Bakıda məşhur gecə klubu karantinə alındı Qəfəsdə "zombi"lər aşkarlandı FOTOlar
Digərləri 20 İyn 2025 13:30:00 70 0
18 iyun tarixində Bakının mərkəzində yerləşən "Pasifico" klubunda Park Cinema tərəfindən "28 il sonra" filminin şərəfinə unudulmaz post-apokaliptik gecə keçirilib.
Bu xəbəri də oxu: Bakı sakinləri üçün mühüm YENİLİK – 21 il əvvəlki sistem qayıdır
Gecədə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Qonaqlar tədbirə daxil olarkən xüsusi yoxlanışlardan keçdi - hərarət ölçümü, metallodetektorlar, "zombi infeksiyası" müəyyən olunması və s.
Klubun içində isə hər şey filmin stilində davam edirdi. Səhnədə şoumen və Bakının ilk "zombi tərbiyəçisi" Rəsul Həsənov qonaqları salamladı və səhnəyə ifaçı Natavan Quliyevanı dəvət etdi. Möhtəşəm canlı ifadan dərhal sonra xüsusi ağ geyimdə insanlar zəncirlərlə bağlanılmış və zombi virusuna yoluxmuş balerinanı səhnəyə gətirdilər. Şoumen iddia etdi ki, o, zombiləri idarə edə bilir və elə həmin anda balerina zombiyə inanılmaz hərəkətlər etdirərək bunu sübut etdi.
Səhnədə gərginlik artarkən qəfildən zombi obrazında "GAGA" rok qrupu və "Madhuskies" rəqs kollektivi çıxış edərək atmosferi tamamilə dəyişdi. Bakı gecəsi distopik film atmosferinə çevrildi.
Gecənin yekununda Park Cinemanın Marketinq direktoru Üzeyir Abdullayev və PR meneceri Anar Eyvazov səhnəyə çıxaraq, "Yaradıcı" və "Infinix Azerbaijan"ın təşkilatı dəstəyi ilə "1 dəqiqəlik film" adlı xüsusi müsabiqənin startını elan etdilər. Müsabiqə "28 il sonra" - tamamilə smartfonla çəkilmiş ilk Hollivud filmi münasibətilə keçirilir. İştirak etmək üçün bahalı kameraya və ya avadanlığa ehtiyac yoxdur - sadəcə yaradıcı ideya və bir smartfon kifayətdir. Qalib Infinix Note 50 Pro smartfonu qazanacaq.
Ətraflı məlumat və müsabiqənin şərtləri üçün Park Cinemanın rəsmi Instagram səhifəsinə keçid edin.
"28 il sonra" filmi hal hazırda Park Cinemada türk ingilis və rus dillərində nümayiş olunur.
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə he

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xa

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

İranın dini liderinin müşaviri Əli Şamxani sağ olduğunu, lakin ağır ya

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "8№-li Avtom

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səla

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə

"Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Ba

Massaçusets Texnologiya İnstitutunun (MIT) Media Laboratoriyası tərəfindən

Üç il əvvəl, 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paş

Azərbaycanda iyunun 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənili

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara 3315 adda tibbi xidmə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Varis Yolçiyevə 190

Erməni-yunan müğənnisi Hoviq Azərbaycan mahnısını oğurlayıb.
