Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir?
Digərləri 23 İyn 2025 10:32:00 80 0
Xəbər verdiyimiz kimi, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.
Bu xəbəri də oxu: İranda etirazçılar "Amerikaya ölüm" şüarları ilə küçələrə çıxdı prezident də onlara qoşuldu
Bu il sertifikasiya imtahanlarının nəticələri qaneedicidirmi və nəticələrdən narazı olan müəllimlərə haqq qazandırmaq olarmı?
Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, 2025-ci ildə keçirilən müəllimlərin sertifikasiya imtahanı Azərbaycanın ümumi təhsil sistemində müəllimlərin peşəkarlığının artırılması və obyektiv qiymətləndirilməsi istiqamətində həyata keçirilən sistemli islahatların davamı olaraq təşkil olunub:
"Bu proses həm dövlət təhsil strategiyasının tərkib hissəsi kimi, həm də müəllim əməyinin stimullaşdırılması və karyera inkişafının motivasiyaedici vasitəsi kimi nəzərdən keçirilir. Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu imtahanlarda əsas məqsəd mövcud müəllim kontingentinin bilik və bacarıqlarının standartlara uyğunluğunu ölçmək, onların işində keyfiyyəti artırmaq və nəticələr əsasında diferensial əməkhaqqı tətbiq etməkdir.
2025-ci ilin sertifikasiya imtahanları ötən illərlə müqayisədə daha genişmiqyaslı olub. İl ərzində ümumilikdə 35 mindən çox müəllim bu prosesə cəlb olunub. Bu, indiyədək keçirilən sertifikasiyaların sayına görə ən yüksək göstəricidir. İmtahanlarda iştirak edən müəllimlər əsasən biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə çalışırlar. İmtahan iki mərhələdə aparılıb: test imtahanı (fənn və metodiki bilikləri əhatə edən) və müsahibə mərhələsi. Test mərhələsi elektron sistem üzərindən aparılıb və nəticələr şəffaf şəkildə namizədlərə təqdim olunub".
K.Əsədov qeyd edib ki, statistik nəticələrə əsasən, 2025-ci ilin birinci və ikinci rübündə keçirilən sertifikasiya imtahanlarında iştirak edən müəllimlərin təxminən 68%-i 30 balı keçərək, sertifikasiyadan uğurla keçib.
"Onlardan təxminən 40%-i 51 baldan yuxarı nəticə göstərərək 35% maaş artımı hüququ qazanıb, qalan 28%-i isə 10%-lik maaş artımı əldə edib. Təxminən 32% müəllim isə keçid balını toplaya bilməyib və onlara növbəti il imtahanı yenidən vermək imkanı verilib. Bu nəticələr 2024-cü illə müqayisədə nisbətən aşağı olsa da, prosesin daha çox müəllimi əhatə etməsi və imtahanın bəzi sahələrdə daha mürəkkəb olması nəzərə alınmalıdır.
Sertifikasiya prosesinin müsbət cəhətləri arasında onun şəffaf təşkili, nəticələrin ədalətli sistemlə qiymətləndirilməsi və imtahanın pedaqoji biliklərlə yanaşı metodiki hazırlığı da əhatə etməsi qeyd olunmalıdır. Bu, müəllimlərin təkcə faktoloji bilikləri ilə deyil, həm də təlim və sinif idarəetməsi bacarıqları ilə qiymətləndirilməsinə imkan verir.
Prosesin nəticəsi olaraq, minlərlə müəllim əməkhaqqı artımı alaraq sosial rifah baxımından müəyyən dəstək əldə edib və bu da müəllimlik peşəsinin stimullaşdırılmasına xidmət edir.Bununla yanaşı, proseslə bağlı bəzən haqlı, bəzən isə emosional narazılıqlar da müşahidə olunub. Bir çox müəllim sualların çətinliyi, proqramla uyğunluğu və məzmun dəqiqliyi ilə bağlı iradlarını bildirib.
