Leyla Əliyeva və Arzu Əliyeva “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında iştirak ediblər FOTO


Kriminal 20 İyn 2025 14:40:00 73 0

Leyla Əliyeva və Arzu Əliyeva “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında iştirak ediblər  FOTO

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevanın müəllifi olduğu “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevanın müəllifi olduğu "Zeynəbin sehrli dünyası" adlı sərginin açılışı olub.

Ekspozisiyada iştirak edənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da olub.

Sərgidə gənc rəssamın təbiətə, heyvanlara, flora və faunaya olan sevgisindən ilham alan əsərləri təqdim olunub. Zeynəb öz əsərlərində gil, kətan sapları, parça kimi təbii materiallardan istifadə edərək, onları zəngin daxili aləmi və parlaq təxəyyülünün yaratdığı obrazlara çevirib.

Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhəb Məmmədov salamlayıcı nitqlə açıb. O, çıxışında gənc rəssamın işlərini yüksək qiymətləndirib və ona yaradıcılığında uğurlar arzulayıb. Qeyd edib ki, məhz belə uşaqlar gələcək milli incəsənətimizin əsasını təşkil edirlər.

O qeyd edib ki, Zeynəbin əsərlərində valehedici zövq və yaradıcılığa heyrətamiz səy hiss olunur.

Bundan başqa, Xalq rəssamı ekspozisiyanın müəllifinə xüsusi təkliflə müraciət edib. Onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Heykəltaraşlıq fakültəsinə dəvət edib.

S.Məmmədov vurğulayıb: "Səni Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına - Heykəltaraşlıq fakültəsinə dəvət etmək istəyirəm. Gələrsən və orada peşəkar ustaların və fakültəmizin tələbələrinin iş prosesi ilə tanış olarsan, habelə ab-havanı hiss edərsən. Əminəm ki, bu sənin üçün ilhamverici amil və mühüm təcrübə olacaq".

İştirakçılara və qonaqlara səmimi sözlərlə müraciət edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud da təşkilatçılara təşəkkürünü bildirib və uşaq və yeniyetmələrin yaradıcılığına dəstəyin vacibliyini vurğulayıb.

Mərkəzin direktoru Anna İbrahimbəyova çıxışında müəssisənin missiyası haqqında danışaraq bildirib ki, müəssisənin əsas məqsədi gənc müəlliflərə özlərini ifadə etmək üçün şərait yaratmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və yeni kəşflərə ruhlandırmaqdır.

Daha sonra tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxış edərək Zeynəb Babayeva¬nı ilk sərgisi münasibətilə təbrik edib və onun böyük yaradıcılığında parlaq gələcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, bu əsərlər mehribanlıq və istiliklə doludur. Onların əsas xüsusiyyəti sevgi ilə yaradılmasıdır.

Tədbir zamanı Zeynəbin ideyanın yaranmasından və heykəltaraşlığından tutmuş, hər bir heykəlin bəzədilməsi və canlandırılmasına qədər yaradıcılıq prosesini əks etdirən qısa videoçarx da nümayiş etdirilib. Tədbirin sonunda gənc rəssam qonaqların və uşaqların fəal iştirak etdiyi kiçik ustad dərsi keçirib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Zeynəb Babayeva bildirib ki, o, kiçik yaşlarından heyvanlara xüsusi sevgi bəsləyir və məhz bu bağlılıq onu sərgidə təqdim olunan əsərləri yaratmağa ruhlandırıb. Zeynəbin sözlərinə görə, o, bəzi eksponatları xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyə etməyi arzulayır ki, yaradıcılıq sevincini onlarla bölüşsün.

"Sərgimin əsas ideyası insanlara heyvanları sevmək və onları qorumaq lazım olduğunu xatırlatmaqdır. Onlar Yer üzündəki ən təmiz və məsum varlıqlardır", - deyə gənc rəssam bildirib.

Xalq rəssamı Səlhəb Məmmədov söhbəti davam etdirərək sərgi ilə bağlı təəssüratlarını bölüşüb.

"Bu sərgi onun daxili dünyasıdır, işıqla, təbiətə qayğı ilə və hər əsərində hiss olunan xüsusi saflıqla doludur", - deyə Xalq rəssamı vurğulayıb.

Rəssam qeyd edib ki, Zeynəbin əsərləri heç bir şübhə doğurmur: onlar səmimi hislərdən, dərin müşahidə qabiliyyəti və zəngin təxəyyüldən yaranıb.

"Onun yaratdığı əsərlər onun ruhunu əks etdirir. Uşağın, xüsusən də 13 yaşında olan birinin ruhu isə təəccüblü dərəcədə təmizdir. Məhz bu təmizlik, toxunulmazlıq və mehribanlıq onun kompozisiyalarında yaşayır", - deyə Səlhəb Məmmədov izah edib.

