300ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir
Digərləri 18 İyn 2025 21:51:00 80 0
Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə start verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə keçirilən sərgidə 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.
Bu xəbəri də oxu: Yapon əfsanəsi 259 min avtomobili geri çağırır "Tormoz"u düzgün quraşdırmayıblarmış
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin və "Marsol Group"un İdarə Heyətinin sədri Tural Mustafayev çıxışlarında ölkədə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması və sərgilərin "Made in Azerbaijan" brendinin tanıdılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər.
Builki sərgidə də KOBİA mikro və kiçik sahibkarlıq subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək göstərib. Bu məqsədilə qurulmuş ayrıca stenddə sənaye, tekstil, qida, xidmət, tikinti, əl işləri, parfümeriya və s. sahələrdə fəaliyyət göstərən 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaradılıb.
Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrı

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz t�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı b

İranın bütün ərazisində internet demək olar ki, tamamilə kəsilib.

Narkotik ittihamı ilə mühakimə edilən şair-tiktoker İlhamə Elşadqızın

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

"Avroviziya 2024" təmsilçilərimizdən olan Fahree imicində dəyiş

Honda ABŞ-da 259 min avtomobili geri çağırır – təhlükəli əyləc qüsu

"İran danışıqlar üçün bizə müraciət etdi. Ağ Evə gəlmək istə

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı

Sertifikasiya imtahanında daha iki müəllim maksimal 60 bal toplayıb.