Məlum olub ki, bəzi suallar terminoloji və metodoloji baxımdan çətin anlaşılır, dil baxımından qüsurlar var. Xüsusilə regionlarda yaşayan müəllimlər təlim və resurslara çıxış baxımından geridə qaldıqları üçün nəticələri şəhərlərlə müqayisədə zəif olub. Bu isə mövcud struktur fərqlərinin nəticəyə təsir etdiyini göstərir. Həmçinin, imtahan nəticəsi ilə bağlı apelyasiya mexanizmlərinin effektiv işləmədiyi hallarda etimad zəifliyi yaranıb", - deyə o əlavə edib.
Kamran Əsədov vurğulayıb ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunun 29.2-ci maddəsinə görə, sertifikasiyanın məqsədi müəllimlərin peşəkar inkişafını təşviq etmək, onların pedaqoji fəaliyyətinin effektivliyini artırmaqdır:
"Əgər bu proses nəticəyə görə cəzalandırma vasitəsinə çevrilərsə, yəni müəllimlər yalnız nəticəyə görə işdən çıxarılma təhdidi ilə qarşılaşarsa, bu zaman sertifikasiya ilkin məqsədindən uzaqlaşar. Ona görə də, nəticəsi zəif olan müəllimlər üçün dəstək proqramları, təlimlər və yenidən imtahan imkanları sistemli şəkildə təqdim olunmalıdır.
Dünya təcrübəsində, məsələn, Estoniyada müəllimlər karyera pillələrinə əsasən sertifikasiya prosesindən keçirlər və bu prosesə dövlət dəstək verir - müəllimlər imtahan verməzdən öncə hazırlıq kursları keçir, həmkarlar arasında mentorluq proqramları tətbiq olunur. Koreyada isə sertifikasiyadan keçən müəllimlərə yalnız maaş artımı deyil, əlavə sosial təminatlar da təqdim edilir.
Azərbaycanda isə bu mexanizmlər hələ tam formalaşmayıb. 2025-ci ilin sertifikasiyası onu göstərdi ki, sistem həm kütləvilik, həm də texniki təşkilat baxımından müəyyən yetkinlik mərhələsinə çatıb. Lakin keyfiyyət baxımından - yəni sual bazasının məzmunu, imtahan metodikasının real sinif bacarıqları ilə əlaqələndirilməsi, regional imkanların bərabərliyi və nəticələrə əsaslanan dəstək sisteminin qurulması baxımından hələ də ciddi inkişaf zərurəti var. Əgər bu problemlər aradan qaldırılarsa, növbəti illərdə sertifikasiya yalnız sadə bir yoxlama deyil, real keyfiyyət artımına səbəb olacaq bir mexanizmə çevrilə bilər.
Bu baxımdan, 2025-ci ildə keçirilən sertifikasiya müəllim sistemində vacib mərhələ olsa da, onun yalnız nəticələri deyil, ətrafındakı sistematik proseslərin də qiymətləndirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və pedaqoji ictimaiyyətin etimadının bərpası prioritet olmalıdır".
Məsələ ilə bağlı Trend-ə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə bildirib ki, Azərbaycan dövləti təhsili strateji sahə kimi müəyyənləşdirərək, müəllim amilini bu sistemin mərkəzinə yerləşdirib:
"Müasir dövrdə müəllimin peşəkarlığı yalnız pedaqoji təcrübəsi ilə deyil, bilik və bacarıqlarının sistemli şəkildə qiymətləndirilməsi ilə də ölçülür. Bu baxımdan, sertifikatlaşdırma imtahanları Azərbaycan təhsil sistemində keyfiyyətin artırılması istiqamətində dövlət tərəfindən atılmış vacib və prinsipial addımdır. Bu proses bir inzibati tədbir deyil, milli maraqlar fonunda strateji islahatdır - məqsəd cəzalandırmaq deyil, inkişafı təşviq etmək, müəllim peşəsinə ictimai və maddi dəyər qazandırmaqdır.
Dövlət öz müəllimini zəiflətmək yox, gücləndirmək istəyir. Hökumətin həyata keçirdiyi bu prosesin arxasında duran əsas məram - təhsildə şəffaflığın, ədalətin və nəticəyönümlülüyün təmin edilməsidir. Əgər bu gün müəllimlərin bilik və bacarığı obyektiv şəkildə qiymətləndirilirsə, bu, həm təhsil alanların, həm də təhsil verənlərin gələcəyinə investisiyadır".
Ekspert vurğulayıb ki, müəllimlər arasında narazılıqların olması gözləniləndir və bu, təbii qarşılanmalıdır.