Sonda rəssam Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə xüsusi təşəkkürünü bildirib:

"Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə uşaqlara özlərini ifadə etmək imkanı yaratdığı üçün təşəkkür edirəm".

Qeyd edək ki, sərgi Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində keçirilib.

Saxta hərbi bilet verən şəxsin işi məhkəməyə göndərildi like
  • 20 İyn 14:38  
Digərləri Saxta hərbi bilet verən şəxsin işi məhkəməyə göndərildi

Rüşvət müqabilində çağırışçıları hərbi xidmətdən yayındırmaqda

arrow Ətraflı
Ən yüksək balla məzun olan Aylin: “Gecəgündüz oxumaq şərt deyil” like
  • 20 İyn 14:30  
Digərləri Ən yüksək balla məzun olan Aylin: “Gecəgündüz oxumaq şərt deyil”

"Tövsiyə edirəm ki, uşaqlar həmişə rahat beyinlə dərs oxusunlar.Y�

arrow Ətraflı
Prezident İlham Əliyev UFCnin prezidentini qəbul edib  FOTO like
  • 20 İyn 14:26  
Siyasət Prezident İlham Əliyev UFCnin prezidentini qəbul edib FOTO

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ult

arrow Ətraflı
Xameneinin şəklini paylaşıb görün nə yazdılar like
  • 20 İyn 14:21  
Digərləri Xameneinin şəklini paylaşıb görün nə yazdılar

İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin təsviri ABŞ-nin nüfuz

arrow Ətraflı
"Klon"un aktyoru vəfat etdi  FOTO like
  • 20 İyn 14:14  
Digərləri "Klon"un aktyoru vəfat etdi FOTO

Braziliyanın tanınmış aktyoru Fransisko Kuoko 91 yaşında vəfat edib.

arrow Ətraflı
Həmin hovuz 23 il əvvəl tikilibmiş...  Sahibindən açıqlama like
  • 20 İyn 14:02  
Digərləri Həmin hovuz 23 il əvvəl tikilibmiş... Sahibindən açıqlama

"Bu yer 2002-ci ildə tikilib. İndiyə qədər sökülmək məsələsi olm

arrow Ətraflı
Aprel döyüşlərində əməliyyatlara rəhbərlik etmiş erməni generalların adları açıqlandı like
  • 20 İyn 13:55  
Siyasət Aprel döyüşlərində əməliyyatlara rəhbərlik etmiş erməni generalların adları açıqlandı

İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

arrow Ətraflı
İcra Hakimiyyətinin “yox”  dediyi bu ada məhkəmə icazə verdi like
  • 20 İyn 13:52  
Digərləri İcra Hakimiyyətinin “yox” dediyi bu ada məhkəmə icazə verdi

Naxçıvanda valideynlər oğullarına "Eray" adını vermək istəyib

arrow Ətraflı
İran məhsulları BAHALAŞACAQ?  Millət vəkilindən AÇIQLAMA like
  • 20 İyn 13:43  
Digərləri İran məhsulları BAHALAŞACAQ? Millət vəkilindən AÇIQLAMA

İran Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Ölkəyə gətirilə

arrow Ətraflı
Binəqədi yolundakı təmir nə vaxt bitəcək? like
  • 20 İyn 13:32  
Digərləri Binəqədi yolundakı təmir nə vaxt bitəcək?

Binəqədi yolunda aparılan işlər ilə bağlı yolda iki həftədən çoxdur

arrow Ətraflı
Bakıda məşhur gecə klubu karantinə alındı  Qəfəsdə "zombi"lər aşkarlandı  FOTOlar like
  • 20 İyn 13:30  
Digərləri Bakıda məşhur gecə klubu karantinə alındı Qəfəsdə "zombi"lər aşkarlandı FOTOlar

18 iyun tarixində Bakının mərkəzində yerləşən "Pasifico" klub

arrow Ətraflı
Bakıda dəhşətli qəzanın anbaan videosu: Özünü avtomobilin önünə atdı like
  • 20 İyn 13:20  
Digərləri Bakıda dəhşətli qəzanın anbaan videosu: Özünü avtomobilin önünə atdı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.

arrow Ətraflı
Paşinyan Türkiyəyə yola düşdü like
  • 20 İyn 13:14  
Dünya Paşinyan Türkiyəyə yola düşdü

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə he

arrow Ətraflı
Prezident Azərbaycanla Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Sazişi təsdiq etdi like
  • 20 İyn 13:11  
Siyasət Prezident Azərbaycanla Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Sazişi təsdiq etdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xa

arrow Ətraflı
Pensiyaçılara ŞAD XƏBƏR like
  • 20 İyn 13:07  
Digərləri Pensiyaçılara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı