Prezident İlham Əliyevin islamofobiya ilə bağlı müraciəti BMT sənədi kimi yayılıb


Siyasət 21 İyn 2025 16:42:00 81 0

Prezident İlham Əliyevin islamofobiya ilə bağlı müraciəti BMT sənədi kimi yayılıb

Prezident İlham Əliyevin islamofobiyaya qarşı mübarizə üzrə beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Son.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin 26-27 may tarixlərində Bakı şəhərində keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Müraciət BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi statusunda təşkilatın bütün üzv dövlətlərinə təqdim olunub. Bu fakt Prezident İlham Əliyevin islamofobiya ilə mübarizədə beynəlxalq çağırışlarının, tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi önəmin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.

Müraciətdə dövlət başçısı islamofobiyanın artmaqda olan təzahürlərinə diqqət çəkib, bu neqativ meylin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, dini dözümsüzlük, ayrı-seçkilik və nifrət çağırışları ilə mübarizə birgə beynəlxalq səylərlə mümkün ola bilər.

BMT səviyyəsində bu müraciətin sənəd kimi tanınması Azərbaycan Respublikasının multikulturalizm və dini həmrəyliyə əsaslanan siyasətinə verilən beynəlxalq dəstəyin daha bir təzahürüdür.

Qeyd edək ki, cari ilin 26-27 may tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.

İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan elmi konfransın xarici tərəfdaşları sırasında G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu da yer alıb.

Beynəlxalq elmi konfransa 40-a qədər ölkədən 200-ə yaxın iştirakçı - alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.

3 marşrutrun hərəkət sxemi müvəqqəti dəyişdirilir like
  • 21 İyn 16:41  
Digərləri 3 marşrutrun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi m

arrow Ətraflı
Opera və Balet Teatrı “Qu gölü” baletini Heydər Əliyev Sarayının səhnəsində təqdim etdi  FOTO like
  • 21 İyn 16:30  
Kriminal Opera və Balet Teatrı “Qu gölü” baletini Heydər Əliyev Sarayının səhnəsində təqdim etdi FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən klassik bale

arrow Ətraflı
Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı like
  • 21 İyn 16:17  
Digərləri Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 qadı

arrow Ətraflı
Bakıda məşhur mebel mağazasında yanğın  İşçilər təxliyə edildi like
  • 21 İyn 16:01  
Digərləri Bakıda məşhur mebel mağazasında yanğın İşçilər təxliyə edildi

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "�

arrow Ətraflı
Çin İrana kömək etməyəcək like
  • 21 İyn 15:51  
Digərləri Çin İrana kömək etməyəcək

ABŞ Prezidenti Donald Tramp İsraillə gərginlik fonunda Çin tərəfindən İ

arrow Ətraflı
Paşinyan Türkiyəyə bu səbəbdən gedibmiş  İnanılmaz detallar like
  • 21 İyn 15:39  
Dünya Paşinyan Türkiyəyə bu səbəbdən gedibmiş İnanılmaz detallar

Ermənistanın Baş naziri Nikol Paşinyanın İstanbula səfəri və Türkiyə

arrow Ətraflı
Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər açıqlandı like
  • 21 İyn 15:28  
Digərləri Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər açıqlandı

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəha

arrow Ətraflı
Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi  SƏRƏNCAM like
  • 21 İyn 15:14  
Siyasət Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında

arrow Ətraflı
Prezident bu rayonun icra başçısını vəzifəsindən azad etdi like
  • 21 İyn 15:12  
Siyasət Prezident bu rayonun icra başçısını vəzifəsindən azad etdi

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzif

arrow Ətraflı
ABŞdan İrandakı vətəndaşlarına çağırış: "Azərbaycan vasitəsilə ölkədən çıxın" like
  • 21 İyn 15:06  
Dünya ABŞdan İrandakı vətəndaşlarına çağırış: "Azərbaycan vasitəsilə ölkədən çıxın"

ABŞ bir daha vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməy�

arrow Ətraflı
Toyuna görə bütün şəhəri bağladı  Xalq ayağa qalxdı like
  • 21 İyn 15:00  
Dünya Toyuna görə bütün şəhəri bağladı Xalq ayağa qalxdı

"Amazon"un qurucusu Jeff Bezos və Lauren Sanchez iki illik nişandan

arrow Ətraflı
4cü dəfə ana olacaq  FOTO like
  • 21 İyn 14:48  
Şou-biznes 4cü dəfə ana olacaq FOTO

"Öyle bir geçer zaman ki" serialının Karolini Vilma Elles yenidən

arrow Ətraflı
Sahakyan “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu məhkəmədə təsdiqlədi like
  • 21 İyn 14:38  
Siyasət Sahakyan “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu məhkəmədə təsdiqlədi

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

arrow Ətraflı
Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm like
  • 21 İyn 14:36  
Digərləri Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı

arrow Ətraflı
Bakı Piano Festivalı Lela Kaplowitz Jazz Groupun hərarətli konserti ilə yadda qaldı – VIDEO, FOTO like
  • 21 İyn 14:32  
Digərləri Bakı Piano Festivalı Lela Kaplowitz Jazz Groupun hərarətli konserti ilə yadda qaldı – VIDEO, FOTO

Bakı Piano Festivalı 2025-in tamaşaçıları tərəfindən Lela Kaplowitz Jaz

arrow Ətraflı