"Lakin narazılığın səbəblərinə obyektiv baxmaq vacibdir. Gözləntilər və reallıq arasında fərq, müəllimlərin illərdir iştirak etmədiyi imtahan formatına öyrəşməməsi, bəzən sualların məzmununun kurikulumla və ya real dərs təcrübəsi ilə uyğun gəlmədiyinə dair fikirlər - bunların hər biri diqqətlə araşdırılmalı, ehtiyac olarsa, qiymətləndirmə mexanizmlərində müəyyən texniki və elmi korrektələr aparılmalıdır. Amma burada vacib bir prinsip unudulmamalıdır: Müəllim cəmiyyətin güzgüsüdür.
Cəmiyyət inkişaf edirsə, müəllim də daim inkişaf etməli, öz biliklərini yeniləməli, müasir tələblərə uyğunlaşmalıdır. Biz bu gün beynəlxalq təhsil məkanında rəqabətə davamlı bir gənclik yetişdirmək istəyiriksə, bu məqsədin həyata keçməsi birbaşa müəllimin bilik və bacarığından asılıdır. Hər bir valideyn övladının qarşısında dayanan müəllimin savadlı, motivasiyalı, sistemli düşünə bilən biri olmasını arzulayır.
Bu arzuya gedən yol isə təsadüf və ya tanışlıq yox, şəffaf və obyektiv qiymətləndirmədən keçir. Əlbəttə, sertifikatlaşdırma imtahanı yeni bir mərhələdir və bu mərhələyə keçid psixoloji baxımdan bəzilərini narahat edə bilər. Lakin biz bu prosesə "hədə" kimi deyil, "inkişaf siqnalı" kimi yanaşmalıyıq. Tənqid varsa - bu, inkişaf üçün fürsətdir. Əsas məsələ həmin tənqidi aqressiyaya yox, konstruktiv təhlilə çevirməkdir", - deyə o əlavə edib.
Ə.Həsənlinin sözlərinə görə, müəllimlərimiz bilməlidir ki, bu proses onların əleyhinə deyil.
"Əksinə, bu gün müəllim sertifikatla daha yüksək əməkhaqqına, daha çox sosial təminata, daha böyük nüfuza sahib ola bilir. Bu imtahan nəticələri yalnız rəqəm yox, eyni zamanda, müəllimin gələcək karyera planlaması üçün yol xəritəsidir. Bir cəmiyyətin müəllimə verdiyi dəyər, gələcəyinə verdiyi dəyərdir. Dövlətimiz bu dəyəri verməkdə qərarlıdır. İndi isə sıra bizdədir - bu etimada cavab verməliyik. Zəif nəticə göstərən müəllimlərimiz özlərini günahlandırmaq əvəzinə, yeni bir mərhələyə qədəm qoymalı, təlimlərə cəlb olunmalı, fərdi inkişaf yolunu seçməlidir. Belə olan halda, biz bütöv təhsil sistemimizi sağlam və davamlı bir əsas üzərində qurmuş olarıq.
Yekunda qeyd etmək istərdim ki, sertifikatlaşdırma prosesi nə qədər mükəmməl qurulsa da, onu həyata keçirən də, ona uyğunlaşan da insandır. Ona görə də bu prosesi həm elmi-metodoloji, həm də humanist və sosial cəhətdən düzgün idarə etmək, müəllimi prosesin tərəfdaşı etmək vacibdir. Ancaq bu yolla, biz təkcə imtahan keçirtməyəcək, həm də təhsildə inam, etibar və peşəkarlıq mədəniyyətini formalaşdıracağıq"- deyə təhsil eksperti fikirlərini tamamlayıb.
İsti hava ilə birlikdə həyatımıza yeni enerjilər, yeni fürsətlər və s

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictima

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qe

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher

Malların və xidmətlərin alqı-satqısında beh ödənişindən tez-tez istif

İran parlamentinin Hörmüz boğazının bağlanmasını təsdiqləməsi beynə

Dünyanı sükuta qərq edən bu açıqlama, əslində, bəlkə də, başqa faci

Yay aylarında temperaturun yüksəlməsi ilə bir çox insan sərinlədici dond

"ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənən münaqişədən dərin narah

Bu gün İran parlamenti Hörmüz boğazının bağlanması barədə qərar qəb

Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla h

İsti yay günlərində spirtli içki qəbul etmək istəyənlər daha çox piv�
