasəti əsaslı siyasi xətt yeridir:

"Buna neossri yanaşması, rus imperyalizmi demək olar. Rusiyada rejimlər dəyişsə də xarici siyasətindəki yanaşmaları dəyişmir. Faktiki olaraq Azərbaycan və keçmiş sovet ölkələrinə qarşı ikili standartları olub və olmağa davam edir. Nə qədər ki, Rusiya Azərbaycana müttəfiq desə də, təəssüf ki, müttəfiqlik ruhuna sığmayacaq çox şey edilib. Son insident də bir daha göstərdi ki, bu gün Rusiyada yaşayan azərbaycanlıların təhlükəsizliyinə keç kəs qarant vermir. Rusiya öz çirkin və imperialist maraqları naminə bu insanların həyatını rahatlıqla qurban verə bilər. Faktiki oafə Rusiya öz din, məzhəb və etnik rejimi eyni olan Ukraynaya qarşı işğal siyasətini davam etdirir. Belə olan təqdirdə onun digər fərqli etnik qruplardakı xalqlara və ölkələrə qarşı da aqressiv tutumu əslində təəccüblü də deyil. Rusiyanın mahiyyətini bilən hər kəs bilir ki, bu ölkə ancaq rus milliyətçiliyi və imperializmi əsasında xarici siyasət yeridir".

T.Rzayev qeyd edib ki, 20 yanvar faciəsinin, Xocalı faciəsinin faktiki olaraq arxasında dayanan, hətta dərinə getdikdə Ermənistan-Azərbaycan münaqişəsinin belə kökündə dayanan baş faktor Rusiyadır:

"Rusiya hər zaman xalqları bir-birinə qırdırıb. Bu bəzən eyni etnik kökdən olan, bəzən isə eyni coğrafiyada yaşayan xalqlar arasında salınan ədavətlə də özünü göstərib. Parçalar və hökmranlıq et siyasəti ilə zamanın SSRİ dövründə də münaqişələr yaradıldı. Bu gün Mərkəzi Asiyada, Cənubi Qafqazda və şərqi Avropadakı bir çox münaqişələr məhz Kreml mətbəxindən çıxanlardır. Belə bir ölkə heç bir beynəlxalq hüququ tanımır, beynəlxalq hüququn normalarını kobud şəkildə pozur. Bunu biz həm fərdi, həm də ölkələrarası münasibətlərdə aydın şəkildə görürük".

Müsahibimiz vurğulayıb ki, Azərbaycan faktiki olaraq Rusiyaya qarşı heç bir prosesdə yer almayıb:

"Amma buna rəğmən Rusiya həm Ermənistanı silahlandırıb, həm münaqişənin uzanmasına şərait yaradıb, həm də Azərbaycanda vaxtaşırı gərginlikləri artırmaq üçün 5-ci kolondan istifadə edib. Bu gün Azərbaycan güclüdür, torpaqları işğaldan azad edilib. Rusiya hələ də bunu həzm edə bilmir. İstər təyyarəmizin vurulması fonunda, istər Rusiyada keçirilən bu əməliyyat fonunda bir daha deyə bilərik ki, Rusiya nə Moskva müqaviləsinə sadiqlik göstərir, nə də dövlətlərin suveren hüquqlarına, onların azad xarici siyasətlərinə hörmət edir. Rusiya üçün yeganə vacib məqam onun işğalçı siyasətidir. Hər zaman ölkədə yuxarıdan baxmaqla siyasətinə davam edir. Bu təbii olaraq ona qarşı münasibəti də ildən-ilə dəyişir. Azərbaycanla Rusiya arasındakı münasibətlər hələ tam qaydasına düşməmiş bu hadisələrin başlaması Rusiyaya güvənilməyəcəyini deməyə əsas verir".

Siyasi şərhçi Tural İsmayılov isə Trend-ə bidirib ki, Rusiyada qeyri-rus millətlərə qarşı formalaşmış münasibət təkcə ötəri sosial problem deyil - bu, dövlət siyasətinin sistemli və köklü problemidir:

"Bu gün azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər xalqlara qarşı tətbiq olunan sərt yanaşma, seçici davranış və hüquq-mühafizə orqanlarının ifrat güc tətbiqi təsadüfi hadisələr deyil, siyasi mühitin, ideoloji istiqamətin və tarixi irsin təzahürüdür.

Rusiya rəhbərliyi bir müddətdir ki, daxili sabitliyi qorumaq adı ilə güc strukturuna istinad edən, fərqli etnik və dini kimlikləri potensial təhdid kimi görən bir siyasət yürüdür. Xüsusilə də Pravoslav kimliyini "təbii dominantlıq" kimi təqdim edən yanaşma cəmiyyət daxilində "digər"ləri getdikcə təhlükəliləşdirən narrativə çevrilib".

"Yekaterinburqda baş verən hadisə - azərbaycanlılara qarşı fiziki zorakılıq və hüquq-mühafizə orqanlarının qəddar davranışı - təkcə lokal insident deyil, mərkəzdən bəslənən yanaşmanın bölgələrdə tətbiq formasıdır:

"OMON və digər hüquq strukturları tərəfindən həyata keçirilən zorakılıqlar bu gün artıq əvvəlki illərdəki skinhedlərə belə ehtiyac qoymur.

