Masazır sakinlərinə ŞAD XƏBƏR: 525 nömrəli marşrutlar yenilənir
Digərləri 23 İyn 2025 11:05:00 66 0
Abşeron rayonunun Masazır qəsəbəsini "Memar Əcəmi" metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
Bu xəbəri də oxu: "Bitcoin" kəskin ucuzlaşdı
Bu barədə Son.az-a AYNA-dan məlumat verilib.
AYNA tərəfindən daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyəti, avtobus sayının sərnişin tələbata uyğun nizamlanması və parkın yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci ilin istehsalı olan 10 müasir və komfortlu avtobus gətirilərək bu gündən daşımalara cəlb edilib. "King Long" markalı avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Hazırda sərnişin tələbatına əsasən marşrutda 20 avtobus istismar edilir. Xətdə olan digər avtobusların da yenilənməsi mərhələli qaydada həyata keçiriləcək və proses yaxın zamanda yekunlaşacaq. Daşıyıcı tərəfindən sifariş edilən yeni avtobuslar hesabına xəttə çıxan nəqliyyat vasitələrinin sayı artırılaraq 24-ə çatdırılacaq. Artıq 525 nömrəli marşrut avtobuslarında ödəniş nağdsız qaydada həyata keçirilir. Bu məqsədlə həm yeni, həm də mövcud olan nəqliyyat vasitələrində müvafiq avadanlıq quraşdırlıb.
Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.
Aysel Əkbər Son.az
İbadətlə məşğul olan insanlar həftənin cümə günləri məscidlərdə b

"Milli Məclis "Yaşayış minimumu haqqında" qanuna dəyişikli

Rusiya Federasiyasının Vladimir vilayətində yaşayan Azərbaycan vətəndaş

İsrailin Müdafiə Qüvvələri (IDF) hərbi hava qüvvələrinə məxsus "

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı f

ABŞ-də yerləşən şirkət süni mayalanma ilə alınan embrionlar üzərind

ABŞ-də silahlı şəxs kilsəyə daxil olaraq ibadət edənlərə atəş açı

Xəbər verdiyimiz kimi, təhsilverənlərin təkrar sertifikatlaşdırılması

İsti hava ilə birlikdə həyatımıza yeni enerjilər, yeni fürsətlər və s

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictima

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qe

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher

Malların və xidmətlərin alqı-satqısında beh ödənişindən tez-tez istif

İran parlamentinin Hörmüz boğazının bağlanmasını təsdiqləməsi beynə
