Prezident Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 18 İyn 2025 11:38:00 47 0

Prezident Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.

Son.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli simpozium iştirakçıları,

Sizi "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun açılışı münasibətilə salamlayıram.

Bu il Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu, Vətən müharibəsində şanlı zəfərimizin 5-ci ildönümüdür və bu münasibətlə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. 18 iyun həmçinin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bugünkü simpoziumun belə əlamətdar tarixlərlə eyni vaxta təsadüf etməsi onun əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycanda müstəqillik və suverenlik dəyərlərinin, demokratik prinsiplərin, qanunun aliliyinin və insan hüquqlarının təbliği və təşviqi baxımından xüsusi önəm daşıyır.

İnsan hüquqları və əsas azadlıqlarının qorunması dövlətlərin başlıca vəzifələrindən biridir. Xüsusilə son dövrdə baş verən qlobal proseslər, geosiyasi gərginlik, informasiya texnologiyalarının sürətlə inkişafı və rəqəmsallaşmaya keçid insan hüquqlarının müdafiəsi sahəsində yeni prioritetlərin müəyyən olunmasını, hüquq müdafiə mexanizmlərinin, habelə milli insan hüquqları təsisatlarının fəaliyyətinin gücləndirilməsini şərtləndirir. Bu baxımdan, ölkəmizdə aparılan hüquqi və institusional islahatlar çərçivəsində ombudsman təsisatının mandatının beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir və bu tədbirlər davam etdirilməkdədir.

Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvələrindən başlayaraq Qərbi Azərbaycandan - Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir.

Əminəm ki, bu simpoziumda aparılacaq müzakirələr və təcrübə mübadiləsi insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq mədəniyyətinin təbliği, təsisatlar arasında əməkdaşlığın gücləndirilməsi və qanunun aliliyinin təmin olunması üzrə gələcək perspektivlərin müəyyən edilməsi baxımından faydalı olacaqdır.

Bir daha sizi salamlayır, simpoziumun işinə uğurlar arzulayıram".

Partlayış səslərinə hazır olun! Müdafiə Nazirliyindən açıqlama like
  • 18 İyn 11:37  
Digərləri Partlayış səslərinə hazır olun! Müdafiə Nazirliyindən açıqlama

İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və is

arrow Ətraflı
Tanınmış aktrisa vəfat etdi like
  • 18 İyn 11:36  
Kriminal Tanınmış aktrisa vəfat etdi

Aktrisa Natalya Tenyakova vəfat edib.

arrow Ətraflı
Barıt və piksellər: Azərbaycana qarşı dezinformasiya hücumunda kimlər və niyə var? like
  • 18 İyn 11:34  
Siyasət Barıt və piksellər: Azərbaycana qarşı dezinformasiya hücumunda kimlər və niyə var?

Cəbhə xətti təkcə səngərlərdən və hava hücumlarından keçmir. Müasi

arrow Ətraflı
Çindən ardıcıl olaraq yük təyyarələri havaya qalxdı  İrana göndərir ? like
  • 18 İyn 11:24  
Dünya Çindən ardıcıl olaraq yük təyyarələri havaya qalxdı İrana göndərir ?

İsrailin İrana hava zərbələrindən dərhal sonra Çindən üç gün ardıc�

arrow Ətraflı
Sahibə Qafarova QDİƏT PAnın "Şərəf" medalı ilə təltif edilib like
  • 18 İyn 11:20  
Siyasət Sahibə Qafarova QDİƏT PAnın "Şərəf" medalı ilə təltif edilib

Milli Məclisin sədri Sahibə Qafarova Qara Dəniz İqtisadi Əməkdaşlıq Tə

arrow Ətraflı
Bu şəxslər Maldivə vizasız gedə biləcək like
  • 18 İyn 11:10  
Digərləri Bu şəxslər Maldivə vizasız gedə biləcək

Azərbaycan və Maldiv arasında viza tələbi qismən aradan qalxıb.

arrow Ətraflı
Sexdə bədbəxt hadisə  Maşın hərəkətə gəldi, ustanı öldürdü like
  • 18 İyn 11:00  
Digərləri Sexdə bədbəxt hadisə Maşın hərəkətə gəldi, ustanı öldürdü

Şabranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

arrow Ətraflı
İranın zərbələri nəticəsində bir gecədə 90dan çox insan yaralandı like
  • 18 İyn 10:55  
Dünya İranın zərbələri nəticəsində bir gecədə 90dan çox insan yaralandı

İranın 17-dən 18-nə keçən gecə İsrail ərazisinə endirdiyi raket zərb�

arrow Ətraflı
“Döyüş başlayır” like
  • 18 İyn 10:46  
Dünya “Döyüş başlayır”

İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei İsraillə hərbi mün

arrow Ətraflı
Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır" like
  • 18 İyn 10:34  
Şou-biznes Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır"

Xalq artisti Məleykə Əsədova maraqlı açıqlama verib. 

arrow Ətraflı
İsrail Tehranda hərbi akademiyanı vurdu like
  • 18 İyn 10:33  
Dünya İsrail Tehranda hərbi akademiyanı vurdu

17 iyun gecəsi İsrail hərbi hava qüvvələri Tehranın yaxınlığında yerl

arrow Ətraflı
"Mərhəmət göstərməyəcəyik” like
  • 18 İyn 10:22  
Dünya "Mərhəmət göstərməyəcəyik”

İranın ali rəhbəri Əli Xamenei İsrail və İran arasında davam edən gər

arrow Ətraflı