OMON-un küçədə insanları alçaldıcı şəkildə döyməsi, etnik mənsubiyyətə görə hədəfə alması, hüquqi çərçivədən kənar davranması artıq "adi görüntü"yə çevrilib. Bu isə hüququn deyil, gücün hökm sürdüyü bir mühit yaradır"-T.İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, Rusiya Federasiyasının hüquq sistemində son illərdə ortaya atılan "etnocinayətkarlıq" anlayışı isə bu proseslərin ideoloji çərçivəsini müəyyənləşdirməyə yönəlib:

"Bu anlayış etnik mənsubiyyətin özü-özlüyündə təhlükəli ola biləcəyi kimi qəbuledilməz bir fikir üzərində formalaşıb. Bu, təkcə hüquqa deyil, beynəlxalq insan haqları prinsiplərinə də ziddir.

Rusiyanın imperiyadan gələn davranış refleksləri bu gün hələ də dəyişməyib. SSRİ dağılandan sonra yaranan ideoloji boşluq, yeni demokratik dəyərlərlə deyil, keçmişin sərt təhlükəsizlik doktrinası ilə dolduruldu. Nəticədə, Çeçenistan müharibəsindən tutmuş, Ukraynada baş verənlərə qədər bu siyasət öz ən qabarıq formasında üzə çıxıb.

Əgər bu gün Rusiya, dini, dili, irsi slavyan olan Ukrayna xalqına qarşı belə qəddar və dağıdıcı siyasət aparırsa, digər xalqlara - xüsusilə də müsəlman və türkdilli xalqlara qarşı daha sərt yanaşmanın ortaya çıxması təəccüblü deyil.

Buçadakı hadisələr, Mariupolun dağıdılması, raketlərlə yaşayış massivlərinin vurulması, sadəcə müharibə deyil - bu, siyasi və ideoloji ifratın göstəricisidir".  

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü like
  • 28 İyn 23:20  
Digərləri Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdl

arrow Ətraflı
"Hyundai"nin bu modelində ciddi problem aşkarlandı  Bakının benzininə "dözmür" like
  • 28 İyn 23:03  
Digərləri "Hyundai"nin bu modelində ciddi problem aşkarlandı Bakının benzininə "dözmür"

Amerikadan gətirilən "Hyundai Sonata" modellərində ciddi qüsur a�

arrow Ətraflı
Rusiya nə etmək istəyir? like
  • 28 İyn 22:55  
Digərləri Rusiya nə etmək istəyir?

Yekaterinburqda baş verən son hadisələr, xüsusilə azərbaycanlılara qarş

arrow Ətraflı
Türk Ordusuna hücum oldu  Yaralananlar var like
  • 28 İyn 22:51  
Digərləri Türk Ordusuna hücum oldu Yaralananlar var

İraqda Türkiyə Silahlı Qüvvələrinin beşinci komando taboruna pilotsuz u�

arrow Ətraflı
Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi like
  • 28 İyn 22:45  
Digərləri Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Göygöl rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv

arrow Ətraflı
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub like
  • 28 İyn 22:29  
Siyasət Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə n�

arrow Ətraflı
Stress "evimizi yıxır" like
  • 28 İyn 22:00  
Digərləri Stress "evimizi yıxır"

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən a�

arrow Ətraflı
Cümşüd tanınmış şirkətin əməkdaşı imiş  FOTO like
  • 28 İyn 21:45  
Digərləri Cümşüd tanınmış şirkətin əməkdaşı imiş FOTO

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazi

arrow Ətraflı
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama like
  • 28 İyn 21:20  
Şou-biznes Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama

"Yaşı 60-a yaxınlaşmış qardaşlarımın günahsız olduqları halda m

arrow Ətraflı
Yekaterinburqda saxlanılan azərbaycanlıları ömürlük həbs gözləyir like
  • 28 İyn 21:06  
Digərləri Yekaterinburqda saxlanılan azərbaycanlıları ömürlük həbs gözləyir

Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi Yekaterinburqda saxla

arrow Ətraflı
Vüsal xəstəxanadan evə buraxıldı like
  • 28 İyn 20:49  
Şou-biznes Vüsal xəstəxanadan evə buraxıldı

Beyin əməliyyatı keçirən aktyor Vüsal Murtuzəliyev xəstəxanadan evə bu

arrow Ətraflı
Ən yaxşı həyat yoldaşı olacaq BÜRCLƏR: like
  • 28 İyn 20:33  
Digərləri Ən yaxşı həyat yoldaşı olacaq BÜRCLƏR:

Ailə həyatında sadiqlik, anlayış və məsuliyyət daşıyan bürclər çox

arrow Ətraflı
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan like
  • 28 İyn 20:17  
Digərləri Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.

arrow Ətraflı
Masallıda avtoqəzada bir nəfər ölüb, üç nəfər xəsarət alıb like
  • 28 İyn 20:00  
Digərləri Masallıda avtoqəzada bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Masallıda avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alı

arrow Ətraflı