Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq
Digərləri 26 İyn 2025 23:24:00 70 0
ABŞ-də yerləşən şirkət süni mayalanma yolu ilə əldə edilən embrionlar üzərində genetik analiz apararaq valideynlərə "daha sağlam və üstün körpə" seçmək imkanı yaradan yeni texnologiyanı təqdim edib.
Bu xəbəri də oxu: Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər VİDEO
Son.az xəbər verir ki, "Nucleus Embryo" adlanan bu texnologiya valideynlərə 20-yə qədər embrionu analiz etdirməklə onların təxminən 900 genetik və sağlamlıq riskini dəyərləndirmək imkanı verir. Bu göstəricilər arasında Alzheimer, şəkərli diabet, xərçəng kimi xəstəliklərlə yanaşı, zəka səviyyəsi, boy, çəki və göz rəngi kimi xarakterik xüsusiyyətlər də yer alır. Əldə edilən nəticələrə əsasən, valideynlər ən az risk daşıyan embrionu seçərək hamiləliyə davam edə bilirlər. Bu xidmətin qiyməti 5 min 999 dollar olaraq göstərilib.
Texnologiyanın təqdimatı həm tibbi dairələrdə, həm də ictimai və etik müzakirələrdə ciddi rezonans doğurub. Rəsmi açıqlamalarda bu yanaşmanın məqsədinin tibbi riskləri azaltmaq olduğu bildirilsə də, bir çox mütəxəssis bu cür embrion seçiminin "dizayn edilmiş uşaq" anlayışını leqallaşdırdığını qeyd edir. Artıq valideynlər yalnız xəstəlik risklərinə görə deyil, uşağın intellektual və fiziki üstünlüklərinə görə də seçim edə bilirlər.
ABŞ-nin milyarder iş adamı Ceff Bezosun Venesiyada keçirdiyi toy tədbiri ş

Yumurta çox faydalı qida olsa da, bəzi insanlar üçün sağlamlıq baxımın

Çin alimləri yarasalarda əvvəllər məlum olmayan 20 yeni virus aşkarlayıb

"Evimin, otaqlarımın hər yerinə kamera qoymuşam. İnsan güvəndə dey

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəzi siyasi liderlərin ictimai ç

Xalq artisti Alim Qasımov toyda rep dediyi üçün onu tənqid edənlərə cava

İyunun 14-dən indiyədək İrandan Azərbaycan, Ermənistan və Türkmənistan

Bakının 240 nömrəli tam orta məktəbində vəzifə səlahiyyətlərindən s

Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının Minskd

"Əgər Xamenei bizim nişangahımızda olsaydı, onu aradan götürərdik&

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Dövlət Yanğın Nəzar�

İsrail-İran münaqişəsini artıq keçmişdə qalmış hesab etmək olar

Niderlandda keçirilən NATO mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp

İyunun 26-da Aktau hava limanı yaxınlığında 2024-cü ilin dekabrında qəz
