Solovyovun fikirlərini qəti şəkildə pisləyirik MEDİA
Siyasət 18 İyn 2025 18:47:00 68 0
Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib.
Bu xəbəri də oxu: Prezident MəhkəməHüquq Şurasının 20 illiyinə həsr olunmuş konfransın iştirakçılarına müraciət ünvanlayıb
Bu barədə Son.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə "Artsax" ifadəsini işlədib, Ermənistan hakimiyyətini "Artsaxı hədiyyə etməkdə" günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə "Artsaxın taleyi gözlədiyini" deyib.
"Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləyib, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə verib. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olub, ziddiyyətli mahiyyət daşıyıb və Azərbaycanda adekvat reaksiyalara səbəb olub.
Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir.
Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik", - məlumatda deyilir.
Sertifikasiya imtahanında daha iki müəllim maksimal 60 bal toplayıb.

Ermənistan teleaparıcı Vladimir Solovyova görə Rusiyaya nota verib.

Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır.

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın

Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla,

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidas�

İyunun 18-də Günəşdə ən yüksək X sinfindən olan güclü partlayış ba

İran və İsrail arasında artan gərginlik yalnız regionla məhdudlaşmır, q

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəq

"Survivor 2025" yarışmasının qalibi Adem Kılıççının müsabiq

İsrail Hərbi Hava Qüvvələri Tehranın İranın ali dini lideri Əli Xamenei

Sosial şəbəkələrdə yayılkan video geniş müzakirələr yaradıb.

İranın Natanz nüvə obyektində qoruyucu perimetr daxilində kiçik radioakti

İsrail Müdafiə Qüvvələri (İDF) bu gün səhər saatlarında İranın qər

Bu gün Gəncə şəhərində yeniyetmə oğlanın meyiti tapılıb.
